23 Noyabr 2017, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Bu bina haqqında nə bilirik?

Naxçıvan şəhərinin Heydər Əliyev prospekti ilə Təbriz küçəsinin kəsişdiyi yerdə – “Zaviyə” məhəlləsində tarixi-memarlıq abidəsi kimi tanınan Zaviyə-Mədrəsə binası əvvəllər məscid kimi fəaliyyət göstərib.
Məscid binasının zahiri memarlıq siması, plan quruluşu və özünəməxsus kompozisiyası onun XVII-XVIII əsrlərin zəngin memarlıq ənənələrinin məhsulu olduğunu göstərir. Binanın indiki interyer quruluşu böyük salondan, ona bitişik vestibüldən, ikimərtəbəli iki yardımçı otaqdan və dolama pilləkənləri olan minarədən ibarətdir. Salonun və digər tikililərin sferik günbəzləri dağıdıldığından XIX əsrin sonlarında düz xətti örtüklə əvəz edilib. Giriş qapısı qərb tərəfdəndir.
Ərəb dilində çoxmənalı söz kimi ibadətlə məşğul olmaq üçün tənha yer, təkiyə, hücrə, guşə, künc, bucaq mənasını daşıyan zaviyə həm də sufi təriqətinə mənsub məskən adlarından biridir. Övliya Çələbinin “Səyahətnamə”sində zaviyə “sufi dərvişlərin təbliğat evi” kimi göstərilib. Bir sıra fars mənbələrində isə zaviyə “müqəddəs yer” anlamında işlədilir.
Orta əsrlərdə Naxçıvanda mövcud olmuş bəzi təriqət tərəfdarları əsas məscidlərə getmir, özləri üçün ayrıca təkiyələr, zaviyələr tikərək orada yaşayır və zikrlə məşğul olurdular. Hürufi təriqətçiləri belə binaları xanəgah, bektaşi və nəqşibəndilər isə zaviyə adlandırıblar. Hürufilərin ideologiyası olan sufilik ittifaqı və qardaşlığı isə “dərviş ordenləri” adlanırdı. “Dərviş ordenləri”nin bektaşilik və nəqşibəndilik təriqətlərinin tərəfdarları həmin dövrdə Naxçıvanda daha geniş yayılmışdı. Onlar bir guşəyə çəkilib ibadətlə məşğul olmaq üçün zaviyənişin olur və tikdikləri günbəzin altındakı zikr yerlərinə “zaviyə” adı verirdilər. Ə.Salamzadə və K.Məmmədzadənin “Azərbaycan memarlığının Naxçıvan məktəbi abidələri” kitabının 203-cü səhifəsində oxuyuruq: “Bu tip xüsusi günbəzli tikintilər feodalizm dövrünün “zaviyə” və ya “təkiyə” adlandırılan dini müəssisələr qrupunu təmsil edirdi. Onlar dərviş təriqətinə mənsub olub, ömrünü ibadətə həsr etmiş dərvişlərin yaşayış binası olub”.

Naxçıvanda belə binaların tikintisi hələ Atabəylər dövrünə də təsadüf edir. Tikintisi orta əsrlərə aid olan bu məscidin yerləşdiyi məhəllənin də tarixi həmin vaxtdan başlayır. XX əsrin 20-ci ilindən, yəni Naxçıvanda sovet hakimiyyəti qurulduqdan sonra “zaviyə” adı yasaq edilib, binadan müxtəlif məqsədlər üçün istifadə olunub. Lakin “Zaviyə” məhəlləsinin adı xalqın hafizəsində qorunub yaşadılaraq günümüzə qədər gəlib çatıb. Bu ad Naxçıvan Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 1990-cı il 17 may tarixli qərarı ilə rəsmi olaraq yenidən bərpa edilib.
1920-ci illərin əvvəllərindən bu binada Ernest Telman adına Qadınların Mədəniyyət Evi, 1930-cu illərin ikinci yarısından Naxçıvan Şəhər Pionerlər Evi kimi fəaliyyət göstərib. Yeri gəlmişkən qeyd edək ki, ümummilli ­liderimiz Heydər Əliyev Pionerlər Evində təşkil olunmuş şahmat, musiqi və dram dərnəklərinin üzvü olub. Görkəmli dövlət xadimi 1999-cu ilin 10-15 oktyabr tarixlərində Naxçıvana səfəri zamanı bu binanın ovaxtkı fəaliyyətini yüksək dəyərləndirib. 1980-ci ildə Pionerlər Evi yeni üçmərtəbəli binaya köçürüldükdən sonra burada şəhər Müəllimlər Evi fəaliyyət göstərib.
“Hüseyn Cavidin 100 illiyinin keçirilməsi haqqında” Azərbaycan KP MK-nın 1981-ci il 21 iyul tarixli qərarında Naxçıvan teatrının ikinci səhnəsi olaraq “Cavid” Poeziya ­Teatrının yaradılması da nəzərdə tutulduğundan bina 1982-ci ildən yeni teatrın ixtiyarına verilib. Həmin ilin oktyabrında Naxçıvana gələn ulu öndərimiz Heydər Əliyev açılış ərəfəsində olan “Cavid” Poeziya ­Teatrını da ziyarət edərək qədim sənət ocağının kollektivi ilə görüşüb, yeni teatrın yaradıcı heyətini təbrik edərək onlara uğurlar diləyib.
Hüseyn Cavidin nəşinin Sibirdən Naxçıvana gətirilib doğma torpağa tapşırılan günün axşamı, 1982-ci il noyabrın 3-də görkəmli şair-dramaturq Kəmalə Ağayevanın “Mənim tanrım gözəllikdir, sevgidir” tamaşası ilə poeziya teatrının təntənəli açılışı olub. Beləliklə, bu binada 1982-1989-cu illərdə “Cavid” Poeziya Teatrı çox məhsuldar və səmərəli fəaliyyət göstərərək tamaşaçıların zövqünü oxşayıb, onların rəğbətini qazanıb.
1990-cı ilin yanvarından Naxçıvana erməni təcavüzünün başlanması, muxtar respublikada ictimai-siyasi həyatın qeyri-sabitliyi, blokada şəraiti poeziya teatrının bağlanması ilə nəticələnib. Bu binadan isə 1995-ci ilə qədər video­salon kimi istifadə olunub.
XX əsrin sonlarınadək binada muxtar respublika Qadınlar Məclisi fəaliyyət göstərib. İftixar hissilə vurğulamaq yerinə düşər ki, hazırda Azərbaycan Respublikası ərazisində “Zaviyə” adlı dini bina yalnız Naxçıvan şəhərindədir. Bina tarixi abidə kimi qorunur. 2008-ci ildə əsaslı təmir və bərpa edilən binada 2012-ci ildən Naxçıvan Turizm İnformasiya Mərkəzi fəaliyyət göstərir.

Gülnarə SADİQOVA
Naxçıvan Turizm İnformasiya Mərkəzinin direktoru

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5319754
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4338
18695
59328
367960
5319754

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter