23 Sentyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Rusiyanın Xalq artisti Dikalu Muzakayev və bəstəkar, Azərbaycan Respublikasının Əməkdar artisti Vüqar Camalzadə Naxçıvan Muxtar Respublikasına səfərə gəliblər. Səfərin məqsədi Naxçıvan Muxtar Respublikasındakı mədəniyyət müəssisələrinin, rəqs qruplarının fəaliyyəti ilə tanış olmaq, bu sahədə çalışanların yaradıcılıq səviyyəsinin yüksəldilməsinə töhfə verməkdir.

Qonaqlar əvvəlcə Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Dünən bəstəkar Vüqar Camalzadə Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının üzvləri ilə görüşüb. O, çıxışında bildirib ki, musiqi folklorunun bir növü də xalq rəqsləridir. Ən qədim tarixi dövrlərdən günümüzə qədər yaşayan Naxçıvan rəqsləri bu regionun spesifik musiqi üslubunu və ifaçılıq ənənələrini özündə əks etdirir. Naxçıvan rəqsləri bütün dövrlərdə folklorşünasların, filoloqların, etnoqrafların, arxeoloqların diqqətini cəlb edib. Bu zəngin irs haqqında müxtəlif məqalələr yazılıb, onların tarixi, etimologiyası, etnoqrafiyası, poetik mətni barədə müəyyən fikirlər irəli sürülüb. Naxçıvan rəqslərinin janr, ifaçılıq, ifadə vasitələri baxımından ən qədim növlərindən biri də “Yallı”dır. Bir çox bölgələrimizdə “Yallı” rəqsi ifa olunmasına baxmayaraq, onun vətəni Naxçıvan hesab edilir. Əbəs deyil ki, əsrlər boyu Naxçıvan istər Qafqaz, istər Yaxın və Orta Şərq, istərsə də Avropa xalqları arasında “yallıların vətəni”, “yallıların məskəni” kimi tanınıb. Ona görə də, demək olar ki, “Yallı” ənənəvi Naxçıvan musiqi irsinin qədim abidəsidir.

Vüqar Camalzadə vurğulayıb ki, bir neçə il əvvəl də bu qədim torpaqda olub və “Yallı” rəqsindən qısa bir film çəkib, disk hazırlayıblar. Bu dəfə isə onun və Dikalu Muzakayevin öhdəsinə olduqca məsuliyyətli bir iş qoyulub.
Bəstəkar deyib ki, Azərbaycanın xalq rəqslərindən ibarət böyük bir konsert proqramı hazırlamağı düşünürük. Buna görə də respublikanın müxtəlif bölgələrində xalq rəqsləri ilə tanış olacaq, ciddi şəkildə onların analizini aparacaq, sonra proqrama daxil edəcəyik. Bu işə ilk olaraq Naxçıvandan başlamaq isə bizimçün qürurverici haldır.
Naxçıvan bəstəkarlıq məktəbinin nümayəndələrinin yaradıcılığı ilə yaxından maraqlanan Vüqar Camal­zadə təşkilatın üzvlərinə məsləhət görüb ki, öz əsərlərində mümkün qədər folklor nümunələrinə müraciət edib, onları daima yaşatsınlar. Xalq mahnı və rəqsləri üzərində işləmələr buna nümunə olaraq göstərilib.
Rusiya Federasiyasının Xalq artisti, görkəmli baletmeyster və pedaqoq, sənətşünaslıq namizədi Dikalu Muzakayev isə Naxçıvan Dövlət və Uşaq filarmoniyalarının rəqs qruplarının üzvləri, Naxçıvan Musiqi Kollecinin Rəqs ixtisası üzrə təhsil alan tələbələri ilə görüşüb, onların repertuarı ilə tanış olub.
Naxçıvan Musiqi Kollecinin Rəqs ixtisası üzrə təhsil alan tələbələri “Sarı gəlin”, yallı növlərindən “Tənzərə”, “Köçəri”, Naxçıvan Dövlət Filarmoniyasının rəqs qrupu “Turacı”, “Qaytağı”, “Azərbaycan süitası”, “Yallı”, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının rəqs qrupu “Cücələrim”, “Yallı”, “Şən rəqs” və sair rəqslər ifa ediblər. Naxçıvan Dövlət və Uşaq filarmoniyalarının rəqs qruplarının üzvlərinə, Naxçıvan Musiqi Kollecinin Rəqs ixtisası üzrə təhsil alan tələbələrinə ustad dərsi keçən Dikalu Muzakayev onlara öz məsləhətlərini verib.
İfa edilən rəqslərdən olduqca təsirlənən Dikalu Muzakayev bildirib ki, bu gün burada olmağından xeyli məmnundur. Çünki belə bir qədim torpağın folklor nümunələri ilə tanışlıq, onları canlı şəkildə izləmək hər kəsə qismət olmur. Ümumiyyətlə, Azərbaycan çox qədim tarixə və zəngin mədəniyyətə malik olan bir diyardır. Onun çox zəngin musiqi irsi var. Nümayiş etdirilən rəqs nömrələrindən hiss edilir ki, burada rəqs yaxşı tədris olunur. Rəqs melodiya ilə hərəkətin vəhdətidir. Rəqsi hiss etmək lazımdır ki, tamaşaçıya da onun mahiyyətini çatdıra biləsən. Ümumiyyətlə, incəsənət süniliyi sevmir. O, orijinallığı, çevikliyi, diqqəti sevir və eləcə də tələb edir. Yaxşı rəqqas olmaq istəyən şəxs bu qaydalara hökmən əməl etməlidir. Bu gün bu səhnədə istər cəld, istərsə də ağır, müxtəlif templərdə rəqslər ifa olundu. Yeyin ifa edilən rəqslərdən hiss olunur ki, ifaçılar yaxşı texnikaya malikdirlər. Əgər belə davam edərək öz üzərlərində işləsələr, uşaqların hər birini gələcəkdə yaxşı bir rəqqas kimi görürəm. Uşaqların rəqsə olan həvəsi məndə çox böyük sevinc hissi yaratdı. İncəsənətlə erkən yaşlarından sevərək məşğul olmağa başlayan insanlar gələcəkdə hökmən seçdikləri peşənin ustası olurlar və o sənət artıq onların həyatının ayrılmaz parçasına çevrilir. Mənim özüm də çox kiçik yaşlarımdan rəqslə məşğul olmağa başladığımdan həmişə konsertlərdə balaca rəqqaslar görəndə çox sevinirəm. Üzümü bu səhnədə yer alan balaca uşaqlara tutub deyirəm ki, bu işin arxasınca gedin, əmin olun ki, çalışsanız, uğur sizinlə olacaq.
Dünən qonaqlar Naxçıvanın qədim tarixi abidələri və mədəniyyət müəssisələrindən olan “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini, Xanəgah Abidə Kompleksini, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini, “Əlincəqala” tarixi abidəsini ziyarət ediblər, diyarımızın qədim tarixi ilə tanış olublar.

 Fatma Babayeva

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3055430
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2624
3998
32662
106761
3055430

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter