29 İyun 2017, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

İyun 2017
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Azərbaycan gəncliyi ictimai həyatımızın bütün sferalarında öz fəaliyyəti ilə seçilir. İstedadlı, savadlı, bacarıqlı gənclər ölkəmizin inkişafına töhfələrini verir, bunu özlərinin vətəndaşlıq borcu sayırlar. Dövlətimiz də onlara hərtərəfli qayğı göstərir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu il yanvarın 14-də imzaladığı “Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında” Sərəncam yaradıcı gənc­lərə verilən yüksək qiymətin bariz nümunəsidir. Həmin sərəncama əsasən xüsusi istedadı olan Naxçıvan Musiqi Kollecinin tələbəsi balaban ifaçısı Sərxan Əliyevin və Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdi şahmatçı Pərviz Qasım­ovun adları Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılıb və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüblər.
Mükafata layiq görülən gənclərdən biri olan Sərxan Əliyev ilk musiqi təhsilini Bəhruz Kəngərli adına Şərur Şəhər Uşaq İncəsənət Məktəbində alıb. Sərxanın dediklərindən:

– Qardaşım Orxan musiqi məktəbinin tar sinfində oxuyurdu. Mən də onunla hərdənbir məktəbə gedər, bir kənarda oturub qardaşımın ifasını dinləyərdim. Bir müddət sonra məndə də musiqiyə həvəs yarandı. Ancaq balaban deyil, qardaşım kimi tar ifaçısı olmağı düşünürdüm. Sonradan fikrimi dəyişərək balaban sinfində təhsil almağa başladım. İlk müəllimim Mübariz Əliyev olub. İlk vaxtlarda bəzi çətinliklərlə qarşılaşırdım. Heç vaxt öz ifamla razılaşmır, daha yaxşısını arzulayırdım. Lakin bilirdim ki, çalışmadan nəyəsə nail olmaq mümkün deyil. Bunu bildiyim üçün də bu sahəyə daha çox vaxt ayırmağa başladım. Artıq əziyyətimin bəhrəsini görür, bundan həvəslənir, səylərimi bir az da artırırdım. Bunun müqabilində də ilk uğurları qazandım. Belə ki, 2013-cü ildə ulu öndərimiz Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası uşaq musiqi və bədii sənətkarlıq məktəbləri şagirdlərinin müsabiqəsində üçüncü yerə, keçən il isə ümummilli liderimizin 93-cü ildönümü münasibətilə keçirilmiş müsabiqədə birinci yerə layiq görüldüm. Beş illik musiqi təhsili müddətində digər tədbirlərdə də iştirak edərək mükafatlandırılmışam. Hazırda təhsil aldığım Naxçıvan Musiqi Kollecinin xalq çalğı alətləri orkestrinin, “Dilruba”, “Buta” muğam ansambllarının, “Naxçıvanqala” ritm qrupunun üzvüyəm.
Yay aylarında solo konsert verməyi planlaşdırıram. Artıq bu istiqamətdə hazırlıqlara da başlamışıq. Konsertin yüksək səviyyədə təşkili üçün səylə çalışırıq.
Sərxan deyir ki, balaca qardaşını da bu sahəyə yönəltmək, ona da bu sənətin sirlərini öyrətmək arzusundadır. Çox istəyir ki, o da qardaşları kimi musiqiçi olsun.
Sonda isə Sərxan belə bir mükafata layiq görüldüyü üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə öz minnətdarlı­ğını bildirdi.
Mükafata layiq görülənlərdən digəri – Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdi Pərviz Qasımov 7-8 yaşlarından şahmatla məşğul olur. Şahmatın ilkin sirlərini böyük qardaşından öyrənib:
– Mən də qardaşıma baxıb şahmatçı olmaq üçün ciddi çalışmağa başladım. Uğurlarımda qardaşımın da payı var. Baxmayaraq ki, hazırda o, bu sahədən tamamilə uzaqdır, lakin mən öz istəyimin ardınca getdim. Ailəmizin digər üzvləri də məni həmişə dəstəkləyirlər. Hətta bəzi yarışlarda iştirak etməyə tərəddüd etdiyim zamanlarda onlar məni cəsarətləndirir, uğur qazanacağıma inandırırlar.
Pərviz Qasımov 2014-cü ildə Yunanıstanda keçirilən məktəblilər arasında Avropa çempionatında ikinci yerə, elə həmin il İsmayıllıda keçirilən Azərbaycan şahmat olimpiadasında birinci yerə, Gürcüstanda keçirilən gənclər arasında Avropa çempionatında, Dubayda və Abu-Dabidə keçirilən yarışlarda üçüncü yerə layiq görülüb.
Hazırda XI sinifdə təhsil alan Pərviz II ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanlarına hazırlaşır. Bununla yanaşı, şahmatla da müntəzəm məşğul olur. Bunu asudə vaxtını səmərəli keçirmək üçün adi bir məşğuliyyət saymır, həyatının bundan sonrakı mərhələsində də ona gərək olacağını düşünür.
Pərviz deyir ki, qazandığı uğurların təməlində onlara göstərilən dövlət qayğısı durur. Buna görə də muxtar respublikada yeniyetmə və gənclər üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirir.
Biz də, öz növbəmizdə, Sərxan və Pərvizə fəaliyyətlərində uğurlar arzulayırıq. Yolunuz açıq olsun!


Fatma Babayeva

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3064301
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11498
16573
59692
499768
3064301

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter