25 May 2017, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

May 2017
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Mayın 6-da Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri şagirdlərinin muxtar respublika müsabiqəsi qaliblərinin yekun konserti olub.

 Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqı­nın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərindəki büstünü ziyarət edərək önünə gül dəstələri düzüblər.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova tədbirdə çıxış edərək bildirib ki, xalqımızın mənəvi dünyasının, milli mövcudluğunun əsas atributlarından biri olan mədəni irsimizin qorunub saxlanılmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında böyük şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Hazırda bu siyasət ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Vurğulanıb ki, ümummilli liderimizin mədəniyyət sahəsində müəyyənləşdirdiyi inkişaf strategiyası muxtar respublikada da uğurla reallaşdırılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun mədəniyyət və incəsənətimizə qayğısı ulu öndər Heydər Əliyev ideyalarının həyata keçirilməsinin bariz ifadəsi və bu yola sədaqətin nümunəsidir.
Sonra müsabiqənin mükafatlandırılma mərhələsi başlayıb. Nəticələrə görə, 28 fərdi müsabiqə iştirakçısı və 8 kollektiv III dərəcəli, 29 nəfər və 6 kollektiv II dərəcəli diplomla mükafatlandırılıblar. 19 iştirakçı və 4 kollektiv müsabiqənin I dərəcəli diplomu ilə təltif edilərək qalib olublar.
Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri arasında keçirilən rəsm müsabiqəsində qalib olmuş 2 şagird III dərəcəli, 2 şagird II dərəcəli və 1 şagird I dərəcəli diplomla təltif ediliblər.
Müsabiqədə fəal iştirakına görə Sədərək Rayon Uşaq Musiqi Məktəbi və Ordubad Rayon Vənənd kənd Uşaq Musiqi Məktəbi nazirliyin fəxri fərmanına layiq görülüblər.
“İlin məktəbi” adına isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 21 oktyabr tarixli Sərəncamı ilə ötən il 50 illik yubileyi qeyd edilən Ordubad Şəhər Uşaq Musiqi Məktəbi layiq görülüb. Müsabiqədə 104 şagird və kollektiv isə fərqləndiklərinə görə diplom və fəxri fərmanlarla təltif olunublar.
Sonra yekun konserti olub.

Əli RZAYEV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2455625
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11213
15224
57190
395188
2455625

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter