26 Sentyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2017
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 7 fevral tarixdə Sərəncam imzalayıb.

Görkəmli bəstəkarın yubileyi ilə bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2-6 iyun tarixlərində Tofiq Quliyevin əsərlərinin ifası üzrə muxtar respublika müsabiqəsi keçirilib. Dünən Naxçıvan Musiqi Kollecində müsabiqənin başa çatması ilə əlaqədar yekun konserti olub.
Konsertdən əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin aparıcı məsləhətçisi Leyla Əlimərdanova çıxış edərək bildirib ki, müsabiqədə muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri ilə yanaşı, Naxçıvan Musiqi Kollecinin tələbələri də iştirak ediblər. Müsabiqə 3 yaş qrupunu əhatə etməklə fortepiano, xalq çalğı alətləri (tar, kamança, qarmon, qanun, balaban), simli və nəfəs alətləri (skripka, truba, klarnet, violonçel), vokal ixtisasları üzrə keçirilib. Müsabiqədə fortepiano üzrə 58, xalq çalğı alətləri üzrə 62, simli və nəfəs alətləri üzrə 23, vokal üzrə 13 iştirakçı öz istedad və bacarığını göstərib. Müsabiqənin keçirilməsi məqsədilə təşkilat komitəsi və tanınmış musiqiçi-müəllimlərdən ibarət münsiflər heyəti yaradılıb.
Qeyd edilib ki, 6 iştirakçı I, 14 iştirakçı II, 19 iştirakçı isə III dərəcəli diplom olmaqla Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qiymətləndiriliblər. Bundan başqa, iştirakçılar 19 diplom və 24 fəxri fərmana layiq görülüblər. Müsabiqənin əsas məqsədlərindən biri də görkəmli bəstəkarın irsinin öyrənilməsi və təbliğ edilməsi, istedadlı gənc və yeniyetmələrin, uşaqların aşkara çıxarılması olub.
Sonra müsabiqənin qaliblərinə diplom və fəxri fərmanlar təqdim edilib.
Tədbirin bədii hissəsində görkəmli bəstəkarın əsərləri səsləndirilib. Naxçıvan Musiqi Kolleci tələbələrinin, muxtar respublikanın Sədərək, Şahbuz, Naxçıvan, Culfa uşaq musiqi məktəbləri şagirdlərinin ifasında görkəmli sənətkarın “Axşam mahnısı”, “Neftçi mahnısı”, “Arzular”, “Qaytağı”, “Vals”, “Rəqs” və başqa rəng­arəng musiqi əsərləri ifa olunub.

Əli RZAYEV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4404764
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
18039
13363
31402
393128
4404764

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter