18 Oktyabr 2017, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında xalq teatrlarının muxtar respublika festivalına start verilib. Festivalın ilk günü Babək Rayon Xalq Teatrı tanınmış yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Xəcalət” tamaşasını nümayiş etdirib.

Əvvəlcə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək teatrsevərləri festival münasibətilə təbrik edib. Bildirib ki, muxtar respublikada son illər ənənəvi olaraq müxtəlif səpkilərdə festivallar keçirilməkdədir. Belə festivalların keçirilməsində məqsəd qədim diyarımızı, milli dəyərlərimizi yaşatmaq və təbliğ etmək, istedadlı insanları üzə çıxarmaqdan ibarətdir. Ənənəvi olaraq keçirilən festivallardan biri də xalq teatrlarının muxtar respublika festivalıdır. Xalq teatrlarının muxtar respublika festivalı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq keçirilir.
“Ümid edirik ki, xalq teatrlarının növbəti muxtar respublika festivalı da mədəniyyətimizin beşiyi olan Naxçıvanda teatr sənətinin inkişafına və teatra həvəsi olan istedadlı insanların üzə çıxarılmasına öz töhfəsini verəcəkdir”, – deyən Natəvan Qədimova qeyd edib ki, gənc aktyorlar nəslinin yetişməsi teatrın davamlı inkişafını təmin edən amillərdəndir. Bu missiyanın həyata keçirilməsində xalq teatrlarının da payı vardır. Minillər boyu formalaşmış xalq teatrı qədim diyarımızda dünyəvi teatrın yaranmasına öz təsirini göstərib. Əməklə bağlı oyun və rəqslər, mövsüm bayramları, Novruz mərasimləri, aşıq-ozan sənəti, müxtəliftipli meydan tamaşası növləri xalq teatrının əsasını təşkil edib, milli teatrın gələcək inkişafı üçün möhkəm zəmin ­yaradıb.
Diqqətə çatdırılıb ki, Naxçıvanda xalq teatrı ilk dəfə olaraq 1959-cu ildə yaradılıb. Daha sonralar, 1978-ci ildə Naxçıvan şəhərində “Gənclik” Xalq Teatrı fəaliyyət göstərməyə başlayıb. Bu xalq teatrının fəaliyyəti çox əhatəli olub, bu gün bir çox aktyor və rejissorlar da məhz elə xalq teatrlarından peşəkar teatr səhnəsinə qədəm qoyublar.
Muxtar respublikada beş xalq teatrının fəaliyyət göstərdiyini qeyd edən nazir bildirib ki, dövlətimiz tərəfindən bu xalq teatrlarının fəaliyyətinə daim diqqət və qayğı göstərilir, kollektiv üzvlərinin əməyi yüksək qiymətləndirilir.
Xalq teatrlarının əhəmiyyətindən danışan nazir qeyd edib ki, ötən il bu teatrların səhnələşdirdikləri “Kamança”, “Ac həriflər”, “Xəcalət”, “Şöhrət ardınca”, “Ezop”, “Ər və arvad”, “Unuda bilmirəm”, “Qəşəmin yuxusu”, “Dələduz” kimi tamaşalar ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Sonra Babək Rayon Xalq Teatrı Hüseynbala Mirələmovun “Xəcalət” tamaşasını təqdim edib. İkihissəli “Xəcalət” dramı Qarabağ hadisələri ilə bağlı olduğu üçün bu günümüzlə səsləşir. Tamaşada uşaqlıqları bir yerdə keçmiş Murad (Akif Əsədov) və Vətənin (İsmayıl Qurbanov) Qarabağ müharibəsindən qayıtdıqdan sonra tale yollarının ayrılmasından bəhs edilir. Muradı Qarabağ müharibəsindən qayıtdıqdan sonra əldə etdiyi var-dövlət dəyişdirib. İndi onu daha da varlanmaq düşündürür. Vətən isə ehtiyac içərisində olsa da, yenə də işğal olunmuş torpaqlarımızın həsrətini çəkir. Tamaşada Vətən və Muradın fərqli dünyası ön plana çəkilib.
“Xəcalət” tamaşasındakı Fərqanə (Stella Babayeva), Gülyaz (Səbinə Çorayeva), Kürən (Ələkbər İs­mayılov), Kərim (Azərbaycan Respublikasının Əməkdar artisti Vidadi Rəcəbli) müxtəlif xarakterli obrazlar kimi yadda qalırlar.
Tamaşanın quruluşçu rejissoru Yusif Əliyev, tərtibatçı rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əli Səfərli, musiqi tərtibatçısı Cabir Məmmədovdur.
Bu günümüzlə səsləşən, torpaq azadlığı mövzusunu ön plana çəkən bu səhnə əsəri maraqla qarşılanıb.
Xatırladaq ki, Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilən festivalda muxtar respublikada fəaliyyət göstərən Naxçıvan şəhər, Şərur, Babək, Ordubad və Şahbuz rayonlarının xalq teatrları iştirak edir. Festivalın sonunda fərqlənən yaradıcı kollektivlər “Ən aktual mövzulu tamaşa”, “Ən yaxşı kişi rolunun ifaçısı”, “Ən yaxşı qadın rolunun ifaçısı”, “Ən yaxşı rejissor işi”, “Ən yaxşı səhnə tərtibatı” nominasiyaları üzrə diplomlarla təltif ediləcəklər.
İyunun 9-da Şahbuz Rayon Xalq Teatrının hazırladığı Süleyman Sani Axundovun “Şahsənəm və Gülpəri” tamaşası teatrsevərlərə təqdim olunacaq.

Əli RZAYEV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4738993
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
17723
16138
47568
274053
4738993

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter