11 Dekabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2017
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Əvvəllər Naxçıvandan Ləkətağa bir neçə dəfə yolum düşüb. Haçadağın, Əlincəqalanın möhtəşəm mənzərəsinin həvəskarı kimi bu istiqamətdə ilin hər fəslində getməyi arzulamışam. Amma, nə zamansa, sərt küləkli bir gündə əslən ləkətağlı jurnalist həmkarımız, “Şərq qapısı” qəzetində uzun illərdən bəri çalışan Kərəm Həsənovu son mənzilə yola salmaq üçün gedəcəyimi düşünməmişdim...
Kərəm müəllimlə ilk tanış olduğum günü o qədər də dəqiq xatırlamıram. Ona görə yox ki, bu, çoxdan olub. İş ondadır ki, “Şərq qapısı” qəzetində onun imzası ilə gedən yazılara tez-tez rast gəlirdim. 2005-ci ildən başlayaraq ara-sıra bu qəzetdə məqalələrim dərc olunanda və nəhayət, 2011-ci ildən bu redaksiyada çalışmağa başlayan gün özümü muxtar respublikamızın ən güclü qələm sahibləri arasında gördüm. Və Kərəm müəllim də bu redaksiyadakı yaradıcı insanlarla bir sırada idi.
Qələm sahibləri yaradıcı olmaqla həm də həssas insan, yaxşı dostdurlar. İşdə bəzi umu-küsülər olsa da, bu sənət sahiblərini ortaq dəyərlər sevincli və kədərli günlərdə həmişə bir araya toplayıb. 2017-ci ilin sulu qarlı, soyuq bir günündə – aprelin 2-də Ləkətağ qəbiristanlığında kənd camaatı ilə birgə mərhum Kərəm Həsənovla vidalaşan həmkarlarımızın sayının çoxluğu da bunu təsdiq edirdi.

“Şərq qapısı” böyük bir məktəbdir. Çox uzun müddət olmasa da, amma altı il ərzində Kərəm müəllim və digər jurnalist həmkarlarımla gec saatlaradək redaksiyadakı işimizi ən qabaqcıl məktəbdə belə, aldığım təhsildən daha səmərəli hesab edirəm. Kərəm müəllim də, necə deyərlər, bu məktəbdə qəzet işinin bütün incəliklərini yaxşı bilən yorulmaz bir insan idi. Yaşı 55-i keçsə də, üçüncü mərtəbədəki redaksiyanın pilləkənlərini elə buradakı gənclər kimi cəldliklə qalxardı. Bir küskünlüyü olsa da, onu heç zaman büruzə verməyən, ətrafındakı insanlarda həmişə pozitiv ruh yaradan birisi idi. Hər səhər redaksiyadakı iş otağımıza daxil olarkən sanki illərlə görüşmürmüşük kimi hərarətlə əlimizi sıxması, hal-əhval tutması həmin günün sonunadək hər kəsin yaradıcılıq enerjisinə güc qatardı. Kompüterdən istifadə etməzdi, amma bütün yazıları kompüter dəqiqliyi qədər səhvsiz və etibarlı idi. Dostlarına çox vaxt əl tutması, Naxçıvanın harasında olursa-olsun, dostunun, iş yoldaşlarının dar gününə tələsməsi ona xüsusi hörmət qazandırmışdı. Yazılarından işgüzarlıq, torpaq ətri duyulardı. Naxçıvanın blokada illərinin çətin dövrlərini yaşamış birisi kimi işgüzar, halal zəhmət sahibləri olan insanlar haqqında yazı yazmaq onun məqalələrinin, oçerklərinin əsas mövzusu idi. Kimisə tənqid etməyə meyilli deyildi Kərəm müəllim. Bunu onunla əsaslandırardı ki, insanları tənqidlə deyil, düz yola dəvət etməklə tərbiyələndirmək lazımdır.
...Daha aramızda olmayacaq Kərəm müəllim...
O biri dünyan da işıqlı olsun, əziz dostumuz!

Əli Cabbarov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5626579
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
10031
18377
10031
172470
5626579

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter