24 Noyabr 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Ötən günlərdə Naxçıvan şəhərinin Nizami küçəsindəki ikimərtəbəli binanın önündən keçərkən qarşılaşdığım bir mənzərə məni istər-istəməz ayaq saxlayıb dumduru su kimi şəffaf şüşələri olan bir pəncərədən içəri baxmağa sövq etdi. Sözün açığı, tez-tez qarşılaşmadığım bir mənzərə ilə rastlaşmışdım. İçəridə ağsaçlı, hündürboylu bir rəssam molbertin önündə durub kətan üzərində ilk eskizini çəkirdi. Başı o qədər işə qarışmışdı ki, mənim qapını açıb içəri girdiyimdən belə, xəbəri olmadı. Elə qapının kandarındaca durub, – “Salam, yorulmayasınız”, – dedim. Qarşımdakı insan qeyri-ixtiyari geri qanrılıb, – Salam, xoş gördük, – deyib səmimiyyətlə gülümsədi, – yaxın gəl, – dedi. Onu Naxçıvan Muxtar Respublika Rəssamlar Birliyində keçirilən fərdi rəsm sərgisindən tanıyırdım. Emalatxanasına baş çəkdiyim rəssam, sərgisində uzun-uzadı əsərlərinə tamaşa etdiyim, ancaq təəssüratlarımı bu əsərlərin müəllifi ilə bölüşməyə imkan tapa bilmədiyim Qəhrəman Tağıyev idi.
Beləcə, emalatxanadakı kiçik və bu qədər ətrafda boya olmasına rəğmən, tərtəmiz olduğuna təəccüb etdiyim masanın arxasında qabaq-qənşər oturub onunla söhbətə körpü saldıq. Söhbət əsnasında öyrəndim ki, o, 1947-ci ildə Naxçıvan şəhərində anadan olub. Məktəb illərində teatr rəssamı Məmməd Qasımov, görkəmli rəssam Sabir Qədimov onda bu sənətə maraq oyadıb. Valideynlərinin təkidi ilə Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji İnstitutunda Rus dili və ədəbiyyatı ixtisası üzrə təhsil alıb.

Lakin rəssamlıq sənəti onu özünə daha çox cəlb etdiyindən pedaqoji fəaliyyətdən boş vaxt tapdıqca rənglərin sirrini açmağa çalışıb, ərsəyə gətirdiyi əsərlər ilə respublika və onun hüdudlarından kənardakı mötəbər sərgilərdə iştirak edib. 1987-ci ildən “Böyük bağ”da ozamankı Mədəniyyət Nazirliyinin nəzdində yaradılan rəssamlıq emalatxanasına rəhbərlik edib, rəssamlıqla bərabər, bədii tərtibat işləri ilə də məşğul olub. 1980-2017-ci illər ərzində müsabiqə və sərgilərin iştirakçısı olub. 1996-cı ildə Naxçıvan Müəllimlər İnstitutunda ixtisasdəyişmə kursu keçərək həmin kursu bitirib, 2010-cu ilədək rəsm-rəsmxət müəllimi kimi fəaliyyət göstərib. “Naxçıvan – bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm festivallarında iştirak edib. 2013-cü ildən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvüdür. Elə həmin il Naxçıvan Biznes Mərkəzində və 2015-ci ildə Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda fərdi sərgisi keçirilib. O həm də Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Qəhrəman Tağıyevlə söhbətimizdən bəzi məqamları oxucularımızla da bölüşməyi lazım bildik:
– Qəhrəman müəllim, yaradıcı­lıqda daha çox kimdən bəhrələnirsiniz?
– Bəhruz Kəngərli məktəbindən. Bəhruz Kəngərli tək mənim üçün yox, bütün Azərbaycan rəssamları, realist rəssamlar üçün bir Prometeydir. Çünki o, birinci ali təhsilli rəssam olmaqla bərabər, Azərbaycan rəssamlığına ilkləri gətirən sənətkar olub. Əsərlərimdə Naxçıvan mənzərələrinə üstünlük verməyimin əsas səbəblərindən biri də budur ki, özümü Bəhruz Kəngərli məktəbinin davamçısı hesab edirəm.
– Davamçılarınız varmı? Ən çox hansı davamçınızın gələcəyindən və istedadından tam əminsiniz?
– Çox sevinirəm ki, bu gün rəssamlıq sənətini öyrətdiyim gənclər arasında ölkənin mötəbər incəsənət məktəblərinin tələbələri var. Mənim üçün bütün tələbələrim eyni dərəcədə istedadlıdır. Ancaq onlar arasında iki tələbəm var ki, bu gənclərin gələcəkdə yaxşı rəssam olacaqlarına inanıram. Onlardan biri Naxçıvan Dövlət Universitetinin tələbəsi İlqar Seyidov, o biri isə hal-hazırda Bakı İncəsənət Universitetində təhsil alan Fərəh Tağıyevadır. Bir neçə tələbəm var ki, onlar da yaxşı gələcək vəd edirlər.
– Naxçıvanda gənclərin bu sahədə yetişməsi üçün yaradılan şərait barədə nə deyə bilərsiniz?
– 1995-ci ildən sonra bütün sahələrdə olduğu kimi, rəssamlığın inkişafında da əsaslı dönüş yaranıb. Buna əyani misal olaraq Bəhruz Kəngərlinin xatirəsini əbədiləşdirmək məqsədilə Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyinin fəaliyyətə başlamasını göstərmək olar. Rəssamlar Birliyinin Sərgi Salonunun əsaslı təmir edilməsi, Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatının Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinə çevrilməsi, birliyin yeni inzibati binasının və Bəhruz Kəngərli adına Sərgi Salonunun rəssamların ixtiyarına verilməsi, qurumun 40 illik yubileyinin keçirilməsi rəssamlıq sənətinə göstərilən qayğının təzahürüdür. Muxtar respublika rəhbərinin imzaladığı müvafiq sərəncam əsasında görkəmli rəssam Bəhruz Kəngərlinin Naxçıvan şəhərində abidəsi ucaldılıb və həmin ərazi Rəssamlar Parkı adlandırılıb. Bütün bu görülən işlər rəssamlara göstərilən dövlət dəstəyindən xəbər verir.
Bu gün gənc rəssamların yetişməsi, rəssamlıq sənətinin tədrisi üçün hərtərəfli şərait yaradılır, onların yaradıcılıq imkanları artırılır, müvafiq iş və emalatxana ilə təmin olunurlar. Rəssamlar Birliyinin rəsmi internet saytının yaradılması, birliyin gənclər bölməsinin təşkil edilməsi, muxtar respublikada “Naxçıvan – bəşəriyyətin beşiyi” adlı rəsm festivallarının, mütəmadi sərgilərin keçirilməsi, rəssamların fəxri adlarla, orden və medallarla təltif olunması, onların əl işlərinin satışının təşkil edilməsi bu sahəyə göstərilən diqqət və qayğının əyani sübutudur. Muxtar respublikanın ali təhsil ocaqlarında müvafiq ixtisasların açılması gənc rəssam nəslinin yetişməsi və orta məktəblərdə təsviri incəsənət dərslərinin tədrisinin daha yaxşı aparılması üçün göstərilən böyük təşəbbüsdür.
– Dünya rəssamlıq sənətinə böyük töhfələr vermiş hansı rəssam daha çox xoşunuza gəlir və səbəbi?
– XIX əsrdə rus rəssamlıq sənəti böyük bir inkişaf yolu keçirdi. Bu dövrün rəssamları içində ən çox sevdiyim rus rəssamı Levitandır. Onun əsərlərində mülayimlik və lirika ən yüksək həddə idi. Məsələn, onun “Qızıl payız” əsəri dünya rəssamlıq sənətinin incilərindən biridir. Bəlkə də, minlərlə rəssam payıza aid əsərlər çəkib. Ancaq onun “Qızıl payız” əsərinə tamaşa edəndə insan hansı fəsli yaşamasına baxmayaraq, payızın sərin havasını, çayın zümzüməsini, Günəşin ilıq hərarətini hiss edir. Dünya rəssamlarından isə İtaliya rəssamlıq sənətinin görkəmli nümayəndəsi Rafaelin əsərləri, məncə, bənzərsizdir.
– Sərginiz zamanı hansı əsərinizin daha çox maraq oyatdığını gördünüz?
– Bu sərgimdə gündən-günə inkişaf edən muxtar respublikamızın real mənzərəsini əks etdirməyə çalışmışdım.
Sualınıza cavab olaraq deyə bilərəm ki, əsərlərimin hamısı mənim üçün eyni əhəmiyyətdə idi. Sözün açığı, elə buna görə tamaşaçıların hansı əsərə daha çox diqqət yetirdiyini sezmədim. Sənətsevərlərin sərgi əsnasında gəlib tez-tez öz fikirlərini bildirməsi ona dəlalət edirdi ki, mən nələrisə edə bilmişəm. Yaradılan şəraitə görə sərginin təşkilatçılarına öz minnətdarlığımı bildirirəm.
– Maraqlı müsahibə üçün sağ olun!

 Səbuhi HÜSEYNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5346412
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11660
19336
85986
394618
5346412

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter