11 Dekabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2017
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

İncəsənət ictimai şüurun formalarından biri, insanın mənəvi aləminin, onun həyata bədii estetik münasibətinin ifadəsidir. Bu sahədə çalışmayan insanlar belə, incəsənətin onların ruhuna xüsusi bir dinclik gətirdiyini təsdiq edərlər. Bəzi insanlar da var ki, ömrünü, həyatını məhz elə bu sahənin hansısa bir növünə həsr edib, onu yaşamının ayrılmaz bir parçasına çevirib. Həmin insanlardan biri də Həbibə Allahverdiyevadır.

Həbibə xanım təsviri sənətlə məşğul olur. Onunla söhbət zamanı bildirdi ki, təsviri sənət hər hansı bir əşyanı fəzada düzgün qeyd etmək və yaxud fikrindən keçəni təsvir etmək bacarığıdır. Təsviri sənətə rəsm, qrafika, boyakarlıq, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət daxildir. Rəsm təsvirin əsasını təşkil еdir. Rəssam müəyyən tablоnu işləyərkən əşyaların fоrmasını, həcmini rəsm dilində əks еtdirir. Təsvirin həcmli, mühitin rеal görüntüsü üçün pеrspеktiv və işıq-kölgə qanunlarına müraciət оlunur. Rəsm kоmpоzisiya ilə əlaqədardır və insanı bütün ömrüboyu müşayiət edir; şəkilli uşaq kitabları, xalçalar, keramika, qab-qacaq, abidələr...

Bu sənətlə məktəbli yaşlarından məşğul olan Həbibə Allahverdiyeva 1998-2002-ci illərdə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Təsviri incəsənət ixtisasında bakalavr, 2002-2004-cü illərdə magistr pilləsində təhsil alıb. 2005-ci ildən Təsviri incəsənət kafedrasında baş müəllim kimi çalışır. 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2014-cü ildə “Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı” fəxri adına layiq görülüb.
Bu il may ayının 8-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həbibə Allahverdiyevanın ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Rənglərdə zamanın təcəssümü” adlı fərdi rəsm sərgisi açılıb, sərgi 10 gün davam edib. Sərgidə rəssamın müxtəlif janrlarda işlədiyi 100-dən artıq rəsm əsəri nümayiş olunub. Burada yer alan rəsmlər öz rəngarəngliyi ilə diqqət çəkib. Sərgidə ümummilli lider Heydər Əliyevin kompozisiyalı portretləri ilə yanaşı, qədim Naxçıvanı da özündə əks etdirən əsərlər nümayiş etdirilib.
Məlumdur ki, Azərbaycan dünyanın zəngin mədəniyyətə, təbiətə, qədim və şanlı tarixə malik ölkələrindəndir. Hər bir vətəndaş bacardığı qədər ölkəsinin sahib olduğu dəyərli, qiymətli nə varsa onun təbliğatını aparmalı, tanıtmalıdır. Bu nöqteyi-nəzərdən Həbibə xanımın sərgidə yurdumuzun zəngin nemətlərini, qədim xalçalarını və sairi özündə əks etdirən rəsmləri maraq doğurub.
Naxçıvanın qədimliyi ilə müasirliyinin vəhdətini təcəssüm etdirən əsərlər o qədər ustalıqla işlənib ki, onlara baxan kimi müəllifin bu əsərlə insanlara nə çatdırmaq istədiyi cizgilərdən oxunur. Bu qəbildən olan əsərlərdən “Qədim Nuhçıxan”, “Azərbaycan – yurdum mənim”, “Dədə Qorqud” diqqəti daha çox cəlb edən rəsm əsərləri sırasındadır.
Rəssam Naxçıvanın sənət adamlarının portretlərinə də öz sərgisində yer ayırıb. Belə ki, “Araz dərdi”, “Hüseyn Cavid”, “Bəhruz Kəngərli” portretlərinin hər biri xüsusi həssaslıqla işlənib. Qadın dünyası da müxtəlif kompozisiyalarda əks olunub.
O, kətan üzərində yağlı boya ilə çəkilmiş bir rəsmində Türk dünyasının iki böyük siyasi liderini – ümummilli lider Heydər Əliyev və Atatürkü bir araya gətirib. Öz-özlüyündə hər biri öz xalqının xilaskarı olan bu iki liderin rəsminin qoşa əks olunduğu əsər sərgiyə baxanlarda xüsusi marağa səbəb olub.
Həbibə Allahverdiyevanın fərdi sərgisi muxtar respublika ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. Həm də pedaqoji fəaliyyətlə məşğul olan rəssam, heç şübhəsiz ki, istedadlı gənc rəssamların yetişməsində də bacarığını əsirgəmir.
Qeyd edək ki, ötən ayın 20-də Həbibə xanımın Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda “Nuh yurdunun rəngləri” adlı fərdi sərgisi də sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.
Sərginin açılışında Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, AMEA-nın vitse-prezidenti, akademik İsa ­Həbibbəyli, Naxçıvan Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva rəssamın yaradıcılığını mövzu rəngarəngliyi və təsvir orijinallığı baxımından yüksək qiymətləndiriblər.
İnanırıq ki, istedadlı rəssam Həbibə Allahverdiyeva bundan sonra hələ neçə-neçə gözəl rəsm əsəri ilə bu sənətin pərəstişkarlarını sevindirəcək.

      Fatma BABAYEVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5631121
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
14573
18377
14573
177012
5631121

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter