20 Oktyabr 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Naxçıvan teatr sənətinin inkişafına böyük töhfələr verən, yaratdığı maraqlı, dolğun rolları ilə tamaşaçı sevgisi qazanan aktyorlardan biri də Azərbaycan Respublikasının Xalq artisti Şirzad Abutalıbovdur. O, hələ kiçik yaşlarından teatra maraq göstərib. Səhnə onun üçün əlçatmaz zirvə, sirlərlə dolu bir məkan idi. Zaman keçdikcə özü də bu məkanın sakini oldu.

Şirzad Abutalıbovun teatra, aktyorluğa marağını görən Azərbaycanın Xalq artisti Tofiq Mövləvi onu həvəskarlardan ibarət dram dərnəyinə üzv yazdırır. Dram dərnəyində ilk dəfə Cəfər Cabbarlının “Solğun çiçəklər” və “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş” əsəri əsasında hazırlanmış tamaşalarda fərqli obrazlar yaradır. Sonra o, təhsilini Azərbaycan Dövlət İncəsənət İnstitutunda davam etdirir. Təhsilini başa vurub yenidən doğma teatra qayıdır.
58 yaşlı aktyor ömrünün 43 ilini səhnə fəaliyyətinə həsr edib, yerli və dünya dramaturqlarının əsərlərində yaddaqalan obrazlar yaradıb. Sənət aləmində özünü təsdiqləyən aktyor pedaqoji fəaliyyətlə də məşğuldur. O, teatrda çalışmaqla bərabər, Naxçıvan Musiqi Kollecində səhnə danışığı fənnindən də dərs deyir.

Naxçıvanın tanınmış səhnə ustaları Baxşı Qələndərli, Sofya Hüseynova, Firuzə Əlixanova, Roza Cəfərxanova və başqaları onun aktyor kimi püxtələşməsində əvəzsiz rol oynayıblar. Şirzad Abutalıbov peşəkar teatr bilicisi Baxşı Qələndərlidən kifayət qədər sənət stimulu alıb. Zəngin dünyagörüşünə malik aktyorun dərin həyat müşahidəsi Şirzad Abutalıbova da sirayət edib. Aktyor yaradıcılığı haqqında söhbət düşəndə Baxşı Qələndərli deyirdi: “Yaxşı aktyor ola bilərsən, təkəbbürlü olmasan”.
İlk vaxtlar sənətdə kövrək addımlarını atan gənc üçün korifey bir sənətkarın bu ibrətamiz sözləri öz faydasını verir. O, gecəsini gündüzünə qatıb yeni aktyor mizanları tapmağa çalışır. Şirzad Abutalıbov müxtəlif illərdə Nəriman Həsənzadənin “Pom­peyin Qafqaza yürüşü”ndə Sentriyon, Məmməd Səid Ordubadinin “50 yaşında cavan” əsərində Qulu, İsi Məlikzadənin “Gəl, qohum olaq” əsərində Ədalət, Hüseyn Cavidin “Şeyx Sənan” faciəsində Şeyx Nəim, “Şeyda” əsərində Yusif, Adil Babayevin “Yarımçıq şəkil”ində Ziyad bəy və sair obrazları inandırıcı şəkildə sənətsevərlərə çatdıra bilib.
Şirzad Abutalıbovun yaradıcılığı çoxşaxəlidir. O, dramatik, komik və epizodik rolları səhnədə məharətlə yaratmağı bacarır. Yaradıcılıqdan söhbət düşəndə isə müdriklərdən birinin sözlərini xatırladır: “Ən uzun həyat zəngin yaşanmış həyatdır. Ömrü vaxt ilə deyil, əməllərdə ölçmək lazımdır”.
Sənətkar 1999-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2008-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Şirzad Abutalıbov 2017-ci ilin yanvar ayından Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında bədii rəhbər-direktor vəzifəsində çalışır. Burada yazıçı-dramaturq Kəmalə Ağayevanın “Göyçək Fatma” tamaşasını uğurla səhnəyə qoyub.
İnanırıq ki, Şirzad Abutalıbov bundan sonra da yeni obrazlarla öz tamaşaçılarını sevindirəcək.

Adilə SƏFƏROVA
Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4761667
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3399
19017
70242
296727
4761667

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter