26 May 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

May 2017
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, dramaturq Əli Əmirlinin “Onun iki qabırğası” ikihissəli komediyası əsasında hazırlanmış tamaşasının premyerası olmuşdur. Bu komediya müəllifin “Ağa Məhəmməd şah Qacar”, “Varlı qadın” pyeslərindən sonra səhnəyə qoyulan üçüncü əsəridir.

 Ölkəmizin bir sıra teatrlarında səhnəyə qoyulmuş “Onun iki qabırğası” pyesində keçid dövrünə xas olan ailə dramı mövzusu əks etdirilir. Şəhərə ərə gəlsə də, bağ evində o dövrün qayğıları ilə yaşayaraq “Azadlıq” adlı ailə təsərrüfatında toyuq saxlamaqla məşğul olan kənd qızı Maralın (Nurbəniz Niftəliyeva) və onun ömür yoldaşı Səyyadın (Azərbaycan Respublikasının Əməkdar artisti Əbülfəz İmanov) problemləri komik lövhələrlə təqdim olunur. Lakin tamaşada gülüş məqamları yaradan personajlar kimi onlar tək deyildir.

Yeni ailə qurmuş Səyyadın birinci arvadı Ceyranın (Zəminə Baxşəliyeva) səhnədə görünməsi tamaşanın dramatizmini bir az da artırır. Yayın ortasında bir ay yaşamaq üçün bağa gəlməsi, kənd qızı Maralın isə içi dolu inkubatorları baxımsız qoyub gedə bilməməsi ziddiyyətlərin xarakterini müəyyən edən konflikt kimi ortaya çıxır. Bir qədər sonra isə Cavanşirin də (Azərbaycan Respublikasının Əməkdar artisti Bəhruz Haxverdiyev) bağa gəlməsi tamaşadakı hadisələri daha maraqlı edir. Əsas dramaturji hadisələr isə Maral-Səyyad və Ceyran-Cavanşir cütlüklərinin qarşılıqlı münasibətləri zəminində baş verir. Xaricdən mal gətirib satmaqla dolanan Ceyranın şərikini də özü ilə bağa gətirməsi ziddiyyətləri daha da mürəkkəbləşdirir. Bir vaxtlar kənd klubunda “Kral Lir”i tamaşaya qoymaq istəyən, Amerikada yaşamaq adı ilə doğma kəndindən çıxmış Cavanşirin keçmiş nişanlısı Maralla gözlənilməz görüşü, Ceyranla toylarının olacağını bəyan etməsi Səyyadın əsəblərini tarıma çəkir. Beləliklə, tamaşanın birinci hissəsi gözlənilməz vəziyyətlərlə və komediyadakı düyünün təqdimatı ilə başa çatır.
Tamaşada Maralın valideynləri – baba (Cəbrayıl Nəbiyev) və nənə (Nazlı Hüseynquliyeva) əsərin final səhnəsində görünürlər. Tamaşanın əsas personajları səhnədə az görünsələr də, təcrübəli aktyorlarımızın ifasında onlar yadda qalır və hadisələrin açılmasında müəyyən rol oynayırlar. Qısa məzmunu bundan ibarət olan “Onun iki qabırğası” komediyası tamaşa­çını yormur, əksinə, onda xoş əhval-ruhiyyə yaradır.
Tamaşanın quruluşçu rejissoru, Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyev kiçik aktyor kollektivi ilə maraqlı və dinamik səhnə əsəri yaratmağa müvəffəq olmuş və əsas müəllif fikrini aça bilmişdir. Tamaşanın quruluşçu rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əbülfəz Axundovun səhnə tərtibatı da diqqəti cəlb edir. Sadə, dəbdəbədən uzaq bağ evi tamaşanın personajlarının məişət tərzinə uyğun gəlir. Musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovun Fikrət Əmirov, Eldar Mansurov, gənc bəstəkar Aydın Rəfiyev, böyük rus bəstəkarı Nikolay Andreyeviç Rimski-Korsakovun əsərlərindən seçdiyi musiqi parçaları tamaşanın ruhu ilə səsləşir.
Tamaşa teatrsevərlər tərəfindən alqışlarla qarşılanmışdır.

Əli RZAYEV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2472470
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11321
16737
74035
412033
2472470

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter