26 May 2020, Çərşənbə axşamı

İllər ötür, zövqlər dəyişir, amma onun bəstələri heç zaman köhnəlmir, yaddan çıxmır. "Bir könül sındırmışam”, "Dalğalar”, "Könül verdim”, "Sənsən ürəyim”, "Səndən danışdı”, "Mən sənə neyləmişəm”, "Oxu, tar”, "Səadət”, "Səni sevən baxışlar”ı eşitməyən insan varmı? Bu mahnıları dinlədikcə şirin bir məlhəm kimi dodaqdan qəlbə süzülür...

Bu gün bu mahnıların müəllifi, Azərbaycanın sevilən bəstəkarı Ramiz Mirişlinin vəfatından 5 il ötür.

Ardını oxu...

Naxçıvan Dövlət Filarmoniyasının “Muğam üçlüyü”nün onlayn konserti təşkil olunub. Konsert Naxçıvan Dövlət Televiziyasından və onun internet resurslarından, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyin saytından və sosial şəbəkə hesablarından canlı yayımlanıb.

Konsertdə “Şur” və “Mahur”, “Şüştər” təsnifləri və Xalq artisti Əlibaba Məmmədovun “Ağrıma ürəyim” mahnısı izləyicilərə təqdim edilib.

Ardını oxu...

15 aprel - Dünya İncəsənət Günüdür. Əlamətdar gün ötən il UNESCO Baş Konfransının Parisdə keçirilən 40-cı sessiyasında (12-27 noyabr 2019-cu il) təsis olunub.

Bu il birinci dəfə UNESCO bayrağı altında qeyd olunan bu gün incəsənətin inkişafını, yayılmasını və insanlara zövq yaşatmasını təşviq etmək məqsədi daşıyır.

UNESCO-nun rəsmi saytında bununla bağlı yayılan məlumatda qeyd olunur ki, incəsənət, bütün dünyada insanların yaradıcı potensialına, innovasiyalara və mədəni müxtəlifliyə zəmin yaratmaqla bərabər, bilik və bacarıqların mübadiləsində və dialoqun təşviqində mühüm rol oynayır. 15 aprelin “Dünya incəsənət günü” qeyd edilməsi bədii yaradıcılıq və cəmiyyət arasında bağların möhkəmləndirlməsinə kömək edir, incəsənət adamlarının davamlı inkişafa töhfələrini bir daha diqqətə çatdırır. Bu həmçinin məktəblərdə bədii təhsilin vacibliyini, hər kəs üçün ədalətli və inklüziv təhsilin əhəmiyyətini vurğulamaq üçün daha bir imkandır.

Ardını oxu...

Dünya mədəniyyəti tarixinə Leonardo da Vinçi rəssam kimi daxil olub. Onun sənət əsərləri dünya mədəniyyətinin ən qiymətli incilərindən hesab edilir.

İtaliyalı rəssam, heykəltəraş, memar, alim və mühəndis Leonardo da Vinçi 1452-ci il aprelin 15-də İtaliyanın Vinçi şəhəri yaxınlığında yerləşən kiçik Ankiano kəndində anadan olub. Leonardonun babası Antonio da Vinçinin öz gündəliyində bu barədə etdiyi qeyd belə səslənir: “Şənbə günü, 15 apreldə gecə saat 3-də nəvəm - oğlum Pyeronun oğlu anadan oldu. Uşağa Leonardo adı verildi. Onu Pyero di Bartolomeo xaç suyuna çəkdi”.

Ardını oxu...

Azərbaycan bədii dili zaman-zaman zənginləşən, obrazlılıq keyfiyyəti ilə dolğunlaşan maraqlı mənəvi sərvətlərimizdən biridir. Xalqımız şair təbiətli xalqdır. Bütün tarixi dövrlərdə söz qoşmaq, söz demək, təzə-tər fikirlər söyləmək qabiliyyətinə malik olan ədəbi simalarımız bu xalqın şairlik duyğularını yaşadan əsərləri ilə ədəbi-bədii dilimizin inkişafına öz töhfələrini vermişlər. Düşündüklərini, hiss etdiklərini, gördüklərini şeirə çevirmək ənənəsi indi də davam edir. Poeziyaya təzə qədəm qoyan Eyvaz Səmədovun “Elə həmin insanam” adlı kitabı poetik yollara cığır axtaran bir gəncin mənəvi aləminə işıq salır. Kitabda gənc şairin 28 şeiri verilmiş və bu əsərlər üç başlıqda toplanmışdır: 1. Vətən. 2. Məhəbbət lirikası. 3. Qarışıq şeirlər.           

Ardını oxu...

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR