21 Avqust 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

  

ARXİV

Avqust 2017
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

Azərbaycan dili dünyanın qədim dil ailəsinə – türk dilləri qrupuna daxildir. Bu dil dünyanın elə bir dilidir ki, onu bilmək, o dildə danışmaq çox böyük şərəf və qürurdur. Ümummilli liderimiz Heydər Əliyev ana dilimiz haqqında deyirdi: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”.

Ana dilinin bütün fənlərlə geniş əlaqə imkanları vardır. Orta və ali məktəblərdə tədris olunan fənlərin hamısı öz “qidasını”, əsasən, ana dilindən alır. Burada konkret olaraq Azərbaycan dili dərslərində xalq mahnılarımızdan, xalq musiqisindən istifadə və onun əhəmiyyəti haqqında bəzi fikirlərimizi oxucularla bölüşmək istəyirəm.
Ana dili bütün fənlərin ilk rüşeymi, digər dilləri öyrənməyin kökü və mənbəyidir. Ona görə də ayrı-ayrı elm sahələri nə qədər inkişaf etsə də, onların hamısının kökü ana dili adlı şəffaf dəryanın suyu ilə qidalanır.
Ana dilinin şirinlik və həzinliyini, gözəllik və zənginliyini özündə yaşadan incilərimizdən biri də xalq mahnılarımızdır. Sözlərinin şirinliyi, saflığı, təbiiliyi ilə ürək oxşayan bu mahnılar həzinliyi, həlimliyi ilə insanı ovsunlayır, dilimizin saf mayasından yoğrulmuş gözəlliyi ilə insanı heyran edir.
Xalq mahnılarının heyranedici mətnlərin sözlərindən və musiqisindən Azərbaycan dili dərslərində geniş şəkildə istifadə etmək imkanları çoxdur. Məsələn, fonetikanın tədrisində səslərin əmələ gəlməsi, onların formalaşdırılmasında danışıq üzvlərinin rolu, səslərin uzun və qısa tələffüzü, vurğu, səsin ahəngi, tonu, danışıq səslərinin digər səslərlə oxşar və fərqli əlamətləri öyrədilərkən xalq mahnılarından geniş istifadə etmək imkanları vardır. Belə ki, fonetika üzrə biliklərin möhkəmləndirilməsi zamanı üzərində iş aparılacaq xalq mahnılarından biri ustad müğənninin ifasında səsləndirilir. Şagirdlərə əvvəlcədən kollektiv və ya fərdi tapşırıqlar verilir. Məsələn, səslənəcək xalq mahnısında saitləri uzun tələffüz ediləcək sözlərin yazılması, nəqəratda hər misrada neçə hecanın olduğunun müəyyənləşdirilməsi, tələffüzü yazılışından fərqlənən sözlərin qeyd edilməsi, qoşadodaq samitlərin işləndiyi sözlərdən bir neçəsinin yazılması tapşırılır.

Butipli çalışmalar öyrənilmiş dil hadisəsini nəzəri baxımdan möhkəmlətməklə bərabər, onun təcrübədə tətbiqinə xidmət edir, şagirdləri düşündürür, diqqətli, həssas olmağa, dil qayda-qanunlarını xalq mahnılarımızın üzərində canlı müşahidələr aparmaqla öyrənməyə alışdırır.
Azərbaycan dili dərslərində bu məqsədlə hansı çalışmaların həll edilməsi tapşırıla bilər?
Azərbaycan xalq mahnılarının adlarını əlifba sırası ilə yazmaq, kar samitlərlə başlayan xalq mahnılarımızın adları qarşısında cingiltili samitlərlə başlayan xalq mahnılarının adlarını yazmaq; sait səslərlə başlayan xalq mahnılarının bütün saitlərini şifahi (yazılı) fonetik təhlil etmək; xalq mahnılarındakı, məsələn, “Qaragilə” mahnısının bəndlərinin sözlərini nitq hissələrinə görə qruplaşdırmaq; “Apardı sellər Saranı” Azərbaycan xalq mahnısında feilləri indiki zamanda işlətməklə cümlələri köçürmək.
Bundan sonra hər hansı bir xalq mahnısı üzərində nəzəri materiallar praktik işlə yoxlanılır. Bu məqsədlə şagirdlərə bildirilir ki, məsələn, əvəzliyin mənaca növlərini necə mənimsədiyinizi xalq mahnılarımızdan birinin – “Ay bəri bax”ın səsləndirilməsi ilə yoxlayacağıq. Onlar əvvəlcə bunun necə aparılacağı ilə maraqlanırlar və müəllimin təklifinə müxtəlif münasibət bildirirlər. Lakin müəllim nəzərdə tutduğu praktik işin nə məqsədlə yerinə yetirilməsi üçün şagirdlərə əvvəlcədən belə bir tapşırıq verir: Dinləyəcəyiniz xalq mahnısına diqqətlə qulaq asıb, onun mətnindəki əvəzlikləri seçib dəftərlərinizə qeyd edin. Bu da tapşırılır ki, hər kəs mahnının sözlərindəki əvəzlikləri elə yazsın ki, bir-birindən köçürmə halları müşahidə edilməsin. Axırda kimin daha çox və düzgün yazdığının yoxlanılacağı qeyd edilir. Şagirdlərin bir-birindən köçürməsinin qarşısını almaq üçün sıralardan birincisinə isimləri, ikincisinə sifətləri, üçüncüsünə əvəzlikləri, dördüncüsünə isə feilləri müəyyənləşdirib yazmağı da tapşırmaq olar.
Şagirdlər elektron lövhədə və ya kompüterdə səsləndirilən xalq mahnısına diqqətlə qulaq asırlar. Mahnı səsləndikcə hər şagird ona verilən tapşırığa uyğun iş aparır. Sonra yerinə yetirilmiş tapşırığın düzgünlüyü müxtəlif yollarla: müəllim tərəfindən, şagirdlərin bir-birinin səhvlərini tapması, müəllimin nəzarəti ilə uşaqların özlərini yoxlaması, müəllimin dəftərləri yığıb evdə nəzərdən keçirməsi və sair yollarla yoxlanılıb təhlil edilir. Məsələn, “Ay bəri bax” xalq mahnısını dinləyən şagirdlər müəyyənləşdirirlər ki, mətndəki bəri, səni, məni, hər sözləri əvəzlik, pəncərə, daş, göz, mil, gül, oğlan, yol, qız, dil sözləri isim, gəlir, bax, versələr, açılıb, yoldan eylər, bağlama, gedirəm, ağlama, bel bağlama sözləri isə feildir.
Azərbaycan dili dərslərində xalq mahnılarından istifadənin əhəmiyyəti əvəzsizdir. Bu əhəmiyyəti və bəzi təklifləri tezis şəklində aşağıdakı kimi göstərmək olar: Şagirdlər və ya tələbələr dil hadisələrini xalq ədəbiyyatı nümunələri üzərində müşahidə edirlər; xalq mahnılarımızı dinləyir, onların mətni, musiqisi və ifaçısı ilə yaxından tanış olurlar; Cabbar Qaryağdıoğlu, Bülbül, Seyid Şuşinski, Rəşid Behbudov, Hacıbaba Hüseynov, Qədir Rüstəmov, Alim Qasımov və başqa bu kimi ölməz sənətkarların əvəzsiz, ecazkar səsləri ilə “qidalanırlar”; yabançı musiqilər və son dövrlərdə yaranmış bir qisim sönük, zəif, məntiqsiz və mənasız “mahnılarla” dərin mənalı, milli xalq mahnılarımızı müqayisə edib müəyyən nəticə çıxarmağı bacarırlar. Bununla onlara ana dilimizə, ana dilli xalq mahnılarımıza, mədəniyyətimizə, milli musiqi folklorumuza, Vətənimizə böyük məhəbbət hissi aşılanır.
Bu vasitə ilə mənəvi sərvətlərimiz unudulmaqdan, başqaları tərəfindən mənimsənilməkdən xilas edilir; xalq mahnılarımız, milli musiqimiz, mədəniyyətimiz, dilimiz qorunur, yadda qalır, gələcək nəsillərə çatdırılır; ana dilimizin şəffaflığının təmsilçisi olan xalq mahnılarımız nəzarətsiz, unudulmuş qalmır, bayağılaşdırılmış, bəsitləşdirilmiş mətn variantından uzaq olur; gənc nəsil milli, bəşəri mədəniyyəti tanıyıb, onun qoruyucusu, təəssübkeşi və müdafiəçisi ruhunda böyüyüb tərbiyə olunur; tədrisdə xalq mahnılarından istifadə ana dilimizi öz kökləri, qaynaqları ilə bağlı şəkildə öyrənməyə xidmət edir.
Qrammatik iş aparılması məqsədilə dərsdə şagirdlər mahnıları özləri də oxuya bilərlər. Bu, dərsin maraqlılığını və canlı olmasını daha da artırar. Bizcə, yeni hazırlanacaq dərsliklərdə xalq mahnıları mətnlərindən istifadə ilə bağlı çalışmaların verilməsi də faydalı olar.

Elbəyi MAQSUDOV
pedaqogika üzrə elmlər doktoru, professor

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3839087
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1009
13316
1009
293304
3839087

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter