24 İyul 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

 

ARXİV

İyul 2017
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü, professor Səidə Məmməd­ovanın 75 illik yubileyi münasibətilə tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq yubilyar haqda xoş sözlərini tədbir iştirakçılarıyla bölüşüb. O, dirijorun milli musiqi mədəniyyətimizə verdiyi töhfələrdən bəhs edib. Qeyd edib ki, o, 1996-cı ildən etibarən rəhbərlik etdiyi İfaçılıq kafedrasında gərgin və yorulmaz əməyi sayəsində bu günədək işinin öhdəsindən layiqincə gəlir. Öz işinə olan məsuliyyətini gənc nəslə örnək göstərən rektor yubilyarın bəstəkarlıq sahəsində də qabiliyyətindən danışıb. Vurğulanıb ki, məşhur şairlərin sözlərinə yazdığı musiqilər bu gün də dillər əzbəridir. Rektor Səidə müəlliməyə cansağlığı, yubilyara hər zaman sənətdə var olmağı arzulayıb.

İncəsənət fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova çıxışında Səidə Məmmədovanın həyat və fəaliyyətindən ətraflı söhbət açıb.
Qeyd olunub ki, dirijorun fəaliyyəti hər zaman yüksək qiymətləndirilib, o, müxtəlif fəxri adlar və dövlət mükafatları ilə, diplom və fəxri fərmanlarla təltif olunub.
Sonra Universitet televiziyasının 2012-ci ildə hazırladığı, Səidə Məmmədovanın həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi olub.
Tədbirin bədii hissəsində Səidə Məmmədovanın akademik İsa Həbibbəylinin sözlərinə yazdığı “Naxçıvanım”, Kəmalə Ağayevanın sözlərinə yazdığı “O kaman səsi” mahnıları səsləndirilib. Konservatoriyanın müəllim və tələbələrinin ifasında musiqi nömrələri səsləndirilib.
Sonda yubilyar tədbirin təşkilatçılarına minnətdarlıq edib, keçdiyi ömür yolundan danışıb, gənc sənətkarlarla sənət təcrübəsini bölüşüb.

Səadət Əliyeva

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3437073
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11290
13354
11290
353686
3437073

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter