21 Avqust 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

  

ARXİV

Avqust 2017
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

İnsan övladının əl əməyi bütün dövrlərdə əvəzsiz rol oynayıb, xüsusən də qədim el sənəti kimi formalaşaraq bu günümüzədək yol gələn dəmirçilik kənd təsərrüfatı işlərində mühüm əhəmiyyətə malik olub. Dəmirçi nağıl və dastanlarımızda da baş qəhrəmanlara öz müsbət ideyalarını gerçəkləşdirməkdə yardımçı olan müsbət obraz kimi təsvir edilib.
Dəmirçilik, adından da məlum olduğu kimi, Daş dövründən sonra meydana gəlmiş bir sənətdir. Dəmirçi isə bu qədim el və xalq sənətini qoruyub bu günümüzə gətirib çatdıran, zindan üzərində, qolunun gücünə dəmiri “yoğuraraq” müxtəlif formalara salan, ən ağır əmək sərf edən sənət sahibidir. Onun əsas materialları dəmir, çuqun, mis, qalay və digər əlvan metallardır ki, respublikamız da bu təbii sərvətlərlə olduqca zəngindir. Dəmirçi xammalı əridərək qəlibə tökür. Əlbəttə, metalın əridilərək müxtəlif detallara çevrilməsi yalnız bu yolla mümkün deyil. Dəmirçilər əridilərək soyudulmuş metalları dartmaq, burmaq, döymək və naxışlamaq kimi böyük fiziki güc tələb edən işləri də görürlər. Ona görə də onları pəhləvanlarla müqayisə etmək mümkündür.

Azərbaycanın bütün bölgələrində dəmirçilik sənəti əsrlər boyu yaşadılıb və nəsillər dəyişdikcə ondan istifadə formaları da yeniləşib. Ölkəmizin zəngin dəmir filizi yataqları qədim zamanlardan başlayaraq xammal əsasında bu sənətin meydana gəlməsində və inkişaf etdirilməsində mühüm rol oynayıb. Burda bəsit istehsal texnikasına əsaslanan filizəritmədə körüklü kürələrdən istifadə edilib. Proses belə olur: filiz parçaları kömürlə birlikdə kürənin odluğuna qoyulur. Qoşa körük vasitəsilə yaradılan yüksək temperatur filizi əridir. Kürənin odluğundakı qaynar metal kütləsindən ərinti zamanı əmələ gələn pas isə kəfgir vasitəsilə çıxarılır, təmizlənir. Əlbəttə, sırf dəmir əldə etmək üçün bu, kifayət etmir. Odur ki, dəmirçi ərintini saf dəmir halına gələnədək onu zindan üzərində döyür. Çəkic və zindanların əhəmiyyəti, ilk növbədə, burada üzə çıxır. Ona görə də ­əvvəllər yerli xammaldan hazırlanmış dəmir məmulatı davamlılığı və saflığına görə digər yerdən gətirilənlərdən fərqlənir və üstünlük təşkil edir.
Dəmirçilərin xam və ya köhnə dəmirlərə üstünlük verməsinin səbəbləri var. Belə ki, işlənmiş dəmir ucuz başa gəldiyindən və tərkibi saf olduğundan, onun istehsalı da asan və etibarlı hesab edilir.
Əlbəttə, ən qədim peşə sayılan dəmirçilik təkcə ölkəmizdə deyil, həmçinin muxtar respublikamızda, eləcə də Sədərəkdə ilk əmək alətlərinin hazırlanmasında rol oynayıb. Bölgədə bu peşənin sirlərinə bələd olan dəmirçilər az olmayıblar. Elə indinin özündə də vaxtilə dəmirçiliklə məşğul olan usta Rəcəb Məmmədov və başqalarının adları hörmətlə xatırlanır. Sovet dönəmində isə bu peşə ilə çörək qazanan sədərəkli ustalar Cəlil Əliyev, Yusif Abdullayev olub.
Yusif Abdullayev bu gün də həmin qədim peşə ilə məşğul olur. O, balaca emalatxanasında bu dədə-baba peşəsini davam etdirir. Çox böyük işlərlə məşğul olmasa da, indi kiçik dəmir alətlər düzəldir. Onunla söhbətimiz zamanı bildirdi ki, qədim dövrlərdə digər sənət dükanları kimi, dəmirçixanalar da, əsasən, bazar və ya karvansaralarda yerləşib. Dəmirçixanalar bir qayda olaraq həm istehsal emalatxanası, həm də satış dükanı kimi ikili səciyyə daşıyıb. Məişət və təsərrüfat alətlərinin xeyli hissəsinin son illərə qədər dəmirçixanalarda hazırlanması da təsadüfi deyildir. Çünki ən kustar üsulla balta, bel, kürək, dəhrə, dəryaz, oraq, çəkic, kərki, bıçaq və sair poladqatlı dəmirdən hazırlanırdı ki, onlar da həm uzunömürlü, həm də ucuz olurdu. Dəmir ustaları təcrübə nəticəsində metalların xassələrini dərindən öyrənməklə istehsal texnologiyasını təkmilləşdirərək daha mükəmməl əmək alətləri hazırlamışlar.
Təcrübəli dəmirçi onu da qeyd etdi ki, müasir texnika və texnologiyaların məişətə və istehsalata dərindən təsir və nüfuzu, təbii ki, bir sıra sənət növlərini sıradan çıxarıb. Lakin elə sənət növləri də var ki, onlar ilkinliklərini qoruyub saxlamaq gücünə malikdir. Belələrinin sırasına daxil olan dəmirçilik bu gün də qədimliyi və ululuğu ilə öz dəyərini və əhəmiyyətini saxlamaqdadır. Dəmirçiliyin folklor qədər yaşı olduğundan, onunla bağlı zərb-məsəllər və atalar sözləri də az deyil. Bu da ondan irəli gəlir ki, dəmirçilik xalqın sevimli sənət növlərindən, dəmirçi isə əməyi əvəz­olunmaz ustalardandır.
“Dəmiri isti-isti döyərlər”. Bu müdrik kəlam bugünkü işin sabaha qoyulmamasını özündə əks etdirir və sətiraltı məna da daşıyır. Dəmirçilər də dəmiri isti-isti döyər və məqsədlərinə çatarlar... Məqsədə çatmaq isə əsl dəmir iradə, ağıl və güc tələb edir.

 Səbuhi HÜSEYNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3839034
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
956
13316
956
293251
3839034

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter