24 Noyabr 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Azərbaycan bəşər sivilizasiyasının ilk ünvanlarından biri kimi çox böyük mədəni-mənəvi irsə malikdir. Bu sivilizasiyanın mərkəzlərindən biri kimi tanınan Naxçıvan diyarı xalqımızın qədim və zəngin mədəni irsinin inkişafında, qorunmasında mühüm əhəmiyyət daşıyır. Saysız-hesabsız təbiət və tarixi abidələri, memarlıq inciləri, sənətkarlıq nümunələri ilə zəngin mədəniyyətimizi köksündə yaşadan Naxçıvan həm də tarixən xalq sənətkarlığının inkişaf etdirildiyi regionlardan olub. 

Naxçıvanda xalq sənətkarlığının tarixi elə tarixin özü qədər qədimdir. Gəmiqayadakı daş rəsmlərindən üzübəri müxtəlif mərhələləri keçən el sənətkarlığı xalqımızın yaradıcı xalq kimi özünü təsdiq etməsinə imkan verib. Bu diyarda indiyədək rast gəlinən qədim yaradıcılıq nümunələri, sənət növləri o qədər rəngarəngdir ki, bu nümunələrdə xalqımızın əhval-ruhiyyəsindən tutmuş mənəviyyatınadək, məişət mədəniyyətindən tutmuş dini inancınadək hər şey öz əksini tapıb. Bu zənginliyin nəticəsidir ki, vaxtilə Naxçıvandakı sə­nətkarlıq ocaqlarında, emalatxanalarında düzəldilən sənətkar­lıq nümunələri Şərqin və Qərbin mühüm ticarət mərkəzləri olan şəhərlərinə daşınıb, bu qədim diyara yolu düşən qonaqlara hədiyyə olunub, bəzi hallarda isə oğurlanaraq ölkədən çıxarılıb və ayrı adlarla dünyanın müxtəlif muzeylərində özünə “daimi məskən” salıb.

Ümidverici hal odur ki, xalq yaradıcılığı, el sənətkarlığı nümunələrimiz bu və ya digər yollarla ölkəmizdən kənara çıxarılsa da, başqa adlarla tanıdılsa da, xalqımızın özünəməxsus yaradıcılıq bacarığını kimsə əlindən ala bilməyib. Bu cür yaradıcı insanların sayəsində Naxçıvanda xalq sənətkarlığı özünün yeni inkişaf mərhələsini yaşayır.
Vurğulamaq lazımdır ki, Naxçıvanda xalq yaradıcılığının inkişaf etdirilməsinin daim diqqət mərkəzində olması, dövlətin bu sahəyə göstərdiyi qayğı yerli sənətkarlara yeni yaradıcılıq imkanları verib. Xalq yaradıcılığının yaşadılması, təbliği üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncam imzalayıb. Muxtar respublikamızda xalq yaradıcılığı günlərinin keçirilməsi ilə əlaqədar həmin il fevral ayının 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib, müşavirədə müxtəlif aidiyyəti qurumların bu sərəncamla bağlı fəaliyyət istiqamətləri göstərilib. Eyni zamanda “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ölkəmizin mədəni irsinin qorunması və səmərəli idarə edilməsilə bağlı görüləcək işlər öz əksini tapıb. Konsepsiyada bildirilir ki, Azərbaycan xalqının zəngin adət və ənənələrinin təbliği, milli bayram və mərasimlərin qorunub saxlanması, tarixi rəmz və abidələrin bərpası, milli musiqi və rəqslərin təşviqi, şifahi xalq yaradıcılığının qorunması, xalq oyun və tamaşalarının bərpası, təsviri, dekorativ və miniatür sənətinin zəngin ənənələrinin inkişaf etdirilməsi, dünyanın nüfuzlu muzeylərində saxlanılan Azərbaycan incəsənəti nümunələrinin öyrənilməsi və onların Azərbaycana aid olmasının təsdiqlənməsi, YUNESKO, İSESCO, TÜRKSOY və digər beynəlxalq təşkilatlarda təsviri sənətimizin təbliği və tanıdılması istiqamətində zəruri işlər görüləcək.

Qeyd etmək lazımdır ki, ötən dövrdə bu istiqamətdə bir çox işlər görülüb, o cümlədən muxtar respublikada xalq yaradıcılığı və sənəti ilə məşğul olan şəxslərin iş şəraitinin öyrənilməsi, onlara lazımi köməkliklərin göstərilməsi, muxtar respublikanın bölgələrində xalq sənətinin müxtəlif sahələri ilə məşğul olan sənətkarların əl işlərindən ibarət satış-sərgilərin təşkil olunması məqsədilə müvafiq qurumlarla qarşılıqlı fəaliyyət təmin edilib. Bir neçə il bundan əvvəl Naxçıvan şəhərinin müxtəlif yerlərində, o cümlədən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində və Heydər Əliyev prospektində, əsasən, yerli sənətkar­ların əl işlərindən ibarət yeni suvenir mağazaları fəaliyyətə başlayıb. Bu gün həmin mağazalarda naxçıvanlı sənətkarlar tərəfindən hazırlanmış müxtəlif misgərlik, dulusçuluq, ağac­oyma, rəsm əsərləri, toxunma geyimlər, kiçikölçülü xalçaçılıq məmulatları və sair satılır.
Xalq sənətkarlığının inkişaf etdirilməsi suvenir bazarını formalaşdıran əsas amillərdəndir. Hazırda turizmin inkişaf etdirildiyi ölkələrin hər birində həmin ölkəyə (xalqa) aid suvenir bazarı xüsusi əhəmiyyət daşıyır. Suvenirlər özünəməxsusluq elementinin daşıyıcısı olmaqla yanaşı, həm də bir təbliğat nümunəsidir. Aparılan sorğular nəticəsində məlum olub ki, turistlərə getdikləri ölkəni sonradan xatırladan səbəblər içərisində suvenirlər öndə gəlir. Çünki suvenirlərdə aid olduğu ölkənin tarixindən, mədəniyyətindən, məişətindən tutmuş milli dəyərlərinə, dünyaya baxış tərzinə, zövqünədək çox cizgilər yatır. Buna görə də turizmin inkişaf etdiyi ölkələrdə suvenir bazarları tələbat üzərində olmaqla yanaşı, həm də güclü marketinq strategiyası əsasında formalaşır. Naxçıvanda suvenir bazarı yeni formalaşmağa başlasa da, bu bazarın özünün hədəfləri, marketinqi olmalıdır. Təbii ki, tələbat üzərində qurulan iqtisadi mexanizmlərin effektivliyi qaçılmazdır. Ancaq hər bir məhsulun və ya xidmətin dəyəri onu necə təqdim etməkdən çox asılıdır. Məsələn, Özbəkistan televiziyalarının birində turizmlə bağlı hazırlanmış pro­qramda Daşkənddəki ənənəvi papaqçılıq mağazalarından reportajlar təqdim olunurdu. Nisbətən daha bahalı papaq dükanında satıcı satışların zəifliyindən şikayətlənsə də, əcnəbi turistlərə milli papaqlarda (eləcə də digər geyimlərdə) fotoşəkil çəkdirməklə alternativ variantlar təklif edirdi. Yəni “papaq almaq ürəyindən keçmirsə, papaqla fotoşəklə yəqin ki, yox deməzsən” məntiqi əcnəbilərə təqdim edilən milli geyimlərə rəğbəti ortaya qoyurdu.
Bu məsəli ona görə xatırlatdım ki, Naxçıvan şəhəri bir neçə aydan sonra “İslam mədəniyyətinin paytaxtı” titulunu daşımağa başlayacaq. Bununla bağlı xalq yaradıcılığının müxtəlif sahələri ilə məşğul olan sənətkarlarımız belə fürsəti yetərincə dəyərləndirməlidirlər. Çünki bu gün Naxçıvanın əcnəbi turistlərə təqdim edəcəyi saysız-hesabsız milli nümunələri var: ağac üzərində oyma işlərindən daşduz suvenirlərinə, misgərlik məmulatlarından kəlağayı və araqçına, türk-islam mədəniyyəti abidələrindən təbiət gözəlliklərinin təsvirinədək həkk olunmuş müxtəlif əl işləri və sair. Əmək sərf edilən hər bir sənətkarlıq nümunəsinin bura gələn müsəlman turistlərin (ümumilikdə, bütün turistlərin) marağında olmasına çalışmalıyıq. Qədim Naxçıvanı layiqincə təbliğ etmək üçün artıq sənətkarlarımız indidən qollarını çırmalamalıdırlar. Unutmayaq ki, bu gün muxtar respublikada xalq sənəti növlərinin qorunması və təbliği istiqamətində əvəzsiz işlər görülür.
Ən maraqlısı isə odur ki, muxtar diyarımızda istənilən sənətkarlıq nümunəsinin ərsəyə gətirilməsi üçün təbiət bizə tükənməz xammal bəxş edib. Müxtəlif sənətkarlıq sahələrinin inkişaf etdirilməsi daxili bazarı təmin etməklə yanaşı, yaxın gələcəkdə xarici bazarlarda da özünə alıcı kütləsi qazana bilər.

 Səbuhi HƏSƏNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5346259
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11507
19336
85833
394465
5346259

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter