25 İyun 2017, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

İyun 2017
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Ötən ilin sonlarında yaradılmasının 35 illiyini qeyd edən Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrının muxtar respublikamızda teatr sənətinin inkişafında və təbliğində özünəməxsus yeri vardır. Teatr müxtəlifməzmunlu və janrlı tamaşalarla rayon sakinlərinin estetik zövqünün formalaşmasında, gənclərin milli dəyərlər ruhunda tərbiyəsində, insanların asudə vaxtının mənalı və səmərəli təşkilində əhəmiyyətli rol oynayır.
Xalq teatrının son illərdə hazırladığı “Qısqanc ər”, “Ac həriflər”, “Yuxu”, “Dələduz” və başqa tamaşalar ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Bu günlərdə teatr Şərur Şəhər Mədəniyyət Sarayında böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin “Motsart və Salyeri” faciəsi əsasında hazırlanmış tamaşanı rayon ictimaiyyətinə təqdim edib.
“Motsart və Salyeri” əsəri dramatizmi və psixoloji gərginliyi ilə seçilir. İtalyan bəstəkarı Antonio Salyeri (1750-1825) və böyük Avstriya bəstəkarı Volfqanq Amadey Motsart (1756-1791) haqqında çoxlarına məlum olan rəvayət, bir sıra musiqi və bədii əsərlərin mövzusuna çevrilən hadisələr böyük şairin əsərində də əksini tapıb. Salyerinin Motsartı zəhərləməsi haqqında rəvayət bu əsərin əsas mövzusudur.

“Motsart və Salyeri” tamaşasının quruluşçu rejissoru Nəsimi Məmmədzadə həm də səhnə əsərinə bədii və musiqi tərtibatı verərək maraqlı tamaşa yaratmağa müvəffəq olub. Bu faciə ilk dəfə olaraq Azərbaycan səhnəsində tamaşaya qoyulur. Tamaşada əsas rollardan birinin ifaçısı da Nəsimi Məmmədzadədir. Salyeri kimi mürəkkəb və ziddiyyətli bir obraz Nəsimi Məmmədzadənin ifasında canlı və təbii görünür. Salyeri tanınmış və istedadlı bəstəkardır. Lakin paxıllıq, həsəd, şöhrətpərəstlik, eqoizm kimi sifətlər onun mənəvi kasıblığını ortaya qoyur. Əslində, böyük şairin də insanlara aşılamaq istədiyi əsas fikir bundan ibarətdir ki, bu mənfi əxlaqi sifətlər, bütövlükdə, cəmiyyət üçün təhlükəlidir.
Azərbaycan Respublikasının Əməkdar artisti Neymət Sultanov böyük bəstəkar Motsartın hərtərəfli istedadını və qeyri-adi taleyini tamaşaçıya təqdim etməyi bacarır. Salyeri sənətdə ondan istedadlı olan Motsartdan öyrənmək, onunla fəxr etmək əvəzinə Motsartı zəhərləyib öldürür.
“Motsart və Salyeri” tamaşasında rejissorun əlavə etdiyi Qara paltarlı adam (aktrisa İlkanə Cavadlı) rolu istisna olmaqla, əslində, iki obraz vardır: Motsart və Salyeri. Tamaşadakı kütləvi səhnələrdə Salman Şir­əliyev, Sevinc Qasımova, İlham Quliyev, Gülnar Quliyeva iştirak edirlər.
“Motsart və Salyeri” kimi psixoloji faciənin xalq teatrında tamaşaya qoyulması kollektivin uğurudur. Onu da qeyd edək ki, bu dəhşətli ölüm rəvayətindən iki əsrdən çox keçsə də, mübahisələr, şayiələr bitmir. Ancaq reallıq budur ki, Motsart tarixdə istedadlı böyük bəstəkar kimi qalıb, Salyeri isə paxıllıq və eqoizm rəmzinə çevrilib.
Səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Əli Rzayev

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3001438
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11603
14562
113718
436905
3001438

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter