11 Dekabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2017
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

“Naxçıvan” Universitetində böyük Azərbaycan şairi, ictimai xadim Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi ilə əlaqədar “Əsrlərdə yaşayan ömür” adlı konfrans keçirilib.
Konfransı giriş sözü ilə universitetin tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru İbrahim Kazımbəyli açıb. O ölməz sənətkar Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi ilə bağlı ölkə başçısı cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncamın əhəmiyyətindən danışıb.
Konfransda Azərbaycan dili və ədəbiyyat kafedrasının baş müəllimləri Təranə Qəbulovanın “Azərbaycan türklərinin məşhur və müqtədir şairi”, Mədəd Səfərovun “Azərbaycan dilinin saflaşmasında Molla Pənah Vaqifin rolu”, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə magistrant Mətanət Əliyevanın “Molla Pənah Vaqif yaradıcılığının özünəməxsus xüsusiyyətləri” mövzularında çıxışları dinlənilib. Çıxışlarda vurğulanıb ki, Molla Pənah Vaqifin yaradıcılığı Azərbaycan poeziyasının gələcək inkişafına böyük təsir göstərib. Vaqif yaradıcılığı tükənməz xəzinədir. Görkəmli klassikin poetik irsi bütün söz incilərindən öz vaqifliyi ilə seçilir. Vaqif dili mənalı və çox anlaşıqlıdır. Onun sözü, ifadə və cümlələri sadə olduğu qədər təbii və şirindir. Dildə təbiilik və şirinlik isə xəlqiliyin mühüm şərtidir. Böyük şairimiz Molla Pənah Vaqif Azərbaycan xalqının iftixarıdır. Onun şeirləri təkrar­edilməzdir.
Sonra tələbələrin ifasında Molla Pənah Vaqifin şeirləri səsləndirilib.

Nuray ƏSGƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5631306
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
14758
18377
14758
177197
5631306

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter