12 Dekabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə uşaq musiqi, incəsənət və bədii sənətkar­lıq məktəblərinin şagirdləri arasında yeni ilin ilk “Lira” musiqili-intellektual oyunu keçirilib.
Oyun başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Leyla Əlimərdanova çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Lira” musiqili-intellektual oyununda muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin hamısının iştirak etməsi nəzərdə tutulub və bununla bağlı qrafik tərtib edilib. Qrafikə əsasən, 2016-2017-ci tədris ili ərzində keçirilən oyunların nəticəsinə görə, I yer tutan komandalar 2017-ci ilin ortalarında keçiriləcək final oyununda iştirak edəcəklər. Bu oyunların keçirilməsində məqsəd şagirdlərin biliyinin artırılmasına, onların intellektual səviyyəsinin yüksəldilməsinə kömək göstərməkdir.

Oyunda “Ariya” (Babək Rayon Şıxmahmud Kənd Uşaq Musiqi Məktəbi), “Cəngi” (Şərur Rayon Aralıq Kənd Uşaq Musiqi Məktəbi), “Qala” (Sədərək Rayon Uşaq Musiqi Məktəbi), “Muğam” (Şahbuz Şəhər Uşaq Musiqi Məktəbi), “Simayi-Şəms” və “Humayun” (Naxçıvan şəhər 3 və 4 nömrəli uşaq musiqi məktəbləri), “Aksent” (Ordubad Rayon Vənənd Kənd Uşaq Musiqi Məktəbi) komandaları iştirak ediblər.
Komandalara seçim turunun keçirilməsi haqqında məlumat verilərək bildirilib ki, burada ən çox bal toplayan 4 komanda, II mərhələdə isə 3 komanda iştirak edəcək. Hər mərhələdə iştirakçılara 25 sual veriləcək və ən çox bal toplayan komandalar oyunun əsas turunda iştirak etmək hüququ qazanacaqlar. Əsas tur hər biri 5 nəfərdən ibarət olan 4 komanda arasında keçiriləcək və 3 mərhələdən ibarət olacaq. Birinci mərhələdə görkəmli bəstəkarların həyat və yaradıcılığı barədə, II mərhələdə musiqi əsərlərini dinləmə yolu ilə təyinetmə formatında, III mərhələdə isə şagirdlərə ümumi musiqi dünyagörüşünə dair suallar veriləcək. Hər sualın düzgün cavabı 100 balla qiymətləndiriləcək.
Maraqlı və gərgin keçən musiqili-intellektual oyunda musiqi məktəblərinin şagirdləri bəstəkarlarla bağlı sualları cavablandırmaqda fəallıq göstəriblər. Onlar görkəmli bəstəkarlar Üzeyir Hacıbəylinin, Qara Qarayevin əsərlərini dinləmə yolu ilə təyin ediblər, musiqinin ümumi-nəzəri məsələləri ilə bağlı sualları cavablandırıblar.
Bütün suallar cavablandırıldıqdan sonra ən yüksək bal toplamış komandalar mükafatlandırılıblar. “Simayi-Şəms” komandası I, “Aksent” komandası II, “Humayun” komandası III dərəcəli diploma layiq görülüb.

Əli RZAYEV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3391514
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
279
5851
11344
50681
3391514

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter