11 Dekabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2017
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Kəngərli rayonunda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Kəngərli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun istedadlı qadınlarının əl işlərindən ibarət sərgi-satış təşkil olunub.
Sərginin açılışında Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək bildirib ki, Azərbaycan qadını tarixboyu cəmiyyətin aparıcı qüvvəsi kimi ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edib, öz iradəsi, mərdliyi, sədaqəti ilə seçilib, adət-ənənələrimizin, milli və mənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynayıb. Bu gün də Azərbaycan qadınları öz dərin zəkası ilə xalqa və cəmiyyətə fədakarcasına xidmət edir, müstəqil respublikamızın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatının inkişafına öz töhfələrini verirlər.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Göstərilən dövlət qayğısı nəticəsində muxtar respublikanın hər yerində olduğu kimi, Kəngərli rayonunda da qadınların həyatın bütün sahələrində fəal iştirakının təmin olunması üçün əlverişli şərait yaradılıb.
Vurğulanıb ki, rayonda yaşayan istedadlı qadınların əl işlərindən ibarət sərgi-satışın təşkil olunmasında məqsəd qadınların istedad və bacarıqlarını üzə çıxarmaq, milli dəyərlərimizi, adət-ənənələrimizi gənclərə aşılamaq və yaşatmaqdır.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək deyib ki, milli varlığımızın ifadəsi olan çoxəsrlik ailə dəyərlərimizin, adət-ənənələrimizin yaranmasında Azərbaycan qadınının misilsiz xidmətləri olub. Bu amil daim yüksək qiymətləndirilir, bu gün həyata keçirilən dövlət qadın siyasətinin tərkib hissəsi olaraq istedadlı qadınların fəaliyyətlərinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir.
Bu gün muxtar respublikada mövcud olan şərait, mədəni mühit qadınların zəngin potensialını gerçəkləşdirməsi üçün əlverişli zəmin yaradır. Bu, daimi səciyyə daşımaqla, bütövlükdə, qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verir. Əminik ki, Kəngərli rayonunun qadınları yaradılan bu imkandan istifadə edərək, bundan sonra da adətlərimizi, ailə dəyərlərimizi yaşadacaq, milli dəyərlərimizin qorunmasına töhfələrini verəcəklər.
İstedadlı qadınlardan Aysel Həsənli çıxış edərək göstərilən diqqət və qayğıya görə Kəngərli rayonunun qadınları adından dərin minnətdarlığını bildirib.
Sonra sərgi-satışa baxış olub.
Sərgi-satışda rayon üzrə 35 qadının 370-dək əl işinin satışı təşkil edilib. Sulu və yağlı boya ilə işlənən tablolar, milli geyimlər, toxuculuq və dekorativ-tətbiqi sənət nümunələri maraqla qarşılanıb.

Babək İSMAYILOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5626291
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
9743
18377
9743
172182
5626291

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter