22 Oktyabr 2017, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Xalqımızın əsrdən-əsrə, nəsildən-nəslə yaşadılan müxtəlif sənətkarlıq ənənələri onun qədim tarixə, yüksək mədəniyyətə, milli və mənəvi dəyərlərə malik olduğunu bir daha göstərir. Belə sənət sahələrindən biri də keçəçilikdir. Keçəçiliyin nə vaxt yaranması haqqında dəqiq məlumat yoxdur. Deyilənlərə görə, yaz fəslində yunları qırxılmayan qoyunların nəm yerlərdə yatarkən yunlarının bir-birinə keçərək qəlib şəklinə düşdüyünü görən çobanlar yunu isladaraq bükməyə, döyəcləməyə başlamış və beləliklə, keçə əldə etmişlər. Daha sonra isə yunu torpaq və ya başqa maddələrə boyayaraq rəngli keçələr düzəltmişlər.

Aparılan tədqiqatlar təsdiq edir ki, keçəçilik sənəti Azərbaycanda qədim zamanlardan inkişaf edib. Hörmə, tikmə, toxumadan fərqli olaraq, bu iş ixtisaslaşmış ustalar tərəfindən basma üsulu ilə aparılıb. Azərbaycanda maldarlığın, xüsusən də qoyunçuluğun geniş yayılması keçəçiliyin təşəkkülünə zəmin yaradıb. Eramızdan əvvəl V əsrdə yaşamış yunan tarixçisi Herodot sakların başda düz dayanan və keçədən tikilmiş ucu şiş papaq qoyduqlarını qeyd edib. Belə papaqları azərbaycanlılar “börk” adlandırırlar.
Arxeoloji qazıntılar zamanı Altay dağlarının ətəklərində, Pazırık kurqanında tapılmış, eradan əvvəl IV-III əsrlərə – Hun imperiyası dövrünə aid edilən keçə yəhər örtüyü bu sənətin qədimliyini və Türk dünyasına məxsusluğunu sübuta yetirir. Buradan tapılmış keçədən hazırlanan uzunboğaz çəkmə və corablar, geyim nümunələri ondan məişətdə geniş istifadə olunduğunu göstərir.

Keçədən məişətdə istifadə olunması haqda “Kitabi-Dədə Qorqud” dastanında da məlumat var. Dastanda deyilir: “Kimin ki, oğul-qızı yox, qara otağa qondurın, qara keçə altına döşəyin, qara qoyun yəxnisindən önünə gətirin”.
Müəyyən tarixi mənbələrdən məlum olur ki, alaçıqların örtülməsi üçün keçədən istifadə edilib. Belə ki, türklərə məxsus alaçıqlar keçə ilə örtülürmüş. Tədqiqatçıların fikrincə, qədim dövrlərdə yaylaqdakı alaçıqların hansı etnosa aidliyi uzaqdan bəlli olub. Hətta bu alaçıqların hansı tayfaya məxsusluğunu da onların formasından və rəngindən təyin etmək mümkün idi.
Qeyd edək ki, yayda sərinlik yaradan, qışda soyuqdan qoruyan keçədən XIX-XX əsrin əvvəllərində də alaçıq və dəyələrin üstünün və yanlarının örtülməsində, yaşayış evlərinin döşənməsi və bəzədilməsində, namazlıq, qapılıq, yapıncı, papaq, corab, əba və digər məişət ehtiyacları üçün geniş istifadə edilib. Keçələr yunun təbii rəngindən asılı olaraq ağ, qara və qəhvəyi rəngdə olub. Bunların içərisində isə ən qiymətlisi ağ rəngli yundan hazırlanmış keçələr sayılırdı. Bununla yanaşı, vaxtilə qırmızı, yaşıl, mavi, narıncı rənglərə boyanmış bəzəkli keçələr də hazırlanıb. Nəmənd, heybə, yəhərüstü, tərlik və başqa keçələrin bəzəkləri, əsasən, zoomorf (dağ keçisi, ceyran, aslan, heyvanların döyüş səhnələri), həndəsi (romb, düzbucaq, üçbucaq), nəbati (budaq, gül-çiçək), kosmoqonik (ay, Günəş, ulduz) ornamentlərindən, həmçinin “zəncir”, “qoç buynuzu”, “qaz ayağı”, “ürək” və sair naxışlardan ibarət olub. Kənarları isə xalçalarda olduğu kimi yelənlə əhatə edilib.
Keçənin hazırlanma üsulları da maraqlıdır. Belə ki, əvvəlcə qoyunlar xüsusi gölməçələrdə yuyulur və sonra qırxılır. Qırxılmış yun didilir və bir neçə nəfər tərəfindən döyülür, üzərinə ilıq su əlavə edilir. Sonra yun tapdalanır, buna yunun təpitməsi deyilir. Keçə hazırlanarkən yerinin hamarlığı, genişliyi və rahatlığı da nəzərə alınmalıdır. Keçəçilik sənətində həllaclar qohum-qonşunun köməyindən də istifadə edərmişlər. Çünki keçənin hazırlanması prosesi çətin olduğu üçün burada xeyli adamın iştirakı tələb olunurdu.
Ölkəmizdə olduğu kimi, Naxçıvanda da keçə sənəti vaxtilə geniş yayılıb. Qədim diyardan toplanan etnoqrafik materiallardan məlum olur ki, burada keçələr özünəməxsus formada hazırlanırmış. Belə ki, yun didildikdən sonra onu ağ parçanın üstünə sərərmişlər. Bundan sonra yun sərilmiş ağ parçanı hamarlanmış, yonulmuş, düz silindrik ağaca büküb hər iki tərəfdən bağlayırdılar. Bu ağacın adına “ox” deyirdilər. 5-6 nəfərin iştirakı ilə onu ayaqlayır, sonra ayaqları ilə vura-vura fırladırdılar ki, yetişsin. Salınmış yunun üzərinə hərdənbir ilıq su və ya yumurta sarısı səpirdilər ki, yun bir-birinə tez yapışsın. Yun bitişib tam keçə halına gələnə qədər bu iş davam etdirirlər. Yunun yapışması üçün künc­ləri toxmaqla döyülürdü. Hazır­lanan məhsul “qəlib” adlanırdı.
Əldə edilən məlumatlara əsasən, etnoqrafik çöl materiallarına görə, muxtar respublikanın bəzi kəndlərində keçəçi məhəllələri mövcud olub ki, bu da qədim diyarımızda keçəçiliyin inkişafını göstərən amillərdəndir. Keçəni salana “keçəçi”, “həllac”, həm də “atıcı” deyərlər. Keçə salmaq üçün güzəm yunundan, yəni quzu və payız yunundan istifadə edilirdi. Keçəçi ustaların söylədiyinə görə, yaz yunundan keçə salmaq olmaz. Ona görə ki, saçaqlı yun uzun olduğu üçün bitmir, yəni bir-birinə yapışmır. 7-8 qoyun yunundan yalnız bir keçə hazırlana bilər. Alaçığın üstünü örtmək üçün bir neçə keçəni bir-birinə tikərdilər. Alaçığın baş hissəsini tutmaq üçün baş, yanlarını örtmək üçün yan, qabağını örtmək üçün isə qənşər qəlibdən istifadə edirdilər.
Keçəçiliklə bağlı müxtəlif deyimlər də mövcuddur:

Atıcıyam yayım var,
Çaxmağım var, qovum var.
Yunu yığın, gətirin,
Burda mənim ovum var.

Günümüzdə keçədən hazırlanan xalçalara ancaq kənd evlərində rast gəlinir. Keçə nümunələri isə hazırda Naxçıvan Dövlət Xalça Muzeyində saxlanılır.
Bu gün qədim sənət növləri, milli-mənəvi dəyərlərimiz qorunur yaşadılır, gələcəyə inamla çatdırılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Təcrübə göstərir ki, xalq öz milli-mənəvi dəyərlərinə sahib çıxmasa, onlar başqa xalqlar tərəfindən özününküləşdirilər, mənimsənilər. Ona görə də biz milli-mənəvi dəyərlərimizə sahib çıxmalı, yaşatmalı və təbliğ etməliyik”.

Nuray ƏSGƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4787030
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1410
13401
95605
322090
4787030

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter