24 Sentyabr 2017, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2017
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

İyulun 1-də ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Yavuz Axundlunun anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilmişdir.
Alimin evində keçirilən tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov demişdir ki, filologiya elmləri doktoru, professor Yavuz Axundlu ədəbiyyatşünas­lığımızda özünəməxsus rolu olan ziyalılarımızdandır. Naxçıvan ədəbi mühitinin inkişafında mühüm rol oynayan alim muxtar respublikamızda böyük bir ədəbiyyatşünaslar nəslinin yetişməsinə də öz töhfəsini verib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək demişdir ki, anadan olmasının 90 illiyini qeyd etdiyimiz Yavuz Axundlu böyük ömür yolu keçmiş, elmi-pedaqoji fəaliyyətinin son 50 ilini Naxçıvan Dövlət Universiteti ilə bağlamışdır. Bu müddət ərzində universitetdə fakültə dekanı, tədris və elmi işlər üzrə prorektor vəzifələrində çalışmış, yüksək təşkilatçılıq nümayiş etdirmiş, muxtar respublikada elmin inkişafına öz töhfələrini vermişdir. Professor Yavuz Axund­lunun əməyi dövlət tərəfindən qiymətləndirilərək 1966-cı ildə “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına, 2007-ci ildə isə Prezident təqaüdünə layiq görülmüşdür. Yavuz Axundlunun səmərəli elmi-pedaqoji fəaliyyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqətində olmuş, üçcildlik “Seçilmiş əsərləri” nəşr edilmişdir. Bu gün keçirilən 90 illik yubiley tədbiri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Yavuz Axundlunun elmi-pedaqoji fəaliyyətinə verdiyi qiymətin ifadəsidir. Rəhman Məmmədov ədəbiyyatşünas alim Yavuz Axundlunu 90 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından təbrik etmiş, ona cansağlığı arzulamışdır.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru Surə Seyid, universitetin müəllimlərindən Hüseyn Həşimli və İman Cəfərli çıxış edərək Yavuz Axundlunun həyat və yaradıcılığından danışmışlar.
Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəm­ov alimə universitetin fəxri fərmanını təqdim etmişdir.
Yubilyarın qardaşı Ramiz Axundov göstərilən diqqətə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə ailə üzvləri adından minnətdarlığını bildirmişdir.

“Şərq qapısı”

*  *  *

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Fərəc Fərəcov muxtar respublikanın ictimai həyatındakı səmərəli fəaliyyətinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri fərmanı ilə təltif olunub. İyulun 1-də Fərəc Fərəcovun 70 illik yubileyi ilə bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri fərmanını Fərəc Fərəcova təqdim edib və onu Ali Məclisin Sədri adından təbrik edib.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar tədbirdə çıxış edərək deyib ki, ictimai fəaliyyəti və ziyalı mövqeyi ilə seçilən Fərəc Fərəcov ikinci, üçüncü, dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olub və hazırda beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı kimi fəaliyyətini davam etdirir. Yazıçı-jurnalistin “Culfa şəhidləri”, “Yaycı soyqırımı”, “Yaycı yetirmələri”, “Sən olmasaydın”, “Vətən qürurumdur mənim”, “Elə bağlıyam”, “Müstəqillik yollarında”, “Ömür bir nağıldır” və digər kitablarında yer alan əsərləri mövzu rəngarəngliyi və aktuallığı ilə seçilir. Onun yaradı­cılığında vətənpərvərlik, torpaq sevgisi, qəhrəmanlıq mövzuları əsas yer tutur.
“Şərq qapısı” qəzetinin baş redaktoru Mehriban Sultanova və Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov tədbirdə çıxış edərək Fərəc Fərəcovun jurnalistika sahəsindəki fəaliyyətindən, Naxçıvan mətbuatının inkişafındakı xidmətlərindən danışıblar.
Fərəc Fərəcov çıxış edərək göstərilən qayğıya və əməyinə verilən yüksək qiymətə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib.
Tədbir çay süfrəsi arxasında davam etdirilib.

“Şərq qapısı”

*  *  *

AMEA Naxçıvan Bölməsində AMEA-nın müxbir üzvü, kimya üzrə elmlər doktoru Əliəddin Abbasovun 65 illik yubileyi qeyd olunub.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev Əliəddin Abbas­ovun elmi fəaliyyəti barədə ətraflı məlumat verib.
İsmayıl Hacıyev qeyd edib ki, Əliəddin Abbasov 1987-ci ildə elmlər namizədi, 2008-ci ildə isə kimya üzrə elmlər doktoru elmi dərəcələrini alıb, 30 iyun 2014-cü il seçkilərində isə AMEA-nın müxbir üzvü seçilib. Onun elmi fəaliyyətinin əsas istiqamətini müxtəlif xarakterli sorbentlər, onların funksional qruplarının təbiəti, sorbentsorbat qarşılıqlı vəziyyətinin tarazlıq şərtləri, sorbsiya proseslərinin kinetikası, dinamikası, termodinamikası, işlənmiş sorbentlərin regenerasiya rejimlərinin elmi əsaslarının işlənib hazırlanması təşkil edir. Əliəddin Abbasov bir sıra qeyri-üzvi sorbentlərin sintezi, funksional qruplarının təsir mexanizmi, eləcə də tərkib və quruluşlarının sorbsiyanın effektivliyinə təsirinin öyrənilməsi sahəsində sistematik fundamental araşdırmalar aparır. Onun nəzəri və praktik planda əldə etdiyi ən mühüm nəticə sorbsiyanın seçiciliyi ilə sorbentlərin kinetik qabiliyyətləri arasındakı əlaqənin müəyyənləşdirilməsi olub.
Qeyd edilib ki, Əliəddin Abbas­ovun sorbsiya proseslərinin termodinamikasının öyrənilməsində əldə etdiyi nəticələr Rusiyada müntəzəm keçirilən kimya termodinamikasına həsr olunan beynəlxalq konfransların materiallarında dərc olunur. O, bu konfranslarda iştirak edib və məruzələrlə çıxış edib.
Akademik İsmayıl Hacıyev vurğulayıb ki, kimyaçı alimin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında Naxçıvanın mineral sərvətlərinin öyrənilməsi ilə bağlı əldə etdiyi nəticələr xüsusilə qeyd edilməlidir.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini Bayram Rzayev, AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov, Bio­resurslar İnstitutunun laboratoriya rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru Varis Quliyev, Təbii Ehtiyatlar İnstitutunun laboratoriya rəhbəri, kimya üzrə fəlsəfə doktoru Günel Məmmədova, həmin institutun elmi katibi, kimya üzrə fəlsəfə doktoru Əhməd Qarayev çıxış edərək yubilyarı təbrik edib, ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıblar.
Sonda yubilyar Əliəddin Abbasov minnətdarlıq edərək bildirib ki, muxtar respublikamızda elmə və elm adamlarına daim yüksək diqqət və qayğı göstərilir. O qeyd edib ki, biz elm adamları da göstərilən etimada layiq olmalı, elmin inkişafı istiqamətində əlimizdən gələni əsirgəməməliyik.

Tural AĞAYEV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4367593
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
7094
16121
102150
355957
4367593

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter