27 İyun 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

İyun 2017
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında “Xalçaçı günü” peşə bayramının təsis edilməsi haqqında” 2016-cı il 25 noyabr tarixli Sərəncamına əsasən mayın 5-i ölkəmizdə ­“Xalçaçı günü” peşə bayramı kimi qeyd ediləcəkdir.

 

Azərbaycanda xalça toxuculuğu tətbiqi sənət növünün ən qədim və unikal sahələrindən biridir. Vətənimizin ərazisində aparılan arxeoloji qazıntılar və yazılı mənbələrə görə, Azərbaycanda xalça toxuculuğu Tunc dövründə, yəni 5 min il bundan əvvəl meydana gəlmişdir. Azərbaycan xalçası boyalarının tükənməz zənginliyi, naxışlarının təkrarolunmazlığı, yaradıcılıq təxəyyülünün gücü və yüksək sənətkarlığı ilə diqqəti cəlb etmişdir. Ölkəmizdə xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont və başqa qədim dünya tarixçiləri məlumat veriblər. “Kitabi-Dədə Qorqud” dastanlarında, Nizami, Xaqani və başqa şairlərimizin əsərlərində xalçalarımız tərənnüm edilir. Hazırda dünya muzeylərində saxlanan nadir Azərbaycan xalçaları vaxtilə Vətənimizə gələn səyyahlar, tacirlər və alimlər tərəfindən bu ölkələrə aparılmışdır. Azərbaycan xalçaları Avropada intibah dövrünün görkəm­li rəssamlarının tablolarında da təsvir olunmuşdur. Bu gün Azərbaycan xalçaları dünyanın məşhur muzeylərində nümayiş etdirilir.
“Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu ­günüdür”, – deyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə mədəni irsimizin bu sahəsinin inkişafına və qorunmasına xüsusi diqqət və qayğı göstərmişdir. Bu illərdə ölkəmizdə xalçaçılığın inkişafı və təbliği üçün bir sıra mühüm tədbirlər həyata keçirilmiş, xalçaçı rəssamlara diqqət və qayğı göstərilmişdir. 1972-ci ildə xalça muzeyinin açılması ölkəmizdə bu sahəyə göstərilən diqqətin ifadəsi idi. 1983-cü ildə ulu öndər Mos­kvada SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini olduğu zaman Bakıda YUNESKO-nun Şərq Xalçaları üzrə Beynəlxalq Konfransının xətti ilə Azərbaycan xalçasının tanıdılması məqsədilə simpoziumun keçirilməsinə nail olmuşdu. Bu, keçmiş SSRİ məkanında Şərq xalça sənətinə aid birinci simpozium kimi tarixə düşmüşdür. Çoxsaylı xarici qonağın iştirak etdiyi bu simpozium əsl xalça bayramına çevrilmiş, Azərbaycan xalçasının tanıdılmasında və təbliğində mühüm rol oynamışdır.
Xalçaçılıq sənətinin inkişafı sahəsində aparılan iş bu gün uğurla davam etdirilir. Ölkə rəhbərinin mədəniyyətimizin inkişafı ilə bağlı tövsiyə və tapşırıqları milli-mənəvi dəyərlərimizin, xalq sənəti növlərinin mühafizəsi və inkişafı üçün zəmin yaratmışdır. Bu baxımdan “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunması xüsusi əhəmiyyət kəsb edir. Bu qanun xalça sənəti ilə bağlı Azərbaycan xalqının zəngin milli-mədəni ənənələrinin qorunub saxlanılması, öyrənilməsi, xalça sənətinin inkişaf etdirilməsi və təbliği sahəsində məsələləri tənzimləyir. Xalqın genetik yaddaşının, tarixi varislik ənənələrinin davamı olan xalçaçılıq sənətinin gələcək nəsillərə ötürülməsi və inkişafına, texnoloji və bədii dəyərlərin inkişafına yönəlmiş məqsədyönlü tədbirlər öz nəticəsini vermiş, 2010-cu ildə xalça sənətimiz YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ irs siyahısına daxil edilmişdir. Azərbaycan xalçasının tanıdılması ilə bağlı 2003-cü ildə Bakıda, 2007-ci ildə isə YUNESKO-nun Parisdəki mənzil qərargahında xalça simpoziumları keçirilmişdir.
Bəşəri sivilizasiyaların uğurlu dialoqu keçmişlə gələcək arasında körpüyə bənzədilir. Bu körpünün təməl daşında, şübhəsiz, Azərbaycan xalça sənətinin də izləri vardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın inşa edilməsi barədə 2007-ci ildə imzaladığı Sərəncam bu sənətə verilən yüksək qiymət və qayğının ifadəsidir. Ölkə Prezidenti demişdir: “Xalça bizim milli sənətimizdir. Biz hesab edirik ki, Azərbaycan xalça sənətinin vətənidir, xal­ça muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir, sərvətimizdir”.

Naxçıvan Muxtar Respublikasının tarixi ərazisindən tapılmış ibtidai gil cəhrələr burada hələ qədimdən toxuculuq sənətinin inkişaf etdiyini göstərir. Tariximiz qədər qədim olan xalçaçılıq və bununla bağlı sənət sahəsi Naxçıvanda Tunc dövründən başlayaraq inkişaf etmiş, daha da zənginləşərək bu günümüzə gəlib çatmışdır. Orta əsr ərəbdilli mənbələrdə Naxçıvanda xalçaçılığın inkişafı və bu ərazidə toxunan xalçaların dünya bazarında satılması haqqında maraqlı məlumatlara rast gəlmək mümkündür. Miladi tarixi ilə 982-ci ildə ərəb dilində yazılmış “Hüdüd-əl-Aləm” (“Dünyanın sərhədləri”) adlı əsərdə Naxçıvanda toxuculuğun inkişafı haqqında qeydlər öz əksini tapmışdır.
Tarixdən qədim Naxçıvan diyarında heyvandarlığın, xüsusilə də qoyunçuluğun inkişafı burada xalçaçılığın yaranmasında mühüm rol oynamışdır. Naxçıvanda xalça toxunmasında tarixən balbas və mazıx qoyun cinslərinin yunu ilə yanaşı, eyni zamanda keçi və dəvə yunundan, ipəkdən də istifadə edilmişdir. Naxçıvan ərazisində xalça­çı­lığın inkişafı boyaqxanaların da inkişafını zəruri etmişdir. Naxçıvanda müxtəlif bölgələrdə bitən gül-çiçəklərdən, ağac qabıqlarından peşəkar boyaqçılar təbii rənglər almışlar ki, bu da uzun illər rəngini, əlvanlığını, parlaqlığını itirməyən xalça nümunələrinin yaranmasına səbəb olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı bu qədim sənətin inkişafı və təbliği sahəsində də yeni imkanlar açmışdır. Naxçıvanda xalça sənətinin inkişafı üçün görülən işlərin miqyası genişdir. Naxçıvan Dövlət Xalça Muzeyi ölkəmizdə müstəqillik illərində yaradılan ilk muzeylərdəndir. 1998-ci ildə yaradılan bu muzey 2010-cu ilin martında – Novruz bayramı ərəfəsində yeni binaya köçürülmüşdür. Yarandığı vaxt 359 eksponatla fəaliyyətə başlayan muzeyin eksponatlarının sayı bu gün 3000-dən artıqdır. 2013-cü ildə muzey yenidən qurulmuşdur. Həmin il “Naxçıvan xalçaçıları” kitabının, “Azərbaycan xalçaları: Naxçıvan qrupu” jurnalının, “Naxçıvan xalçaları” sənədli filminin və muzeyin internet saytının təqdimat mərasimi olmuşdur. Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş “Naxçıvan xalçaçıları” kitabında 254 toxucu haqqında maraqlı məlumatlar toplanmışdır.

Bu gün Naxçıvan Dövlət Xalça Muzeyində Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda Təsviri incəsənət ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə açıq dərslər təşkil olunur. Muxtar respublikanın bölgələrində xalçaçılıq kursları fəaliyyət göstərir. Xalçatoxuyanlar üçün lazımi şərait yaradılır. Həmçinin Naxçıvan Regional Peşə Tədris Mərkəzində xalçaçılıq üzrə peşə kurslarının, Naxçıvan Qızlar Liseyində “Tikiş, toxuculuq və xalçaçılıq” dərnəyinin fəaliyyət göstərməsi, “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında xalça toxunmasının təşkili, muxtar respublikanın kəndlərində xalçatoxuyan qadınların hana və digər zəruri ləvazimatlarla təmin olunması xalçaçılığın inkişafına öz töhfəsini verir.

Xalqımızın istedad və bacarığını, tükənməz sənət imkanlarını göstərən xalçaçılıq əbədiyaşar sənətdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Naxçıvan xalçaları, sadəcə xalça deyil, bunlar həm də xalqımızın tarixini, mədəniyyətini, incəsənətini və məişət tərzini özündə yaşadan qiymətli nümunələrdir. Ona görə də bu nümunələrin öyrənilməsi, tədqiqat işlərinin davam etdirilməsi bundan sonra da diqqət mərkəzində saxlanılmalıdır”.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3027612
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
7677
15326
23003
463079
3027612

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter