26 Sentyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2017
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Naxçıvan İslam mədəniyyətinin paytaxtı-2018”  mövzusuna həsr etdiyi birgə  sərgi-müsabiqə keçirilib. 

 Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bildirib ki, xüsusi istedad tələb edən bir sənət kimi rəssamlığa balacaların da maraq göstərmələri çox sevindirici haldır. Onların istedadlarının üzə çıxarılması, düzgün formalaşdırılması üçün muxtar respublikada hərtərəfli şərait yaradılıb. Rəssamlar Birliyi onların gələcək sənət yollarında inamla irəliləmələri üçün lazımi dəstəyi verir. 

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Namiq Novruzov, Naxçıvan Muxtar Respublikası Turist-Diyarşünaslıq Mərkəzinin direktoru Murad Babayev, sənətşünas Nizami Alıyev, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin rəsm dərnəyinin müəllimi Səkinə Qarayeva çıxış edərək vurğulayıblar ki, muxtar respublikada bütün sahələrdə istedadlı gənclər yetişir. Bu gün rəssamlıq sənətinə maraq göstərən uşaqların da gələcəkdə yaxşı sənət adamı kimi formalaşmasında belə tədbirlərin böyük rolu var. Muxtar respublika rəhbərinin diqqət və qayğısını öz üzərində hiss edən hər bir balaca rəssam bundan sonra da səylə çalışmalıdır.
Çıxış edənlər balaca rəsm həvəskarlarına uğurlar arzulayıblar.
“Naxçıvan İslam mədəniyyətinin paytaxtı-2018” mövzusuna həsr edilmiş “İslamın naxışı” və “Mənim yaradıcılığım” adlı rəsm müsabiqələrinin qaliblərinə və rəsm sərgilərində fəallığına görə fərqlənən balaca rəssamlara diplomlar təqdim edildikdən sonra sərgiyə baxış keçirilib. Burada Rüfət Səfərli, Qeybalı Məmmədov, Novruz Hüseynzadə, Nicat Səfərli, Bağdagül Hüseynova və başqa rəsm həvəskarlarının əl işləri xüsusi maraqla qarşılanıb.
Sərgidə təbiət mənzərələrindən tutmuş cizgi filmləri qəhrəmanlarının rəsmləri, aprel döyüşlərində şəhid olan Milli qəhrəmanlarımızın portretləri də var idi. Uşaqların rəngli dünyası sərgiyə baxmağa gələn hər kəsin diqqətini cəlb edirdi.
Qeyd edək ki, sərgidə 50-yə yaxın istedadlı uşağın 100-dən çox rəsm əsəri nümayiş olunub.

 Fatma BABAYEVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4399213
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
12488
13363
25851
387577
4399213

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter