31 Mart 2020, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iclası keçirilib. Əvvəlcə komissiyanın sədri Ramilə Seyidova gündəlikdə duran məsələlərlə bağlı məlumat verib.

Bildirilib ki, 2019-cu il muxtar respublikada bütün uşaqların, o cümlədən hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının qorunması ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirilib. Hesabat ili ərzində 9 uşaq qəyyumluq və himayəyə verilib. Bayram günlərində və tədbirlərdə xüsusi qayğıya ehtiyacı olan 1006 uşağa hədiyyə və sovqatlar verilib. 15 sentyabr – Bilik Günü ilə əlaqədar xüsusi kateqoriyadan olan 379 uşaq məktəbli paltarı, dərs ləvazimatları və qış geyimi ilə təmin olunub.
Qeyd edilib ki, 2019-2020-ci tədris ilində ümumtəhsil müəssisələrinin birinci siniflərinə 83, distant tədrisin birinci sinfinə 6, Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbin birinci sinfinə 2, məktəbdənkənar müəssisələrin dərnəklərinə 126, şahmat məktəblərinə 59, idman məktəblərinə 168, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə 111, məktəbəqədər təhsil müəssisələrinə, ümumtəhsil məktəblərində fəaliyyət göstərən hazırlıq qruplarına və Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin defektoloji bölmələrinə 193 sağlamlıq imkanları məhdud uşaq cəlb edilib. Həmçinin hesabat ili ərzində Naxçıvan Uşaq Bərpa Mərkəzində 435 uşaq müalicə alıb, 73 uşağa protez-ortopediya xidmətləri göstərilib, 58 uşağa texniki reabilitasiya vasitələri verilib.
Vurğulanıb ki, ötən il keçirilən müxtəlif müsabiqə və yarışlarda 20085 uşaq iştirak edib, qaliblərə və iştirakçılara diplom, hədiyyələr verilib. Muxtar respublikanın şəhər və rayonlarında keçirilən tədbirlərdə 1681 uşağa hədiyyə təqdim olunub.
Diqqətə çatdırılıb ki, hesabat dövründə 20 uşaq müəssisəsində dövri monitorinq aparılıb, uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının proqram təminatı yenilənib, siyahıya alınan uşaqların sayı 24489 nəfərə çatıb.
Ramilə Seyidova bildirib ki, muxtar respublikada uşaqlar arasında keçirilən müxtəlif idman yarışlarında 7200-dən artıq, intellektual olimpiada və oyunlarda isə 1042 uşaq iştirak edib. Bu gün muxtar respublikada 26000-dən artıq uşaq idmanla məşğul olur ki, bunlardan da 8000-ə yaxını qızdır.
Sonra məruzə ətrafında Ordubad və Şahbuz Rayon İcra hakimiyyətləri yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiyalarının sədrləri, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın üzvləri, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri çıxış ediblər.


Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin
mətbuat xidməti

ARXİV

Mart 2020
Be Ça Ç Ca C Ş B
24 25 26 27 28 29 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR