18 Avqust 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

 

ARXİV

Avqust 2017
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

Ulu öndər Heydər Əliyеv: Cəlil Məmmədquluzadə dühasının aynası olan “Molla Nəsrəddin” eyni zamanda minlərlə adama özünün hansı məzhəbə qulluq etdiyini göstərən aydın və qərəzsiz bir güzgü idi. “Molla Nəsrəddin”in birbaşa hədəfə dəyən tənqid oxları millətin ətalət yuxusundan oyanmasında, öz haqqını tələb etməsində əvəzsiz rol oynamışdır.


1906-cı il aprelin 20-də Tiflis şəhərindəki “Qeyrət” mətbəəsində Cəlil Məmməd­quluzadənin redaktorluğu, Ömər Faiq Nemanzadənin köməyi və Məşədi Ələsgər ­Bağırovun maliyyə dəstəyi ilə “Molla Nəsrəddin” jurnalının ilk sayı işıq üzü görmüşdür. Jurnal əvvəl Tiflisdə (1906-1917), sonra Təbrizdə (1921), daha sonra isə Bakıda (1922-1931) fasilələrlə iyirmi beş il nəşr olunmuşdur. Jurnalın, ümumilikdə, 748 sayı işıq üzü görüb ki, onun da 340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda çapdan çıxmışdır.
“Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb bəzi bəhanələr ilə məndən qaçıb gedirlər. Çünki hükəmalar buyurublar ki, sözünü o kəslərə de ki, sənə qulaq vermirlər”, “Ey mənim munislərim! Mən bu cümlələri yazıram ki, siz oxuyub fikir edəsiniz...” sözləri ilə oxucularına müraciət edən “Molla Nəsrəddin” jurnalı insanları cəhalət yuxusundan oyanmağa, maariflənməyə, Vətənin taleyi barədə düşünməyə çağırırdı.“Molla Nəsrəddin” jurnalı qısa müddət ərzində böyük nüfuz qazanmış, təkcə Azərbaycanda deyil, bütün Yaxın və Orta Şərqdə demokratik mətbuatın inkişafına mühüm töhfələr vermiş, bu sahədə yeni səhifə açmışdır.

“Molla Nəsrəddin” jurnalı dövrünün bütün ictimai-siyasi və mədəni hadisələrinə münasibət bildirmiş və öz xalqının həyatını həqiqəti göstərən bir güzgü kimi doğru-düzgün əks etdirmişdir. Mirzə Cəlil jurnalın məhz satirik istiqamətə malik olmasında, dilinin ümumxalq danışıq dilinə yaxınlığında, jurnalın quruluşu, müxtəlif satirik-publisistik janrların düşünülməsində, məcmuənin həm Azərbaycan şifahi xalq ədəbiyyatı, həm də klassik ədəbiyyatımızla bağlılığında, satirik şeirin bir çox janrlarının formalaşdırılmasında, karikaturanın publisistikaya gətirilməsində və digər sahələrdə bir ağsaqqal kimi ideya verən, mövzu verən və məsləhət verən şəxs olmuşdur. Lakin Mirzə Cəlilin də dediyi kimi, “Molla Nəsrəddin” jurnalı “tək bir nəfər müəllifin əsəri deyil. “Molla Nəsrəddin” bir neçə mənim əziz yoldaşlarımın qələmlərinin əsərinin məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam”. Xalqın üzləşdiyi sosial-siyasi, iqtisadi və mədəni problemləri satirik üslubda, sadə, anlaşıqlı tərzdə oxuculara çatdıran Mirzə Cəlil və onun Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi kimi məslək yoldaşları bütün fəaliyyətləri boyunca Vətənə, millətə layiqincə xidmət göstərmişlər. Xalqın milli mənafelərinin ardıcıl ifadəçisi və müdafiəçisi olan “Molla Nəsrəddin” azadlıq mücadiləsinə, xalqımızın hərtərəfli yüksəlişinə misilsiz töhfələr vermişdir. Bu jurnalın təsiri ilə nəşr olunan “Kəlniyyət”, “Arı”, “Tuti”, “Babayi-Əmir”, “Şeypur”, “Zənbur” kimi satirik mətbuat orqanları onun ənənələrini davam etdirmişlər.
Böyük ədibin misilsiz cəsarəti özünü həm də jurnalın Azərbaycan dilində nəşr edilməsində və ana dili faktorunun jurnalda iştirakın əsas şərtlərindən biri olaraq irəli sürülməsində idi. “Yazıda ən böyük cürətimiz o oldu ki, açıq ana dilində yazmaqdan və şərt də budur ki, açıq yazmaqdan biz utanmadıq... Salınız yadınıza o günləri ki, ananız sizə bu dildə layla çalırdı. Hərdənbir ana dilində danışmaq ilə keçmişdə gözəl günləri yad etməyin nə eybi var?” Mirzə Cəlil ana dilində yazmağı qarşısına məqsəd qoymuş və buna nail olmuşdu.
Dahi sənətkar xatirələrində qeyd etmişdir ki, o zamana qədər hətta nikolaylara batan olsa da, fazillərin sözünü danışmağa heç kimsə cəsarət etməmişdi. Məhz bu səbəbdən də jurnalın ilk nömrəsi bütün türk-müsəlman dünyasında çox böyük təsirə malik olmuş, mütərəqqi görüşlü insanlar tərəfindən alqışla, mühafizəkar din xadimləri, istismarçı qüvvələr tərəfindən isə tənqidlə qarşılanmışdır. Bütün təzyiqlərə, hədələrə baxmayaraq, Mirzə Cəlil və digər mollanəsrəddinçilər xalqın düşmənləri ilə mübarizə etmək fikrindən bir an belə dönmə­miş, əksinə, bu mübarizədə qalib gəlmək üçün bütün mövcud imkanlardan, ən təsirli vasitələrdən istifadə etmişlər. Bu barədə Mirzə Cəlil yazırdı: “Düşməndən qorxan adını mühərrir qoymağa haqlı deyil. Camaatın ancaq xoşuna gələnləri yazan, axundlara, bəylərə, xanlara, sərvətdarlara yaltaqlıq edib milyonlarla əzilənləri yaddan çıxaran mühərrirlərin qiyməti bir qara puldur. O da qəlp”.
Azərbaycançılıq məfkurəsi mollanəsrəddinçilik təliminin ideya əsasından ibarətdir. Bütövlükdə, Cəlil Məmmədquluzadənin yaradıcılığı və “Molla Nəsrəddin” jurnalının fəaliyyəti Azərbaycançılıq məfkurəsi üstündə köklənmişdir. Vaxtilə böyük millətpərvər ədib qələm əhlinə millətə və Vətənə xidmətin ünvanını, istiqamətini nişan verərək yazırdı: “Bu gün Kərbala meydanı Azərbaycandakı vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir cüzi din, namus, Vətən hissi varsa, oranın qeydinə qalmalıdır!”
“Molla Nəsrəddin” jurnalı Azərbaycan qadınının əlindən alınan hüquq və azadlıqlarından daim bəhs etmiş, onun vəziyyətini hərtərəfli və geniş planda əks etdirmişdir. Qız uşaqlarının çox erkən yaşlarında ərə verilməsi, doqquz yaşından sonra təhsil almağının lazımsız görülməsi, ümumiyyətlə, qadın haqlarının pozulması halları jurnalda kəskin tənqid olunmuşdur. “Molla Nəsrəddin” jurnalında qadınların maariflənməsi məsələsinə dair yazılar, qız məktəblərinin açılmasını, elmin, maarifin mənasını başa düşməyən avam insanların kəskin tənqid olunması da o dövr üçün çox mühüm əhəmiyyət kəsb edirdi.
Cəlil Məmmədquluzadənin səyi və təşkilatçılığı sayəsində jurnalın ətrafında “Molla Nəsrəddin” ədəbi məktəbi formalaşmışdır. “Bizim birinci işimiz, birinci vəzifəmiz gözümüzün qabağında dərin yuxuda olan islam milləti idi”, – deyən böyük mütəfəkkiri xalqlara azadlıqlar verildiyi bir vaxtda azərbaycanlıların qəflət yuxusunda yatmağı narahat etməyə bilməzdi. Mövhumat, qəflət yuxusu, mədəni gerilik, avamlıq, dini fanatizm jurnalın əsas tənqid obyektləri olmuşdur. “Molla Nəsrəddin” jurnalı xalqı qəflətdə yatırmaqda maraqlı olan ruhanilərin, yerli və rus vəzifəlilərinin əksinə olaraq, onu oyadaraq dostunu və düşmənini tanıtmış, zəhmətkeş təbəqələrin düşmənlərinin eybəcər daxili aləmini və gizlin əməllərini bütün dəhşət və dözülməzliyi ilə xalqa çatdırmışdır.
“Molla Nəsrəddin” jurnalı, onun yaranmasını şərtləndirən tarixi şərait, jurnalın əsas müəllifləri haqqında tədqiqatlar aparılmış, kitablar yazılmış, mollanəsrəddinşünaslıq elmi formalaşmışdır. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ədəbiyyat və mədəniyyətə qayğı istiqamətində də “Molla Nəsrəddin” jurnalı və mollanəsrəddinçilərin irsinə daim diqqət yetirilmiş, böyük qayğı göstərilmişdir. Ümummilli liderimiz Heydər Əliyev qeyd edirdi ki: “Cəlil Məmmədqulu­zadə öz yaradıcılığı ilə, əsərləri ilə, publisistikası ilə, mətbuatçılıq fəaliyyəti ilə Azərbaycan xalqının milli oyanışında, milli dirçəlişində əvəzsiz rol oynamışdır. Xalqımızın milli şüurunun formalaşmasında məhz “Molla Nəsrəddin” jurnalının və Mirzə Cəlilin fəaliyyətinin rolu misilsizdir. Əgər Сəlil Məmmədquluzadə kimi şəxsiyyət dünyaya gəlməsəydi, öz fəаliууətini göstərməsəydi, əgər “Molla Nəsrəddin” jurnalı yatmış insanları qaranlıqdan çıxarmağa çalışmasaydı, əgər onun “Ölülər” əsəri insanların gözünü real dünyaya açmasaydı, xalqımız bu qədər inkişaf edə bilməzdi”.
Ulu öndər Cəlil Məmmədquluzadə irsinə daim yüksək qiymət vermişdir. 2006-cı ildə “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 100 illiyinin, 2009-cu ildə Cəlil Məmmədquluzadənin 140 illik yubileyinin ölkə Prezidentinin müvafiq sərəncamlarına əsasən dövlət səviyyəsində qeyd olunması, “Molla Nəsrəddin” jurnalının bütün saylarının toplanılıb səkkiz cilddə nəşrinin başa çatdırılması bu baxımdan xüsusi dəyərə malikdir.
Naxçıvan Muxtar Respublikasında da Mirzə Cəlilin və digər mollanəsrəddinçilərin xatirəsi uca tutulur, onlar ehtiramla yad edilir. Naxçıvan şəhərində ədibin ev-muzeyi yaradılmışdır. Cəlil Məmmədquluzadənin 140 illik yubileyi ilə əlaqədar həyata keçirilən çoxsaylı tədbirlər, hazırlanan nəşrlər, keçirilən elmi konfranslar, tamaşaya qoyulan əsərlər, hər il keçirilən “Mirzə Cəlil günləri” mollanəsrəddinçilərin şəxsiyyətinə və sənətinə ümummilli liderimiz Heydər Əliyevin göstərdiyi böyük diqqətin, verdiyi önəmin muxtar respublikada layiqincə davam etdirilməsinin parlaq ifadəsidir.
“Molla Nəsrəddin” ədəbi məktəbinin ənənələri, mollanəsrəddinçilik təlimi bundan sonra da yaşamaqda davam edəcək, inkişafa, tərəqqiyə özünün böyük və təmənnasız köməyini göstərəcəkdir. Böyük mollanəsrəddinçi Ömər Faiq Nemanzadənin fikirləri ilə desək: “Bu gün “Molla Nəsrəddin” batar, sabah Molla Xeyrəddin çıxar... “Molla Nəsrəddin”i meydana gətirən fikirlər bağlanmayacaqdır”.

Aygün Orucova
AMEA Naxçıvan Bölməsinin böyük elmi
işçisi, filologiya üzrə fəlsəfə doktoru

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3809865
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
14540
14451
73977
264082
3809865

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter