19 Yanvar 2018, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Qədim diyarımız çox zəngin dəyərlərə sahibdir. Bəlkə də, bu səbəbdəndir ki, eyni yurd yerinin sakini olmağımıza baxmayaraq, bəzən bir bölgəmizə məxsus olan bir çox adət-ənənələrdən digər bölgə xəbərsiz şəkildə yaşayır. Bəzən, sadəcə, bir təsadüf nəticəsində tanış olduğumuz həmin adətlər mütləq diqqətimizi çəkir. Elə həmin andan gözümüzü dörd açır, diqqətimizi cəmləyərək bu adət-ənənə, milli dəyər və sair barədə nəsə öyrənməyə çalışırıq.
Gələk mətləbə. Bu yaxınlarda Kəngərli rayonunun Qarabağlar kəndində qonaq idim. Həmin gün kənddə bir evdə toy mərasimi olduğundan qonağı olduğum evin qızları ilə birlikdə axşam xınayaxdı mərasimini izləməyə getdik. Bu da bəllidir ki, kəndlərimizin çoxunda bu mərasim xüsusi təmtəraqla keçirilir.
Mərasimin başlamasından bir qədər keçmişdi ki, qonşuluqda yaşayan qızlardan ibarət bir qrup gənc meydanın tam mərkəzində qərarlaşdı, aşağıdakı sözləri deyib təkrarlamağa başladı. Hər beytin də “a gülüm hey, e gülüm hey” sözləri ilə başlaması isə ifaya xüsusi bir şirinlik qatırdı. Sözlərin hamısını yadımda saxlaya bilməsəm də, sondakı iki misra yadımda qaldı:

 A gülüm hey, e gülüm hey,

Qardaşımın toyunda.

A gülüm hey, e gülüm hey,
Bax beləcə süzərəm.

Qızlardan biri bunları deyib ortalığa düşərək oynamağa başladı. Bu səhnə məni çox maraqlandırdı.
Kəndin bir neçə yaşlı sakini ilə söhbət əsnasında öyrəndim ki, sən demə, bu səhnəcik keçmişdən bu günə yadigar qalan folklor nümunələrindəndir. Deyilənə görə, neçə illər bundan əvvəl Qarabağlar kəndində qadın yığıncaqlarında, yəni xına gecələrində kəndin qızlarından ibarət qrup səhnəciklə mərasimə rəng qatıb, beləliklə də, özlərinə xas bu xalq yaradıcılığı nümunəsini yaşadıblar. Rayonda bu gün “Gülüm-hey” adlı folklor qrupunun fəaliyyət göstərməsi sakinlərin milli-mənəvi dəyərlərə ehtiramla yanaşmalarının göstəricisidir.
Bu haqda daha dolğun məlumat almaq məqsədilə Kəngərli Rayon Mədəniyyət Evinə üz tutduq. Gəlişimizin məqsədini bildikdən sonra rayon Mədəniyyət Evinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Tofiq Rüstəmov bizi bu barədə məlumatlandırdı:
– “Gülüm-hey” folklor qrupu ilk olaraq Qarabağlar kəndində təşkil edilib. Bu gün isə rayonumuzun bəzi kəndlərində belə qruplar fəaliyyət göstərir.
Bu folklor nümunəsinin süjetinə gəlincə isə səhnəcik başlanmazdan əvvəl qrup üzvlərindən biri və ya qrupun başçısı qaça-qaça gəlib meydançanın mərkəzində durur və qızları öz yanına dəvət edir:
– Qızlar, qızlar, gülüm heyə gəlin!
Bundan sonra qızların gəlişi ilə maraqlı anlar başlayır. Başçının yanına gələn qızlar onu dövrəyə alır və əl-ələ tutaraq ətrafında dövrə vurmağa başlayırlar. Onun dediyi hər misranı olduğu kimi qızlar da əl çalaraq təkrarlayırlar. Hər misranın əvvəlində “a gülüm hey, e gülüm hey” deyilir. Məsələn:

A gülüm hey, e gülüm hey,
Qızılgülü çeynərəm.

A gülüm hey, e gülüm hey,
Gülə qulluq eylərəm.

A gülüm hey, e gülüm hey,
Olur, öz gülüm olsun.

A gülüm hey, e gülüm hey,
Özgə gülü neylərəm.

Hər beytdən sonra qızlar musiqinin müşayiəti ilə dövrə vurur, sonra yenidən dayanır, əl çalaraq başçının dediyi sözləri təkrarlayırlar. Və beləcə, bu hal davam edir.
“Gülüm-hey” folklor qrupunun uzun müddətdir, üzvü olan Gülşən Qurbanova deyir ki, bu folklor nümunəsi Kəngərli rayonuna xas olduğundan deyimlərdə bölgə ilə bağlı olan bənd­lərə də rast gəlinir. Məsələn:

A gülüm hey, e gülüm hey,
Kəngərliyə gələn qız.

A gülüm hey, e gülüm hey,
Böyük-kiçik bilməli.

A gülüm hey, e gülüm hey,
Kəngərlidən gedən qız.

A gülüm hey, e gülüm hey,
Göz yaşını tökməli.

Gülşən Qurbanova bildirir ki, hazırda 7 nəfər üzvü olan bu folklor qrupu rayonda, eləcə də muxtar respublikada keçirilən xalq yaradıcı­lığı günlərində, bayram şənliklərində fəal iştirak edir.
Rayonun bir çox kəndlərində xınayaxdı axşamı evlərdə könüllü olaraq qızlardan ibarət belə bir kollektiv qurulur və bu səhnə canlandırılır.

Folklor xalqların şifahi poetik yaradıcılığıdır. Azərbaycan dünyanın ən zəngin folklor sərvətlərindən birinə sahibdir. Bir şeyə sahib olmaq əsas deyil. Şərt sahib olduğun müsbət, qiymətli, dəyərli nə varsa, onu qorumaq, yaşatmaqdır. Qısaca, yaşatmalı olan dəyərləri qorumaq, gələcək nəsillərə ötürmək hər birimizin borcudur. Vətənpərvərlik bir baxımdan da bununla ölçülür. Vətənpərvərlik bu torpaqda yaranan, bu torpağa səs salan nə varsa, hamısını sevmək, onu qorumaq hesab olunur. Xalq yaradıcılığının məhsulu olan, xalq nəfəsi duyulan folklor nümunələrini yaşadaq. Yaşadaq ki, mənəvi baxımdan belə zəngin bir millətin nümayəndəsi olma xoşbəxtliyini hiss edib, eyni zamanda gələcək nəsillərə də aşılaya bilək!

 Fatma Babayeva

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

6268630
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
17264
16592
90684
318933
6268630

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter