26 Sentyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2017
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Muzey bələdçiləri üçün seminar-treninqlərin keçirilməsi davam etdirilir. Növbəti belə tədbir Naxçıvan şəhərindəki Hüseyn Cavidin ev-muzeyi və Xatirə Kompleksində olub.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən seminar-treninqdə nazirliyin əməkdaşı Qumral Məmiyeva “Muzey bələdçisinin davranış qaydaları” mövzusunda çıxış edərək bildirib ki, ötən il muxtar respublikanın muzey şəbəkələri üçün 11 belə tədbir təşkil olunub. Bugünkü tədbirimiz 2017-ci ildə keçirilən on üçüncü seminar-treninqdir. Muzey bələdçiləri üçün seminar-treninqlərin keçirilməsində əsas məqsəd muzeylərdə ekskursiya işinin təşkili ilə bağlı mövcud nöqsan və çatışmazlıqları aradan qaldırmaq, muzey bələdçilərinin nəzəri və praktik bilik səviyyəsini yüksəltməkdir.

 Bildirilib ki, muxtar respub­li­ka­mızda muzey fəaliyyətinin yüksək səviyyədə təşkil edilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Görülən işlər muzey işçiləri qarşısında da mühüm vəzifələr qoyur. Onlar xarici dilləri bilməli, işlədikləri mədəniyyət ocağı haqqında ətraflı məlumata malik olmalıdırlar.

Diqqətə çatdırılıb ki, muzey bələdçiləri müxtəlif kateqoriyadan olan insanlarla, məktəbli və tələbələrlə, yaşlı nəsillə işləməyi bacarmalı, nəzakət və davranış qaydaları, geyim tərzi, intellektual dünyagörüşü ilə muzeyə gələnlərdə xoş təəssürat yaratmalıdırlar. Muzey bələdçiləri hər bir vətəndaşa qarşı diqqət göstərməli, muzey işi və muxtar respublikada gedən yeniliklərdən xəbərdar olmalı, ziyarətçilərin suallarını ətraflı cavablandırmalıdırlar. Turistlərə qədim diyarımız haqqında hərtərəfli məlumat vermək üçün muzey bələdçisi daim öz üzərində çalışmalı, tariximizi və mədəniyyətimizi dərindən bilməlidir.

Sonra Hüseyn Cavidin ev-muzeyi və Xatirə Kompleksində muzey bələdçisinin təqdimatında ekspozisiyaya baxış olub.

Əli Rzayev

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4397960
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11235
13363
24598
386324
4397960

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter