22 İyul 2017, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

 

ARXİV

İyul 2017
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2002-ci il 11 iyul tarixli Sərəncamına əsasən Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında Açıq Səma Altında Muzey yaradılmışdır. Ali Məclis Sədrinin Sərəncamında deyilir: “Müasir tarixşünaslığın tələbləri baxımından tədqiqini gözləyən sahələrdən biri də azərbaycanlıların yaşadıqları ərazilərdə geniş yayılmış qədim qoç heykəlləri, qəbirüstü abidələri və daş üzərində oymalardır. Qoç heykəlləri, qəbirüstü abidələr, daş üzərində oymalar azərbaycanlılarda ən qədim mifoloji və dini baxışlarla bağlı olmuşdur. Bunlar xalqımızın qədim mədəniyyətindən nümunələr olmaqla bərabər, eyni zamanda estetik təsir bağışlayan sənət əsərləridir”.
Ən qədim insan yaşayış məskənlərindən olan Naxçıvanda sənətkarlıq və mədəniyyət də böyük inkişaf yolu keçmişdir. Bu torpağın hər qarışı tarixin müəyyən dövründən soraq verir, əcdadlarımızın həyat tərzi və yaşayışı haqqında dolğun təəssürat yaradır. Zəngin tarixi-mədəni irsimiz təkcə memarlıq abidələrində deyil, həm də daş abidələrdə yaşayır. Əcdadlarımızın yaratdıqları daş abidələr, xüsusilə Gəmiqaya rəsmləri, ümumilikdə, bəşəriyyətin tarixindən xəbər verən dəyərli qaynaqlardır.

Gülüstan və Türkmənçay müqavilələrindən sonra Naxçıvana köçürülmüş ermənilərin qədim Azərbaycan torpağını “erməniləşdirmək” sahəsində apardıqları siyasətin bir istiqaməti də daşdan yonulmuş mədəniyyət nümunələrinin dağıdılması olmuşdur. Bu mənada Ali Məclis Sədrinin Sərəncamı ilə yaradılan Açıq Səma Altında Muzey xalqımızın dekorativ-tətbiqi sənətinin ən gözəl nümunələrindən olan daşdan yonulmuş mədəniyyət nümunələrinin mühafizəsi, öyrənilməsi və təbliği sahəsində mühüm elmi əhəmiyyətə malikdir. Bu mədəniyyət ocağının ekspozisiyası son 15 ildə xeyli zənginləşmiş, muzeyi minlərlə tamaşaçı ziyarət etmişdir. Muzeyin ekspozisiyasında mifoloji və dini dünyagörüşlə əlaqədar olan 226 qoç heykəli, daş kitabə, qəbirüstü abidə, daşla bağlı məişət əşyaları qorunur və nümayiş etdirilir.
Bəşər tarixində daş əmək alətləri, daş heykəllər, daş epiqrafik yazılar, piktoqrafik yazı nümunələrinin daş üzərində həkk edilməsinin tarixi çox qədimlərə dayanır. Açıq Səma Altında Muzeyin ən qədim eksponatı da eramızdan əvvəl IV-III minilliyə aid Gəmiqayadan gətirilmiş daş abidədir.
Naxçıvanın orta əsr memarlıq və tikinti sahəsində kərpic daha çox işlənsə də, daşdan istifadə, daş üzərində yazı ornamentlərinin yaradılması üçün sənətkar və ustaların məharətli işlərinə də rast gəlinir. Bu illər ərzində bu nümunələrin muzeyə gətirilib, ərazinin bu eksponatlarla zənginləşdirilməsi də əsas vəzifələrdən olmuşdur.
Muzeyin əsas eksponatlarını daşdan yonulmuş qoç fiqurları təşkil edir. Qədim türk xalqlarının inamları və dəfn adətləri ilə bağlı olan daş qoç və qoyun heykəlləri ilk öncə dəfn olunanların yanına qoyulmuş, zaman keçdikcə bu adət tədricən qəbirlərin üstünə qoyulan heykəllərlə əvəz edilmişdir. İslam dininin qəbulundan sonra bu adət müvəqqəti unudulmuş, XIV əsrdən başlayaraq və tədricən XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu tayfalarının Azərbaycanda hakimiyyəti zamanı yenidən dirçəlmişdir. Həmin dövrdən etibarən Azərbaycanda, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda da qəbirlərin üstünə daş qoç və qoyun heykəlləri qoyulmuşdur. Əksər qoç fiqurlarının üzərində qılınc təsvir edilməsi xalqımızın döyüşkən və qəhrəmanlıq tarixindən xəbər verir.
Muzeydə çoxlu sənduqələr, qəbirdaşları qorunub saxlanılır. Qəbirdaşları üzərində mərhumun peşə və sənətini əks etdirən bir sıra məişət və təsərrüfat əşyaları, güzgü, qayçı, xəncər təsvirinə rast gəlinir. Sənət əsərlərində günəşin də təsvirinə tez-tez rast gəlinir. Günəş istilik, həyat, işıq rəmzi olduğundan daşyonma ustaları da daş üzərində müxtəlif formada dairələr həkk etmişlər. Qəbirüstü abidələr orta əsrlərdə Naxçıvanda daşişləmə sənətinin intibah dövrü keçirdiyini sübut edir. Sənduqələr – sinədaşları kiçik formalı memarlıq əsərləridir. Sənduqələrin üzəri “Qurani-Kərim”dən götürülmüş ayələrdən ibarət kitabələrlə bəzədilmişdir.
Eksponatlar arasında memorial xatirə abidələri mühüm yer tutur. Onlardan biri də burada nümayiş olunan ən qədim qəbirüstü xatirə abidəsidir. Qəbilə quruluşu dövrünün məhsulu olan bu abidə qəbir üzərində dik basdırılmış heykələ bənzəyir.
Naxçıvan müxtəlif tərkibli və keyfiyyətli daş ehtiyatları ilə zəngindir. Muzeydə nümayiş etdirilən sütun altlıqları da formalarına görə müxtəlifdir. Orta əsrlərdə sütun altlıqları darvaza qapılarının yanında bəzək əşyası kimi istifadə edilmişdir. Daş məmulatı təkcə tikinti materialı kimi deyil, həmçinin təsərrüfat və məişətdə də geniş tətbiq olunmuşdur. Muzeydə nümayiş olunan sudaşı, xırmandaşı, dəyirmandaşı, dibəkdaşı vaxtilə məişətimizdə geniş yer tutmuşdur.
Vaxtilə baxımsız, tarixə laqeydlik təəssüratı yaradan bu ərazi indi tarix və mədəniyyətimizə məhəbbətin ifadəsi olan “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi kimi fəaliyyət göstərir. Hər il muzeyi minlərlə tamaşaçı, xüsusilə xarici ölkə vətəndaşları ziyarət edir. Bu isə zəngin tarixi-mədəni irsimizin təbliği və tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3403072
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3839
18489
78693
319685
3403072

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter