26 Sentyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2017
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

“Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” muxtar respublika Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli Sərəncamına uyğun olaraq ötən illər ərzində xalq yaradıcılığı nailiyyətlərini əks etdirən müxtəlif səpkili, maraqlı və rəngarəng tədbirlər – festivallar, baxış-müsabiqələr, satış-sərgilər keçirilmişdir. Xalq teatrlarının muxtar respublika festivalı çərçivəsində bu teatrların yeni tamaşalarına ənənəvi baxışın təşkil olunması da bu qəbildən olan tədbirlər sırasındadır. 

 Həmin xalq teatrlarının hər biri qədim diyarımızın şəhər və rayon mərkəzlərində vaxtilə fəaliyyət göstərmiş ən fəal dram dərnəkləri əsasında formalaşan özfəaliyyət teatr kollektivlərinin əsasında meydana gəlmiş və sonradan bu statusu qazanmağa müvəffəq olmuşdur.

Ötən əsrin 70-ci illərindən üzübəri bütün sahələr kimi, mədəniyyətə, o cümlədən xalq yaradıcılığına verilən dəyər nəticəsində Azərbaycanımızın bütün bölgələrində olduğu kimi, muxtar respublikamızda da bu sahə daim diqqət mərkəzində olmuş, xalq teatrları da bu diqqətdən kənarda qalmamışdır. Lakin 1990-cı illərdə baş vermiş hadisələr ucbatından nəinki öz­fəaliyyətdə, həmçinin peşəkar müəssisələrdə, ümumiyyətlə, respublika mədəniyyətində bir süstlük, durğunluq hökm sürmüşdür. Nəhayət, ümummilli liderimizin hakimiyyətə qayıdışı bütün ölkədə hər bir sahə kimi, milli mədəniyyətimizin də oyanışına və dirçəlişinə təkan vermişdir. Həmin dövrdən başlayaraq teatrlarımız, o cümlədən xalq teatrları da yeni inkişaf və tərəqqi yoluna qədəm qoymuşdur.
Muxtar respublikamızda xalq teatrlarının yenidən canlandırılması 2000-ci illərin əvvəllərinə təsadüf edir. Bu kollektivlərin fəaliyyətinin inkişaf etdirilməsi, onların həvəsləndirilməsi və yaradıcılıqlarının dəyərləndirilməsi məqsədilə həmin ildən muxtar respublikanın paytaxtında mütəmadi olaraq xalq teatrlarının festivallarını keçirmək qərara alınmışdır. Bu ilin iyun ayı ərzində də ənənəvi festival keçirilmişdir. “Xalq teatrlarının muxtar respublika festivalı – 2017” çərçivəsində Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində 5 kollektiv – Naxçıvan şəhər, Ordubad, Şərur, Babək və Şahbuz Rayon Xalq teatrları yaradıcılıq hesabatı vermişlər.
Festivalın təntənəli açılışı günü, iyunun 6-da ilk olaraq Babək Rayon Xalq Teatrı səhnəyə çıxdı. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 iyul tarixli qərarı ilə yaradılmış teatrın rəhbəri-rejissoru Sədaqət Əliyevadır. Kollektiv H.Mirələm­ovun “Xəcalət” tamaşasını təqdim etdi.
I Qarabağ müharibəsində döyüş yoldaşı olmuş iki dostun bu günümüzdə cəmiyyətdə tutduqları mövqedən bəhs edən tamaşanın quruluşçu rejissoru Yusif Əliyevdir. Rollarda İsmayıl Qurbanov, Stella Babayeva, Akif Əsədov, Səbinə Corayeva, Ələkbər İsmayılov və Vidadi Rəcəbli iştirak etmişlər.
Dahi teatr reformatoru K.S.Stanislavskinin “Böyük, yaxud kiçik rol yoxdur, böyük, ya da kiçik ak­tyor vardır!” ifadəsi bu tamaşada peşəkar aktyor, Azərbaycan Respublikasının Əməkdar artisti Vidadi Rəcəblinin ifasında bir daha öz təsdiqini tapır. Epizodik həkim rolu ilə səhnədə görünən aktyor tez-tez işlətdiyi “Çox gözəl, çox pakizə!” sözlərilə tamaşaya bir şirinlik qatmaqla, məxsusi oyun tərzilə yaddaşlara hopub.
“Xəcalət” tamaşası festivalın “Ən aktual mövzulu tamaşa” qiymətləndirilməsi üzrə diploma layiq görülüb.
Festivala təqdim olunan ikinci tamaşa Şahbuz Rayon Xalq Teatrının ifasında S.S.Axundovun “Şahsənəm və Gülpəri” komediyası oldu. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli qərarı ilə bu kollektivə “Xalq teatrı” adı verilmişdir. Teatrın rejissoru Ramiz Cəlilovdur. XX əsrin əvvəllərində Azərbaycanda qadın azadlığı probleminə həsr olunmuş tamaşada baş rolları Səadət Abdinova və Tahirə Hacıyeva, əsas rolları isə Gündüz Kəlbili, Şahin Orucov və İsa Qələndərov ifa etmişlər. Şahbuzluların dəfələrlə alqışlanan bu tamaşası “Ən yaxşı səhnə tərtibatı” qiymətləndirilməsi üzrə festivalın diplomuna layiq görülüb.
Müəllifi R.Əfəndiyev olan “Saqqalın kəraməti” adlı üçüncü tamaşanı muxtar respublikanın Əməkdar kollektivi, Ordubad Rayon Xalq Teatrı göstərdi. 1964-cü ildən “Xalq teatrı” kimi fəaliyyət göstərən bu kollektiv 1972-ci ildən görkəmli səhnə ustası, Xalq artisti, professor Kazım Ziyanın adını daşıyır. 1989-cu ildə Ordubad Rayon Xalq Teatrının 25 illik yubileyi dövlət səviyyəsində, böyük təntənə ilə qeyd olunmuşdur. Teatr bu münasibətlə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə “Naxçıvan MSSR-in Əməkdar kollektivi” fəxri adına layiq görülmüşdür. Yeri gəlmişkən, xüsusi vurğulamaq lazımdır ki, bu fəxri ad təsis olunduğu vaxtdan ilk dəfə təqdim olunmaqla məhz Ordubad Rayon Xalq Teatrına verilmişdir. Teatrın rejissoru Günəş Ağayevadır.
Quruluşçu rejissoru Azər Əliyev olan “Saqqalın kəraməti” tamaşasında baş rolda Günəş Ağayeva, digər rollarda Oruc Əliyev, Rəcəb Quliyev, Nadir Məhərrəmov, Həsən Məmmədov, Arzu Hüseynov, Nağı Əlisoy və Emin Yusifli çıxış etmişlər. Mövzusu ucqar bir kənddə avamlığın, mövhumatın ifşasından alınmış və aktyorların təbii oyunları, maraqlı musiqi parçaları ilə (tərtibçi Qasım Rəsulov) yaddaqalan bu tamaşa festivalın “Ən yaxşı aktrisa” qiymətləndirilməsi üzrə diplomuna layiq görülüb. Həmin diplomla baş rolun ifaçısı və teatrın rejissoru Günəş Ağayeva təltif olunub.
Naxçıvan Şəhər “Gənclik” Xalq Teatrı festivalda dördüncü olaraq S.Rüstəmin “Çimnaz xanım yuxudadır” adlı tamaşası ilə çıxış edib. 1978-ci ildə yaradılmış bu xalq teatrının rejissoru Akif Əsəd­ovdur. Festivala təqdim edilmiş bu tamaşanın quruluşçu rejissoru və baş rolun ifaçısı Akif Əsədov olmuşdur. Digər rollarda Nurdinar Kərimova, Maral Rzayeva və Sultan Səfərov iştirak etmişlər. Bu tamaşa isə festivalın “Ən yaxşı aktyor” qiymətləndirilməsi üzrə diplomuna layiq görülüb.
İyunun 20-də festival Şərur Rayon Xalq Teatrının A.S.Puşkinin məşhur “Motsart və Salyeri” tamaşası ilə yekunlaşıb. Kollektivin bu təşəbbüsü sayəsində festivalda xarici dramaturgiyanın da təmsil olunması təqdirəlayiq göstərici kimi dəyərləndirilməlidir. Görkəmli teatr və kino xadimi, Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, professor Rza Təhmasibin adını daşıyan teatr 1981-ci ildə yaradılmışdır. Fərəhli haldır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı təsis edildikdən sonra ilk dəfə bu yüksək mükafatla 2006-cı ildə məhz Şərur Rayon Xalq Teatrı təltif edilmişdir. Teatrın rejissoru Prezident mükafatçısı Nəsimi Məmmədzadədir.
“Motsart və Salyeri” tamaşasına quruluş verən Nəsimi Məmmədzadə eyni zamanda Salyeri rolunda səhnəyə çıxmışdır. Motsart obrazını isə bu teatrın veteranlarından olan və bu yaxınlarda “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adını almış Neymət Sultanov ifa etmişdir. Hər iki aktyor oynadıqları baş rolların daxili aləminin açılmasına və məharətlə təqdim edilməsinə nail oldular. Tamaşanın yardımçı tərkibində İlkanə Cavadlı, Sevinc Qasımova, Gülnar Quliyeva, İlham Quliyev və Duman Məmmədbəyli iştirak etmişlər. Rəğbətlə qarşılanan bu tamaşa festivalın “Ən yaxşı rejissor işi” qiymətləndirilməsi üzrə diplomuna layiq görülüb.
Beləliklə, “Xalq teatrlarının muxtar respublika festivalı – 2017” də tarixə çevrildi. Belə festivallar bu kollektivlərdə məsuliyyət hissini, həmçinin nümunəvi çıxış etmək, layiqli yer qazanmaq, qalib olmaq həvəsini artırır. Məhz buna görə də yerlərdə xalq teatrlarına maraq, xüsusən gənclər arasında bilavasitə bu teatrın üzvü kimi səhnəyə çıxmaq meyilləri ilbəil artmaqdadır.

Ələkbər QASIMOV
sənətşünaslıq üzrə fəlsəfə doktoru

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4404831
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
18106
13363
31469
393195
4404831

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter