21 Noyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi münasibətilə “Naxçıvanda İslam mədəniyyəti və gənclərdə tolerantlığın inkişaf etdirilməsi” mövzusunda seminar-treninq keçirilib.

“Naxçıvan” Universitetində keçirilən seminar-treninqi giriş sözü ilə ali təhsil ocağının tərbiyə işləri üzrə prorektoru Əli Yusifov açaraq bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Ötən il noyabrın 25-də Təşkilat Komitəsinin ilk iclası keçirilib, hazırlıq işləri ilə bağlı müvafiq tapşırıqlar verilib.
Seminar-treninqdə “Təmiz Dünya” İctimai Birliyinin sədri Fizzə Məmmədovanın “Gənclərdə tolerantlığın formalaşdırılması”, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Naxçıvanda İslam mədəniyyəti tarixi”, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarənin əməkdaşı Bəhruz Gülmalıyevin “Naxçıvanda dini tolerantlıq və İslamda tolerantlıq məsələləri”, Naxçıvan “Biznes Təlim Akademiyası” MMC-nin təlimçisi, layihə rəhbəri Sevinc Cabbarovanın “Gənclərdə tolerantlığın inkişafı və təkmilləşdirilməsi” mövzularında məruzələri dinlənilib. Bildirilib ki, qədim Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi Naxçıvanın İslam dünyasındakı yerinin və nüfuzunun göstəricisidir. Naxçıvan İslam dünyasının mədəniyyət zənginliyinin rəmzi olan bir şəhərdir. Bunu şəhərimizin qədim tarixi və mədəniyyət abidələri bir daha sübut edir.

Vurğulanıb ki, Naxçıvan qədimliyinə, mədəni zənginliyinə, yerləşdiyi coğrafi mövqeyinə görə seçilir. Məhz bu səbəbdən Naxçıvan hər zaman diqqət mərkəzində olub. Bəşəriyyətin yenidən yaranış tarixini simvolizə edən Nuh Peyğəmbərin məzarüstü abidəsi, Möminə xatın türbəsi və bir çox abidələr məhz bu şəhərin qədimliyini göstərir. Bu siyahıya ulu əcdadlarımızın yaşam fəlsəfəsini özündə əks etdirən Gəmiqaya abidələrini, dünya arxe­o­logiya elminə mühüm töhfələr vermək qüdrətində olan Qazma, Oğlanqala, Gilançay, Kültəpə arxeoloji abidələrini, saysız-hesabsız təbiət möcüzələrini əlavə etsək, dünya xəritəsində həcmcə kiçik bir ərazidə necə böyük bir potensialın toplandığının şahidi olarıq. Qeyd edək ki, müxtəlif tarixi dövrlərdəki ictimai-siyasi şərait Naxçıvanın kifayət qədər tanıdılmasına imkan verməyib. Yalnız Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra, daha dəqiqi, ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Naxçıvanın yenidən öyrənilməsinə, tədqiq olunmasına, tanıdılmasına başlanılıb.
Bildirilib ki, milli ornamentləri və yüksək memarlıq xüsusiyyətləri ilə Naxçıvan abidələri bu gün nəinki İslam ölkələrindən, dünyanın dörd bir yanından gələn turistləri heyran etməkdədir. 1200-dən artıq tarixi abidəyə malik olan Naxçıvan özündə 57 dünya əhəmiyyətli abidəni hifz etməklə bəşər mədəniyyətini zənginləşdirir.
Multikulturalizmin əhəmiyyətindən danışan məruzəçilər diqqətə çatdırıblar ki, multikulturalizmin Azərbaycan modelinin dünya ölkələrinə nümunə kimi təqdimatı, milli dəyərlərinin gənclərə aşılanması və tolerantlığın əhəmiyyətinin təbliğ olunması vacib məsələlərdən biri kimi qarşıda durur.
Seminar-treninqin sonunda sertifikatlar təqdim olunub.

Nuray ƏSGƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5282814
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4191
18197
22388
331020
5282814

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter