26 Aprel 2017, Çərşənbə

ARXİV

Aprel 2017
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Qarnizonunun Zabitlər Evində Əlahiddə Ümumqoşun Ordu üzrə bədii özfəaliyyət kollektivlərinin bədii yaradıcı­lıq fəaliyyətinə baxış-müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Bu münasibətlə keçirilən tədbiri Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Mirqiyas Rüstəmov açıb. O, son illərdə ordumuzun Naxçıvanda yerləşən hissələrinə göstərilən dövlət qayğısından danışıb və bu istiqamətdə həyata keçirilən tədbirlərin böyük əhəmiyyəti olduğunu vurğulayıb. Mirqiyas Rüstəmov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, bütün bunlar şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin və hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsində böyük rol oynayır. Xidməti vəzifəsini şərəflə yerinə yetirən əsgərlərimizin bədii yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması və düzgün istiqamətləndirilməsi də həyata keçirilən tədbirlərin tərkib hissəsinə çevrilib. Sonra Mirqiyas Rüstəmov qalibləri təbrik edərək onlara xidmətlərində uğurlar arzulayıb.

Müsabiqənin qaliblərinə diplom və fəxri fərmanlar təqdim olunub.
Sonra Əlahiddə Ümumqoşun Ordunun bədii özfəaliyyət kollektivləri “Əsgər ocağı” adlı konsert proqramı ilə çıxış ediblər. Tədbirdə vətənpərvərlik mövzusunda şeirlər bədii qiraət olunub, mahnılar səsləndirilib, milli rəqslər ifa edilib.
Konsert proqramı iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

1977351
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
10716
25913
52536
397329
1977351

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter