21 Noyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Rəssamlar təkcə rəsm əsərləri çəkən insanlar deyil, onlar həyatdakı hər görüntüdə belə, bir gözəllik axtaran, bu gözəlliyi yeddi rəngin harmoniyası ilə kətana köçürən sənətkarlardır. Haqqında söhbət açacağım Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov da belə rəssamlardandır.

Telman Abdinov muxtar respublikanın dilbər guşələrindən olan Şahbuz rayonunun Külüs kəndində dünyaya göz açıb. Orada orta təhsil alıb. Onunla söhbət əsnasında bu sənətə olan həvəsinin təsadüfən yaranmadığını öyrəndim. Telman Abdinovun dediklərindən: “Nənəm Şərəbanı gözəl xalça toxuyan olub. Hələ uşaq vaxtlarımdan onun ilmələrə vurduğu rənglərə böyük maraqla baxar, vaxtımın necə gəlib keçdiyini bilməzdim. Rəssamlıq sənətinə də həvəsim elə o vaxtlardan yarandı. Orta məktəbdə oxuyarkən təsadüfən dünya şöhrətli rəssam Mikayıl Abdullayevin əsərlərindən ibarət nəfis şəkildə tərtib olunmuş bir kitab-albom əlimə keçdi. Kitabı vərəqlədim. Adi kibrit qutusu elə canlı verilmişdi ki, rəsmə baxan adam əlini atıb sanki onu götürmək istəyirdi. Bu, mənim hələ o vaxt başa düşə bilmədiyim rəssam təfəkkürünün cansız fırça ilə ərsəyə gətirdiyi həqiqət idi”.

 Bəli, rəssamı əsrarəngiz rəng çalarlarına bağlayan da belə təsadüflər olub. Bundan başqa, doğma yurdun ecazkar təbiəti hələ orta məktəbdə oxuduğu illərdə onun qəlbində əsrarəngiz duyğular oyatmışdı. O, həmin illərdə gördüyü hər təbiət mənzərəsində – axan suda, sıldırım qayalarda, başı göylərə çatan dağlarımızda bir gözəllik axtarıb. Bu gözəlliklərin ovsunu rəssamı əlinə fırça almağa, gördüklərini yeddi rəngin ahəngi ilə kətana köçürməyə sövq edib. Saatlarla bu maraqlı mənzərələrə baxmaqdan doymayıb və bir gün hiss edib ki, onun bu məşğuliyyəti adi maraq deyil, qəlbən rəssamlığa bağlanmaqdır.

Qəlbinə sirayət edən rəssamlıq həvəsi 1972-ci ildə onun yolunu Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə salmağa sövq edir. Orada təhsil aldığı illərdə rəssamın əsərləri respublika səviyyəli müxtəlif sərgilərdə nümayiş etdirilir. Hələ üçüncü kursda təhsil alarkən təsviri sənətin qobelen üslubunda işlənmiş “Abşeron filmləri” və “Milli qadın çantaları” əsərləri əfsanəvi xalça rəssamı Lətif Kərim­ovun diqqətini cəlb edir. Sənət aləminə yenicə qədəm qoyan Telman Abdinovun bu əsərləri Azərbaycan rəssamlığına yeni nəfəsin gəldiyindən xəbər verirdi.

Rənglər insan həyatında olduqca mühüm rol oynayır. Telman Abdinov kimi sənətkar rəssamın rənglərlə yaratdığı möhtəşəm tablolar sanki insanlarla sehrli bir dillə danışır. Tabloların hamısı, demək olar ki, yağlı boya ilə işlənib. Kənardan baxdıqda obrazların nəinki cizgilərini, ruhunu belə, görmək olur.

Azərbaycan Rəssamlar İttifaqının üzvü Telman Abdinovun boya, qrafika janrlarında bir çox əsərləri var. Yaradıcılığında portret, mənzərə və natürmort janrları xüsusi yer tutur. Hər bir əsərində ömrünün bir parçası əks olunmuş rəssamın yağlı boya ilə çəkdiyi “XXI əsrin balaca Heydəri”, “Payız”, “Batabat çiçəkləri”, “Rəssamın stulu” və saymaqla bitməyən tabloları insanı heyrətləndirir. Onların sırasında seçiləni isə ümummilli liderimiz Heydər Əliyevin portretidir. Rəssamın yaratdığı bu portret əsərlərinin heç birinə bənzəmir. İstedadlı fırça ustası təsvir etdiyi qəhrəmanın xarakter bütövlü­yünü diqqətə çatdırmaq üçün obrazı – dünya şöhrətli şəxsiyyəti əlçatmaz dağların önündə təsvir edir.

Rəssamın yaradıcılığında yer tutan tablolar arasında vətən uğrunda qəhrəmancasına şəhid olmuş Qabil Orucəliyevin portreti də diqqətəlayiqdir.

Telman Abdinovun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Onun dediklərindən: “Bu gün muxtar respublikamız inkişaf və tərəqqinin yeni mərhələsinə qədəm qoyub. Tikilənlər, qurulanlar göz oxşayır, sosial-iqtisadi inkişafın ən yüksək səviyyəsindən xəbər verir. Bu isə bütün yaradıcı insanların məsuliyyətini daha da artırıb. Həyata keçirilən tədbirlər onların ilham mənbəyinə

çevrilib. Bu günləri qələm ilə, fırça ilə sənət əsərlərinə çevirmək yaradıcı insanlara göstərilən qayğıya əməli işlə cavab verməkdir”.

Rəssamın rənglərin ahəngi ilə yaratdığı əsərlərdə düşünən və tamaşaçıları da düşünməyə vadar edən yeni bir bədii-estetik məziyyətlə tanış olmaq mümkündür. Doğrudan da, muxtar respublikamızda elə sənətkarlar var ki, yaradıcılığı ilə ətraflı tanış olmağımıza baxmayaraq, onlar həmişə oxunmamış kitaba bənzəyirlər. Belələri hansısa əsəri ilə yaradıcılıq imkanlarını yekunlaşdırmır, yaradıcılıq imkanlarını nəhayətsizləşdirərək tamaşaçını bitib-tükənməyən intizarda buraxırlar. Telman Abdinov da belə rəssamlardandır.

Bir sözlə, rəssamın böyük sevgi ilə yaratdığı obrazları səmimi və yaddaqalandır. Onun rəngarəng mövzulu əsərləri günbəgün artır və bu əsərlər getdikcə özünə daha çox tamaşaçı toplayır. Bu auditoriya peşəkar rəssamın ecazkar sənəti ilə rənglərin sehrinə düşür, həyata bu rənglərin gözü ilə baxır. Əbədi sənət yolunun yolçusu olan Telman Abdin­ovun əsərləri vaxtın sınağından keçərək rəssamlıq sənətinin ən dəyərli səhifələrindən birini təşkil edir. Biz də bu yolda rəssama yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 Nuray ƏSGƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5283822
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5199
18197
23396
332028
5283822

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter