15 Noyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Xalqımızın ümummilli lideri Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı Ordubad təkcə təbii gözəllikləri, relyefi, flora və faunası ilə deyil, həmçinin tarixilik və memarlıq baxımından ekzotik abidələri ilə göz oxşayır. Ordubadın elə məhəlləsi yoxdur ki, orada tarixin sirli nəfəsi duyulmasın. Qoca və əsrarəngiz çinarlar keşiyini çəkir bu diyarın…
Ordubad ərazisində orta əsrlərə aid Cümə məscidi, Qeysəriyyə, Eyvaz türbəsi, Zorxana və sair tarixi-memarlıq abidələri var. Bu abidələr Azərbaycan memarlığının dəyərli nümunələri, möhtəşəm sənət əsərləridir.

Eyvaz türbəsi

Belə abidələrdən olan Ordubad şəhərinin cənub hissəsində, Pir Eyvaz qəbiristanlığının şimal tərəfində yerləşən, el arasında “Eyvaz türbəsi” adı ilə tanınan memarlıq abidəsi xüsusilə diqqətimizi cəlb etdi.

Öyrəndik ki, Pir Eyvaz daşıdığı tituldan (pir) göründüyü kimi, məşhur sufi şeyxi оlub. O, Оrdubad şəhərində Bəktaşi xanəgahı yanında dəfn edilib, qəbrin üstündə türbə tikilib. Qəbrin üstündə bir-birinə bərkidilmiş mərmər başdaşı parçalarının üzərində оlan kitabə qalıqlarında sufiliklə bağlı bəzi terminlər həkk edilib. Türbənin cənubundakı “Pir Eyvaz” qəbiristanlığı həmin qəbrin xatirəsinə burada dəfn mərasimləri hesabına yaranıb. XVI əsrə aiddir. XX yüzilliyin 80-ci illərində dağıdılıb.
Digər maraqlı bina isə Ordubad mədrəsəsidir.

Ordubad mədrəsəsi

Məhəmməd Tağı Sidqi və Məmməd Səid Ordubadi burada təhsil alıb.
1714-cü ilə, Səfəvi hökmdarı Şah Sultan Hüseynin hakimiyyəti dövrünə aid olunan Ordubad mədrəsəsi zəmanəmizədək salamat vəziyyətdə gəlib çatmış yeganə klassik mədrəsə nümunəsidir. Mədrəsə orta əsrlərdə ölkəmizin ən mühüm mədəniyyət və təhsil müəssisələrindən biri olub, dövlət aparatının yüksək vəzifəli adamları tərəfindən himayə və idarə edilib. Onun fasadındakı kaşı üzərində yazılardan bəlli olur ki, hicri 1126, miladi 1724-cü ildə Ordubadda çoxlu savadlı adam olub, xüsusilə də tanınmış alim Məhəmməd İbrahim Nadir şahın diqqətini çəkib və burada dövlət üçün zabit kadrlar hazırlayan mədrəsə tikdirib. Məktəb ikimərtəbəli olub, həyətindəki yeraltı hamam sonralar uçub-dağılıb, yerində başqa binalar inşa edilib.
Bir mənbədə oxuyuruq: “Mədrəsənin müdiri Məhəmməd İbrahim çox çəkmədən öz yetirmələri ilə birlikdə Nadir şahla səfərlərə çıxmışdı. Həmin yürüşlər zamanı beş qonşu dövləti birləşdirən böyük bir imperiya yaradılmışdı. Bu imperiya Hindistana qədər gedib çatmışdı. Axırda isə Nadir şahın qoşunları Dehli şəhərini işğal etmişdi. Yorucu yürüşlər və yoluxucu xəstəlik nəticəsində Məhəmməd İbrahim vəfat edir. Onu Ordubadın “Malik İbrahim” qəbiristanlığında dəfn edirlər. Qəbrinin daşını isə bütün kitabələrdən fərqli yaradırlar. O zaman gözəl sinədaşlarını əgər ikiqat işləmə ilə vermişdilərsə, onun qəbir daşını beşqat işləmə ilə oyma şəklində düzəltmişlər. Daşın yanında beş ölkənin birləşdirilməsinə dair sözlər yazıl­mış və onu alqışlamışlar. Axırda isə Nadir şahın Dehlidə olmasını yazıb həkk etmişlər.
Sözügedən mədrəsə Azərbaycan Rusiyanın tərkibinə daxil edildikdən sonra da öz fəaliyyətini davam etdirmiş, məktəbdə dini və təbiət elmlərinin öyrədilməsi həyata keçirilmişdir”.
Fəaliyyət göstərdiyi bütün dövrlərdə mədrəsə şəhərin sosial-iqtisadi həyatında əhəmiyyətli rol oynayıb. Məlumat üçün bildirək ki, görkəmli pedaqoq Məhəmməd Tağı Sidqi burada təhsil alıb.
Sovet hakimiyyəti qurulanadək fəaliyyət göstərən Ordubad mədrəsəsində “Ordubadi” nisbəsi ilə tanınmış bir sıra görkəmli şəxsiyyətlər də təhsil alıblar. Onlardan biri də böyük yazıçı-publisist və ictimai xadim Məmməd Səid Ordubadi olub.
Tədqiqat işimizlə bağlı olaraq apardığımız araşdırmalarda biz də Naxçıvan və Ordubad mədrəsəsi haqqında bir çox mənbədə bəhs edildiyini gördük. XII əsrdə mədrəsələr, əsasən, Təbriz, Marağa, Naxçıvan və Gəncə şəhərlərində mərkəzləşmişdi. Atabəylər dövləti dövründə Naxçıvanda 2 ali mədrəsə fəaliyyət göstərib. XIII əsrdən başlayaraq Naxçıvanda çoxlu saray, mədrəsə ilə yanaşı, məscidlər də tikilib. Mənbələrdə bu dövrdə Möminə xatın və eləcə də başqa mədrəsələrdə çalışan müəllimlər və tələbələr haqqında məlumatlar vardır. Onların birgə əməyi sonrakı dövrlərdə yaranacaq böyük mədəniyyətə təməl olub. Şübhəsiz ki, Naxçıvanda yaradılan təlim-tədris ocaqları hələ o dövrlərdən başlayaraq Azərbaycanda təhsil sisteminin inkişafına müsbət təsir göstərib.
Bu da qədim dövrlərdən etibarən Naxçıvan torpağının mədəniyyətin və elmin beşiyi olduğunu sübut edir.

Nərgiz İSMAYILOVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3275902
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1344
4179
13671
60548
3275902

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter