21 Noyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Görkəmli bəstəkar, Xalq artisti, Prezident təqaüdçüsü, Bakı Musiqi Akademiyasının professoru, “Şöhrət” ordenli, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Tofiq Bakıxanov bu günlərdə növbəti dəfə Naxçıvanda olub. Azərbaycanın məşhur alimi, tarixçisi, şairi və ictimai xadimi Abbasqulu ağa Bakıxan­ovun (Qüdsi) nəticəsi, Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açan, 90 yaşın astanasında olan tanınmış bəstəkar-ziyalı ilə söhbətimiz, düşünürük ki, oxucularımız üçün də maraqlı olacaq.

– Tofiq müəllim, xoş gördük. Əvvəlcə Naxçıvanda yaradıcı ziyalıya, sənətkara, milli musiqimizə olan münasibətlə bağlı fikirlərinizi bilmək istərdik.
– Muxtar respublikada təkcə sosial-iqtisadi sahə deyil, elm, təhsil və mədəniyyət də daim diqqət mərkəzində saxlanılır. Musiqi sahəsinə gəlincə, görkəmli bəstəkarlarımız Qəmbər Hüseynlinin və Tofiq Quliyevin 100 illik yubileyləri Naxçıvanda yüksək səviyyədə qeyd edilib. Tofiq Quliyevin bu il aprelin 21-də keçirilən 100 illik yubileyində mən də iştirak edirdim. Tədbirdə Xalq artisti Çingiz Axundovun rəhbərlik və baş dirijorluq etdiyi Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri tərəfindən Tofiq Quliyevin əsərlərinin yüksək səviyyəli ifasının da şahidi oldum. Bütün bunlar Naxçıvanda milli mədəniyyətə bağlılığın, incəsənətə göstərilən dövlət qayğısının təzahürüdür.

– Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsi ilə sıx əlaqələriniz var. Buradakı musiqi təhsilinin səviyyəsi sizi nə dərəcədə qane edir?
– Burada peşəkar musiqi təhsili üçün hər cür şərait yaradılıb. Ustad dərsləri zamanı tələbələrdən ibarət kamera orkestri, xalq çalğı alətləri orkestri, bəstəkarlıq sinfi və simli alətlər şöbəsinin tələbə və müəllimləri ilə görüşüb söhbət etdik, gənclərə bəzi tövsiyələrimizi verdik. Bəstəkar­lıq sinfinin birinci kurs tələbəsi Hakim Məmmədovun müəllif konsertini xüsusilə bəyəndim. Müəllim Yaşar Xəlilovun sinfində oxuyan bu gənc olduqca istedadlıdır. Onun kamera orkestrinin müşayiəti ilə yazılmış əsərləri peşəkarlıqla ifa etməsi məni çox sevindirdi. Xalq çalğı alətləri şöbəsindən tar sinfi üzrə ikinci kurs tələbəsi Abdulla Rəhimlinin (müəllimi Vahid Məmmədov, konsertmeysteri isə Nərminə Qədim­ovadır) solo konsertində iştirak etdim. Çox maraqlı repertuarı var idi. Tələbə tarzən Fikrət Əmirov, Cahangir Cahangirov və Səid Rüstəmovla yanaşı, mənim də bir əsərimi ifa etdi və hər bir ifanın öhdəsindən bacarıqla gəldi. Texniki cəhətdən özünü hətta virtuoz ifaçı kimi göstərə bildi. Lirik əsərləri də gözəl ifa etməsi daha təqdirəlayiq idi. Yəni ixtisas müəllimləri tələbələrin istedadından məharətlə istifadə edə bilirlər.
– Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilən, ilk naxçıvanlı bəstəkar Məmməd Nəsirbəyovun 120 illik yubiley tədbirində iştirak etdiniz. Çox maraqlı çıxışınızla Məmməd Nəsirbəyovun həyat və yaradıcılığına yenidən işıq saldınız. Bu çıxışınıza onunla bağlı xatirələrinizin hamısını sığdırmaq mümkün oldumu?
– Açığını deyim ki, yubiley tədbirində onun haqqında çox qısa şəkildə danışa bildim. Elə bilirəm ki, Məmməd Nəsirbəyovun yubileyinə ən böyük töhfəm tanınmış bəstəkar Nazim Quliyevlə araya-ərsəyə gətirdiyimiz “Məmməd Nəsirbəyov – 120” kitabıdır. Ancaq bu, hələ son demək deyil. Onun haqqında tədqiqatlarımı davam etdirirəm, yeni-yeni faktlar aşkara çıxarmağa çalışıram.
Bu dəyərli insanla tanışlığım 1940-cı ilə təsadüf edir. Həmin il onunla konservatoriya binasının ikinci mərtəbəsində, dahi bəstəkar Üzeyir Hacıbəyovun kabinetinin önündə qarşılaşmışdıq. Təsadüfi tanışlıq zamanı öyrəndim ki, o, artıq konservatoriyanın bəstəkarlıq sinfini bitirib. Sonralar burada bir neçə dəfə rastlaşdıq. Bir dəfə ondan buraya tez-tez baş çəkməsinin səbəbini soruşdum. Dedi ki, yaradıcılığa yeni başladığından Üzeyir Hacıbəyovun tövsiyələrinə çox ehtiyac duyur. Ona görə də hər addımda öz müəllimindən məsləhət alır. Həmin il mən artıq gənc skripkaçı kimi radiolarda, konsert zallarında tanınmış bəstəkar­ların əsərlərini ifa edirdim. Bir gün yenidən konservatoriyada qarşılaşarkən ifamı çox bəyəndiyini, skripka və fortepiano üçün əsər yazdığını dedi, bu əsəri ifa etməyi məndən xahiş etdi. Təbii ki, bu, mənim üçün gənc bəstəkarlardan gələn ilk təklif idi. Digər tərəfdən ona görə razı olmuşdum ki, o, Üzeyir Hacıbəy­ovdan sonra skripka aləti üçün əsər yazan ilk gənc bəstəkar idi. Beləliklə, mən məmnuniyyətlə bu təklifi qəbul etdim.
Gözəl tarzən və yaxşı müəllim olan atamla – Əhməd Bakıxanovla Məmməd Nəsirbəyovu yaradıcılıq əlaqələri birləşdirirdi. Sonralar o deyirdi ki, atamın tarda muğamları ifa etməsi onu heyran edib, konservatoriya illərində o, tez-tez atamın dilləndirdiyi tarın səsinə qulaq asıb. Məmməd Nəsirbəyovun təşəbbüsü ilə Suraxanı rayonunda musiqi məktəbinin açıldığını, özünün də oraya direktor təyin edildiyini eşidib çox şad olmuşdum. Bu xəbəri mənə qardaşım Məmmədrza Bakıxanov vermişdi. Qardaşım onu da deyirdi ki, Məmməd Nəsirbəyov uşaqlarla çox mehriban davranır, son dərəcə səmimi insandır, özünü pedaqoji kollektivin sıravi bir üzvü kimi aparır. Bu səbəbdən də hər kəs onu sevir, böyük hörmət bəsləyir. Sonralar mən onunla tez-tez görüşərdim, maraqlı söhbətlər edərdik. O, mənə öz həyatı haqda danışardı. Get-gedə məndə ona qarşı hörmət və ehtiram yarandı.
– Naxçıvanda artıq bir neçə dəfə olmusunuz. Bilmək istərdik ki, ilk gəlişinizdən sonra sizə bu diyarı daha da sevdirən hansı amillər olub?
– Maraqlı sualdır. Bu suala bir və ya bir neçə cavab vermək mümkündür. Əvvəlcə onu deyə bilərəm ki, bu diyara ilk gəlişim zamanı çoxlu müşahidələrim olub. Təbiətin də seyrinə çıxmışam, insanlarla da ünsiyyətdə olmuşam. Bu diyarın təbiətini də çox sevmişəm, insanlarını da. Sualınıza ikinci cavabım sənətkara, incəsənət adamına böyük hörmət və diqqət məsələsidir. Bildiyiniz kimi, hər dəfə mən muxtar respublikaya gəldiyimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri məni qəbul edir, yaradıcılıq sahəsindəki yeniliklərlə maraqlanır. Məhz muxtar respublika rəhbərinin diqqət və qayğısı sayəsində Abbasqulu ağa Bakıxan­ovun 220 illik yubileyi Naxçıvan Muxtar Respublikasında yüksək səviyyədə qeyd edilib. Muxtar respublika rəhbəri mənim 75, 80, 85 illik yubileylərimin Naxçıvanda qeyd olunmasına da böyük həssaslıqla yanaşıb. Bütün bunlara görə qəzetiniz vasitəsilə sənətin və sənətkarın dostu olan, sənətkarlar tərəfindən yaradılanları yaşadan hörmətli Ali Məclis Sədrinə minnətdarlığımı bildirirəm.
Bu günə qədər Naxçıvan haqda bir çox əsərlər yaratmağa səy göstərmişəm. Bundan sonra da çalışacağam ki, Naxçıvan haqda mahnılarımı ən gözəl notlar üzərində kökləyim, yeni-yeni əsərlər yaradım. Naxçıvana həsr olunan mahnılar bəstələmək mənim üçün fəxrdir.
– Maraqlı müsahibə üçün sağ olun!

 Səbuhi HÜSEYNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5282782
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4159
18197
22356
330988
5282782

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter