29 Aprel 2017, Şənbə

ARXİV

Aprel 2017
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrasını 2017-ci ilin birinci rübündə diqqət mərkəzində saxlamışdır. Bu dövrdə muzeylərlə muxtar respublikanın 200-dən çox ümumtəhsil, orta ixtisas və peşə məktəbi arasında 7 distant dərs keçilmiş, muzey fondlarına 266 yeni eksponat daxil olmuşdur. Ümumilikdə, muzeyləri 92 min 439 nəfər ziyarət etmişdir ki, onların da 26 mindən çoxu xarici ölkə vətəndaşıdır.

Kitabxanaların fəaliyyətinə də diqqət artırılmış, “Nağıl günləri” və “Mütaliə günləri” davam etdirilmişdir. Kitabxana əməkdaşları tərəfindən uşaq bağçalarında, ümumtəhsil məktəblərinin ibtidai siniflərində “Nağıl günü” başlığı altında, ümumilikdə, 142 tədbir keçirilmişdir. Bu dövrdə kitabxanalara 77 adda 648 nüsxə kitab paylanmışdır. Kitabxanalarda yeni oxucu sayı 832, oxucu gəlişi 36 min 307 nəfər, kitab verilişi 175 min 785 nüsxə təşkil etmişdir. Onu da qeyd edək ki, kitabxana işçilərinin peşə hazırlığını yüksəltmək məqsədilə ongünlük kurslar təşkil edilmiş, bu kurslarda 54 kitabxana əməkdaşı iştirak etmişdir.
Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Nadir şah”, “Arılar arasında”, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında “Niyyət açarı”, “Sirli sözlər”, “Şahzadə Bəndalı”, “Qırmızı papaq”, “Uf-Uf xanım”, “Nəğməkar bülbül”, Naxçıvan Dövlət Uşaq Teatrında isə “Kosanın kələyi” tamaşaları teatrsevərlərə təqdim olunmuşdur. Muxtar respublikanın xalq teatrları da ötən rübdə tamaşaçılar qarşısında hazırladıqları əsərləri nümayiş etdirmişlər.
2017-ci ilin I rübündə muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində tədrisin keyfiyyətini yüksəltmək üçün metodik kurslar təşkil olunmuş, mühazirələr oxunmuş, ustad dərsləri davam etdirilmişdir. Musiqi məktəblərində təhsil alan şagirdlər üçün “Lira” intellektual oyunu keçirilmiş, vətənpərvərlik duyğularının gücləndirilməsi məqsədilə konsertlər təşkil edilmişdir. Nazirlik tərəfindən sağlamlıq imkanları məhdud, aztəminatlı və şəhid ailələrinə, valideyn himayəsindən məhrum uşaqlara mədəni xidmət işi də gücləndirilmiş, tamaşalar göstərilmişdir.
Ötən müddətdə turizm sahəsində təbliğat işlərinin əhatə dairəsi genişləndirilmiş, muxtar respublikaya gələn turistlərin sayı artmışdır.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2031074
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
14374
19173
106259
451052
2031074

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter