22 Oktyabr 2017, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Görkəmli sərkərdənin adını daşıyan muzey onun şərəfli ömür yolunu əks etdirir

Yurdumuzun şanlı tarixinə adını qızıl hərflərlə yazmış elə nəsillər, sərkərdələr olub ki, onlar öz mərdliyi, igidliyi ilə vətənimizin müstəqilliyinə, ərazi bütövlüyünə misilsiz töhfələr veriblər. Hələ ötən əsrin 20-30-cu illərində milli hərbi kadrların yetişdirilməsində, vətənimizin müdafiə qüdrətinin möhkəmləndirilməsində xüsusilə sərkərdələrimizin danılmaz xidmətləri olub. Azərbaycanın hərb tarixində görkəmli rol oynamış belə sərkərdələrdən biri də Cəmşid Naxçıvanskidir. O, milli  hərb tariximizə 6 general bəxş edən Kəngərli nəslindəndir. Bu tayfadan yetişən yüksəkrütbəli hərbi xadimlər – Ehsan xan, Kalbalı xan, İsmayıl xan, Hüseyn xan, Cəfərqulu xan Cəmşid Naxçıvanskinin həyatında mühüm rol oynayıb.

10 avqust 1895-ci ildə Naxçıvan şəhərində dünyaya göz açan Cəmşid Naxçıvanski 43 illik ömrünün 26 ilini hərb sənətinə həsr edib. O, bu sənətə sıravi əsgər kimi gəlsə də, igidliyi, sədaqəti, qəhrəmanlığı və şücaəti sayəsində general kimi böyük rütbəyə yüksəlməyə nail olub. Hərb sənətinin inkişafında və kadr hazırlığı sahəsində mühüm rol oynayan sərkərdə fəaliyyətlərinə görə dəfələrlə mükafatlandırılıb. Misilsiz xidmətlərinə, böyük şücaətlərinə baxmayaraq, ötən əsrin 30-cu illərinin repressiyası Azərbaycanın digər görkəmli nümayəndələri kimi, böyük sərkərdə Cəmşid Naxçıvanskidən də yan keçməyib. 1938-ci il avqustun 26-sı görkəmli hərbi xadim Cəmşid Naxçıvanski ağır repressiyaya məruz qalıb və totalitarizmin qurbanına çevrilib.

Ancaq bu gün onun vətənimizin müstəqilliyi uğrunda göstərdiyi misilsiz xidmətlər yüksək qiymətləndirilir. Cəmşid Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəbi, Cəmşid Naxçıvanskinin ev-muzeyi, onun adını daşıyan məktəb və küçələr görkəmli hərbi xadimə verilən dəyərin bariz ifadəsidir.
Onun keçdiyi şərəfli ömür yolu haqqında daha dolğun məlumat almaq üçün yollandıq şəhərimizdə fəaliyyət göstərən Cəmşid Naxçıvanskinin ev-muzeyinə... Bu muzey unudulmaz sərkərdənin doğulduğu, ömrünün 12 ilini yaşadığı, hələ illər əvvəl çoxlarının Cəfərqulu xanın evi kimi tanıdığı öz doğma ocağıdır. Burada istər muzey, istərsə də sərkərdənin həyat və fəaliyyəti haqqında bizi muzey bələdçisi Gülnaz Hüseynova məlumatlandırdı. Dedi ki, xalqımızın görkəmli şəxsiyyətlərinin keçdikləri həyat yolunu öyrənmək, onları gənc nəslə bir nümunə kimi tanıtmaq muzeylərin başlıca vəzifəsidir. Məhz bu səbəbdən görkəmli hərbi xadim, Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri olmuş Cəmşid Naxçıvanskinin ev-muzeyinin yaradılmasında ümummilli liderimiz Heydər Əliyevin əməyi çox yüksək qiymətə layiqdir. Cəmşid Naxçıvanskinin keçdiyi döyüş yolunun, hərbi fəaliyyətinin təbliği, adının əbədiləşdirilməsi muzeyin yaradılmasının ən ümdə məqsədlərindən biri olub. Ulu öndərimiz Heydər Əliyev Azərbaycana birinci rəhbərliyi dövründə Cəmşid Naxçıvanskinin anadan olmasının 85 illik yubileyi ilə əlaqədar 1981-ci il 8 avqust tarixli qərar imzalayıb. 22 oktyabr 1982-ci il tarixdə isə Naxçıvan şəhərində generalın ev-muzeyi fəaliyyətə başlayıb. Yarandığı dövrdə cəmi 300 eksponata malik olan muzeyin fondunda bu gün 6000-ə yaxın eksponat qorunub saxlanılır. 1000-ə yaxını ekspozisiyada nümayiş etdirilir. Muzeydə olarkən ekspozisiya zalında nümayiş olunan eksponatlara nəzər saldıq. Buradakı hər eksponat generalın ömür yoluna işıq salır, onun keçdiyi hər döyüşdən, qazandığı hər qələbədən xəbər verir.
Muzey ekspozisiyası 3 böyük zal və 1 otaqdan ibarətdir. Birinci böyük zaldakı 12 bölmədəki eksponatlar Cəmşid Naxçıvanskinin həyatını və hərb yolunu əks etdirir. Burada generalın uşaqlıq və ilk hərbi təhsil aldığı illərinə, Birinci Dünya müharibəsində döyüş yoluna, 1921-1931-ci illərdə Azərbaycan dağ atıcı diviziyasına komandirliyi dövrünə aid, M.V.Frunze adına Hərbi Akademiyada oxuduğu illərə, habelə akademiyada hərbi pedaqoji fəaliyyəti dövrünə dair sənədlər və fotoşəkillər nümayiş etdirilir. İkinci və üçüncü zallar memorial otaqlar kimi qorunub saxlanılır. Otaqlardan biri generalın iş otağı kimi nümayiş etdirilir. Burada onun şəxsi əşyaları, oxuduğu kitablar mühafizə olunur.
Muzeydə ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan otaq da öz zənginliyi ilə diqqəti çəkir. Otaqda ulu öndərin 1974, 1984, 1985-ci illərdə Bakıda Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi məktəbdə olarkən çəkilmiş fotoşəkilləri, 1990-cı ildə generalın anadan olmasının 95 illik yubileyində iştirakına aid fotoşəkillər, muzeyin açılışına aid fotolar öz əksini tapıb.
Gülnaz Hüseynova xüsusilə vurğuladı ki, görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin keçdiyi döyüş yolunu, onun hərb sənətindəki rolunu araşdırmaqla yanaşı, bu ölməz sərkərdənin hərbi istedad və bacarığının təbliği ilə gənclərimizdə hərbi-vətənpərvərlik tərbiyəsinin formalaşdırılması muzeyin fəaliyyətinin əsasını təşkil edir. Generalın anadan olmasının ildönümü və yubiley günləri ilə əlaqədar muzeydə sərgilər hazırlanır, tədbirlər həyata keçirilir. Cəmşid Naxçıvanski ilə yanaşı, Kəngərli nəslinin yetişdirdiyi digər generallara həsr olunmuş sərgilər də təşkil edilir.
Bələdçi deyir ki, muzeyin əməkdaşları məktəblərdə, müəssisə və təşkilatlarda olur, Cəmşid Naxçıvanskinin həyatı və döyüş yolundan bəhs edən “Görkəmli Azərbaycan sərkərdəsi”, “Cəmşid Naxçıvanskinin döyüş yolu gənclərə örnəkdir”, “Unudulmaz komandir”, “General haqqında xatirələr”, “Cəsur sərkərdə” adlı məruzələrlə çıxışlar edirlər.
Gülnaz Hüseynova onu da qeyd edir ki, ekspozisiyanı zənginləşdirmək məqsədilə elmi heyət tərəfindən eksponat toplama işləri aparılması da diqqət mərkəzində saxlanılır. Son illərdə əldə olunan eksponatlar əsasında ekspozisiyada yeni guşə yaradılıb, digər guşələr zənginləşdirilib. Bunlardan “Cəmşid Naxçıvanskinin son taleyi” adlı guşə yenidir. Qafqazşünas alim R.N.İvanov tərəfindən muzeyə hədiyyə olunan Cəmşid Naxçıvanski ilə bağlı qiymətli eksponatlar da bu guşədə nümayiş etdirilir.
Görkəmli hərbi xadim Cəmşid Naxçıvanskinin şücaəti, xalqı qarşısında, vətənin müstəqilliyi uğrunda danılmaz xidmətləri hər zaman yüksək qiymətləndirilib. Generalın anadan olmasının 120 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci il 2 aprel tarixli Sərəncamı görkəmli şəxsiyyətə verilən dəyərin bariz nümunəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2015-ci il 9 aprel tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanskinin anadan olmasının 120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planına əsasən muxtar respublikada hərb tariximizin unudulmaz simalarından olan Cəmşid Naxçıvanskinin 120 illik yubiley tədbirləri keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar müxtəlif dövlət təşkilatlarının, ali və orta ixtisas təhsili müəssisələri kollektivlərinin muzeyə mütəmadi kütləvi ziyarəti görkəmli generalın həyat və fəaliyyətinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Naxçıvana gələn turistlər də buraya xüsusi maraq göstərirlər. Belə ki, Cəmşid Naxçıvanski irsinin yaşadılmasında, gələcək nəsillərə çatdırılmasında, gənclərdə hərbi-vətənpərvərlik tərbiyəsinin formalaşdırılmasında muzey öz fəaliyyətini uğurla davam etdirir.
Muzeylə tanışlıqda bir gənc kimi qürur və fəxarət hissi keçirdim ki, tariximiz böyük bir məhəbbətlə qorunur, bu tarixin şanlı səhifələrinə şərəflə, ləyaqətlə, şücaətlə düşən görkəmli şəxsiyyətlərimizin adı daim yaşadılır.

 Gülcamal TAHİROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4786933
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1313
13401
95508
321993
4786933

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter