24 Avqust 2017, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

  

ARXİV

Avqust 2017
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

2 aprel – Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Yazıçılar Birliyinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənc­lər Yaradıcılıq Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar arasında “Müstəqilliyimiz əbədidir” mövzusunda II muxtar respublika şeir müsabiqəsi keçirilib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Murtuz Qasım­ov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sahir Rüstəmov və Yazıçılar Birliyinin üzvü Əbülfəz Ülvi çıxış edərək bildiriblər ki, müsabiqənin keçirilməsində məqsəd uşaqlarda müstəqilliyimizə sevgi aşılamaq, kitaba marağı artırmaq və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətlə bağlılıqlarını daha da möhkəmləndirməkdir.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsil və reabilitasiyası üzrə Dövlət Proqramı”nda sağlamlıq imkanları məhdud uşaqların istedadlarının aşkara çıxarılması, o cümlədən yaradıcılıq müsabiqələrinin keçirilməsi də yer alıb. Bu mənada, keçirilən şeir müsabiqəsi uşaqların asudə vaxtının səmərəli təşkilinə, cəmiyyətdə özlərini realizəetmə imkanlarının artırılmasına, ictimai həyatın aktiv iştirakçısı olmaq bacarıqlarının üzə çıxarılmasına şərait yaradır. Muxtar respublikada uşaqların kitaba marağını artırmaq üçün uşaq ədəbiyyatının nəşri də diqqət mərkəzində saxlanılır. Son illər “Uşaqlar və Günəş” almanaxı, “Şeir və hekayələr”, “Təmsillər”, “Poema və pyeslər”, kiçikhəcmli kitablar yüksək tərtibatla çap olunub, uşaqyaşlı oxucuların istifadəsinə verilib. Bundan əlavə, muxtar respublikada dövlətin dəstəyi ilə yaradıcılıq qabiliyyəti olan uşaqların kiçikhəcmli şeir kitabları çap olunur, onların istedadları üzə çıxarılır. Bütün bunlar uşaqların bədii zövqünün inkişaf etdirilməsinə, gələcəkdə onların hərtərəfli, bilikli vətəndaş olmasına hesablanmış tədbirlərdir.

Sonra muxtar respublikanın bütün rayonları üzrə 30 uşaq müxtəlif şeirləri bədii qiraət edib. Müsabiqədə Ramil Ələkbərov I yerə layiq görülüb. Qızbəsti Quliyeva və Minayə Muradlı II yerə, Fəxriyyə Allahverdiyeva, Rəqsanə Ələsgərova və Nəzrin Hüseynli III yerə layiq görülüblər.
Sonda qaliblər və həvəsləndirici yerlərə layiq görülənlər təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb, müsabiqədə iştirak edən bütün uşaqlara hədiyyələr verilib.


Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin
mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3898127
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11756
17653
60049
352344
3898127

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter