29 İyun 2017, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

İyun 2017
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Mütəxəssislər deyirlər ki, mütaliə insana bir çox faydalı keyfiyyətlər bəxş edir. Kitab oxumaq, ilk növbədə, insanın düşüncə qabiliyyətini inkişaf etdirir, dünyaya, hadisələrə baxış bucağını müəyyənləşdirir, doğru qərarlar verib düzgün seçiminə kömək edir. Oxuduğumuz hər kitabla özümüzə yeni dost qazanmış oluruq. XVIII əsrdə yaşamış Fransa maarifçilərinin görkəmli nümayəndəsi Fransua Volter kitab haqqında yazırdı: “Yaxşı kitabı ilk dəfə oxuyanda bizə elə gəlir ki, yeni dost qazanmışıq. Həmin kitabı təkrar oxumaq köhnə dostu yenidən görməkdir”.
Bu gün kitabsevərlərin üz tutduqları mütaliə məkanları məhz kitabxanalardır və muxtar respublikanın bütün bölgələrində belə mədəniyyət müəssisələri fəaliyyət göstərir. Son illər həmin kitabxanalar daha da təkmilləşdirilərək müasir tələblərə uyğunlaşdırılıb, kitabxana fondları zənginləşdirilib. İndi bu mütaliə ocaqlarına üz tutan oxucular klassik ədəbiyyat nümunələrindən tutmuş müasir dövrün yazıçılarının əsərlərinə qədər istənilən kitabı tapa bilərlər. Naxçıvan şəhərinin Atatürk küçəsində fəaliyyət göstərən “Möminə xatın” kitab-kafesi də xeyirxah bir missiyanın yerinə yetirilməsi zərurətindən yaradılıb. Kitab-kafe üç il bundan öncə fəaliyyətə başlayıb. Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Sevinc Abbasovanın təşəbbüsü ilə yaradılan bu müəssisənin əsas məqsədi gənc­lərimizdə mütaliə mədəniyyətini formalaşdırmaq, gənc nəslə kitabı sevdirməkdir. Kafe özünə xeyli oxucu kütləsi toplaya bilib. 24 oxucu tutumuna malik olan kitab-kafeyə gün ərzində orta hesabla 40-a yaxın oxucu müraciət edir.

Ötən günlərdə biz də yolumuzu adıçəkilən məkana saldıq. Burada yaradılan gözəl şərait bir oxucu kimi bizi də sevindirdi. Kitab-kafedə oxucularla həmsöhbət olduq. Onlardan biri – İnci Məmmədzadə dedi ki, artıq iki ildir, bu kitab-kafenin imkanlarından istifadə edir. Naxçıvanda belə bir kitab-kafenin yaradılmasını təqdirəlayiq hal sayan İnci buradakı şəraitdən razılıqla danışdı.
Sevinc müəllimə bizimlə söhbətində bildirdi ki, bu kafe onun “Oxumağı sevdirək” layihəsi əsasında yaradılıb. Kafe, əsasən, gənclər üçün nəzərdə tutulsa da, hər kəs buraya gəlib heç bir ödəmə etmədən istədiyi kitabdan istifadə edə bilər. Burada olan kitablara gəldikdə isə müsahibimiz qeyd etdi ki, hazırda kafedə tələbə və müəllimlər üçün dərs vəsaitləri, azyaşlı uşaqlar üçün əyləncəli kitablar, müxtəlif dillərdə olan bədii ədəbiyyatlar mövcuddur. Öyrəndik ki, kitab-kafedə oxuculara kitab sifariş etmək hüququ da verilib. Oxumağa gələnlər arasında tələbələr daha çox üstünlük təşkil edirlər. Müsahibimiz onu da bildirdi ki, buraya gələn oxuculara kitab oxuyarkən ucuz qiymətə çay, su, kofe təklif olunur. Söhbət əsnasında o da məlum oldu ki, kitab-kafe açıldığı vaxtdan indiyədək mütaliəyə gəncləri cəlb etmək üçün müxtəlif tədbirlər keçirib. Yerli müəlliflərin kitab təqdimatı, yaradıcı gənclərə aid xüsusi günlərin təşkil olunması, gənclər arasında bilik yarışmalarının keçirilməsi ənənə halını alıb. Sevinc Abbasova sonda bildirdi ki, kitab-kafe gələcəkdə də belə tədbirləri davam etdirəcək, gənclərin maariflənməsi yolunda səylərini əsirgəməyəcək.

 Nail Əsgərov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3062439
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
9636
16573
57830
497906
3062439

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter