22 Oktyabr 2017, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Azərbaycan kino sənəti əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçmiş və xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynamışdır. Ölkəmizdə onun yaranma tarixi XIX əsrdən etibarən cərəyan edən maarifçilik hərəkatının, dünyəvi teatrın və mətbuatın inkişafı ilə sıx bağlıdır.
Bu gün isə bir çox istiqamətlərdə inkişaf edən ölkəmiz kino sahəsində də öz uğurlu addımlarını atır. Yeni filmlər çəkilir, onlar geniş tamaşaçı auditoriyasına təqdim edilir. Bəs bu filmlər muxtar respublikamızda necə nümayiş olunur? Filmlərimizin təbliği sahəsində hansı işlər görülür? Suallarımıza cavab almaq üçün Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidovla həmsöhbət olduq. O dedi:
– 2000-ci ilin yanvar ayında Azərbaycan Dövlət Film Fondunun Naxçıvan filialı kimi yaradılan müəssisə 2006-cı ildən Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Naxçıvan Dövlət Film Fondu kimi müstəqil şəkildə fəaliyyət göstərir. Fondda 4700-dən artıq film qorunur ki, bunlar da elmi-kütləvi, dublyaj, qısametrajlı, sənədli, bədii, uşaq, cizgi və sair olmaqla, müxtəlif janrlarda çəkilən filmlərdir.
Naxçıvan Dövlət Film Fondu milli kinomuzun təbliğatı işi ilə də məşğul olur. Belə ki, ötən ildən fondun nəzdində Naxçıvan Kino Klubu yaradılıb ki, bu klub vasitəsilə istedad­lı gənclər üzə çıxarılır və onlar düzgün istiqamətləndirilir. Klubda teatr-sənət sahəsindən olan şəxslər toplanıb.

Klubun təşkilatçılığı ilə özfəaliyyət teatr kollektivlərinin muxtar respublika baxış-müsabiqəsi keçirilib. Müsabiqəyə muxtar respublikanın müxtəlif mədəniyyət ocaqlarından 11 kollektiv qatılıb. Bu yaxınlarda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq Naxçıvan Dövlət Musiqili Dram Teatrında hazırlanan, uğurlu premyerası keçirilən “Göy quş” tamaşasında bu kollektivlərdən 3 nəfər iştirak edib. Gələcəkdə də foto və ssenari müsabiqələrinin keçirilməsi gözlənilir.
Ötən ildən Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə həftənin cümə günləri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Kinosu Günü kimi qeyd olunur. Muxtar respublikanın müxtəlif rayonlarına qastrol səfərləri edilir, sovetlər dövründə çəkilmiş filmlər, eyni zamanda müasir filmlər nümayiş olunur. Uşaqlar da diqqətdən kənarda qalmır, onlar üçün də uşaq bədii və cizgi filmləri göstərilir.
Muxtar respublikada fəaliyyət göstərən təhsil müəssisələrinin V-VIII sinif şagirdləri arasında kinoviktorinalar keçirilib. Viktorinalar uşaqların kino biliyinin yoxlanılması məqsədilə təşkil olunub. İlkin mərhələsi hər bir rayonda ayrı-ayrılıqda keçirilən yarışın Naxçıvan şəhərində baş tutan yekun mərhələsində Ordubad rayon Dəstə kənd 1 nömrəli tam orta məktəbin kollektivi qalib olub. Yeni tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında da kinoviktorina keçirməyi planlaşdırmışıq.
Bir çox qurumlardan da uşaqlar buraya tez-tez üz tuturlar. Bununla yanaşı, hərbi hissələrlə, ali və orta ixtisas təhsili müəssisələri ilə müqavilələr bağlamışıq ki, biz onlarla da tez-tez görüşürük. 26 iyun ərəfəsində hərbçilərin qonağı olduq, qəhrəmanlıq mövzusunda müxtəlif filmlər nümayiş etdirdik.
Fondun direktoru qeyd etdi ki, burada filmlərin lentlərinin təmizlənməsi işi ilə də ciddi məşğul olunur. Onlar xüsusi qayda ilə bakteriya və tozlardan təmizlənir, qutuları mütəmadi olaraq üzlənilir, pasportlaşdırılır. Digər təşkilatlarla da fəal əməkdaşlıq edən fondun nəzdində kino muzeyi də fəaliyyət göstərir. Burada müxtəlif dövrlərdə çəkilmiş filmlərdə istifadə olunan geyimlər, bəzək əşyaları, silahlar və sair qorunur, eyni zamanda nümayiş etdirilir.
Mirakif Seyidov Fonda göstərilən diqqət və qayğıdan da danışdı:
– Bu gün bütün rayon mədəniyyət evlərində kinoteatrlar fəaliyyət göstərir. Mədəniyyət evləri müasir videoproyektorlarla, texniki avadanlıqlarla təmin olunub ki, bu da qastrollar zamanı bizim işimizi xeyli asanlaşdırır. Bundan əlavə, Azərbaycan Dövlət Film Fondu ilə qarşılıqlı əlaqə üçün şərait yaradılıb. Təkcə ötən il Film Fonduna Azərbaycan Dövlət Film Fondundan 190 adda film, 11 min 400-dən artıq fotoşəkil gətirilib ki, bunlar da filmlərdən kadrlar və portretlərdir.
Kinonu XIX əsrin ən maraqlı kəşfi də adlandırırlar. Məhz filmlər vasitəsilə insanlara, xüsusilə də uşaqlara mənfi, yaxud da müsbət bir çox şey aşılamaq olar. Buna görə də film seçiminə həssaslıqla yanaşmalı, onun nəyi təbliğ etdiyinə diqqət yetirməli, ssenarisində mənfi nəyinsə olmadığına əminlik yarandıqdan sonra uşaqlarımızı rahatlıqla ekran qarşısında əyləşdirməliyik.

 Fatma BABAYEVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4786977
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1357
13401
95552
322037
4786977

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter