26 May 2020, Çərşənbə axşamı

İncə, lirik söz ustası, filosof, psixoloq, insan qəlbinin bilicisi, nəhayət, Odlar yurdunun məşəl daşıyanı – Məmməd Araz. Məmməd Araz hələ balaca yaşlarından həssas bir təbiət vurğunu olmuş və sanki tə­biətin dilini bilmişdir. O, Naxçıvanın gö­zəl­li­yin­dən vəcdə gəlmiş, onun dağlarına, düz­lərinə mahnılar oxumuş, tərənnüm etmişdir. Nax­çıvanda təbiətin hər guşəsi, hər da­şı, uzaq dərələr döşündə şırıl-şırıl axan tənha bu­laq­lar belə, ona dünyalar qədər əziz gö­rün­müşdür. Görkəmli şair, söz xiridarı Məmməd Araz uşaqlıq illərini “Yaşa, ucal, doğ­ma torpaq” adlı məqaləsində belə xa­tır­la­yır: “Araz sahilində dünyaya göz aç­mı­şam. Araz sahilindən dünyaya baxmışam. Hər­dən mənə elə gəlir ki, bu torpaqda hər ça­yın, hər bulağın dilini bilirəm; hər daşın, hər qayanın tərcümeyi-halına bələdəm. Üç­qar­daşdan, Keçəldağ­dan, Dərə­ləyəz sil­si­lə­sin­­dən üzüaşağı – Araza doğru nə qədər qaç­mışam, külək­lər­lə­ gizlinpaç, şim­şək­lər­lə çi­­­ling­­ağac oynamışam. Aydın, təmiz cə­nub gecələrinin göylərinə nə qədər sapand atıb, “ul­duz endirmişəm”. Uşaq alayımız sə­hər­lər gündoğana, axşamlar günbatana nə qədər at çapıb, günəşə yetmək, onu sə­hər­lər dağ başından bir qədər tez qaldır­maq, axşamlar bat­­mağa qoymaq istəməmişik… Bəl­kə neçə min il əvvəllər də bu torpaqda insanlar gü­nəş­­sevər olublar; uşaqlarla gü­nə­şin dostluğundan bu yerə bu qədər işıq ələnib”.                              

Məmməd Arazı əhatə edən ana təbiətin saflığı ilə ata ocağı mühitindəki halallıq, tə­­mizlik və zəhmətkeşlik həmişə vəhdət təş­kil etmişdir. Ata­sı İnfil kişinin halallığı, şəx­­siy­yət kimi bütövlüyü, ömrü boyu yal­nız alın təri ilə ya­şamağın qovğalarına qat­laş­ma­­­sı Məmməd Arazın dün­ya­gö­rü­şü­nün, gə­lə­cək mər­da­nə poeziyasının for­ma­laş­ma­sın­­­da mü­hüm rol oynamışdır. Ailə mühitindəki atanın sərt­li­yini və halallığını nənəsi Zöh­rə xa­nı­mın və anası Cahan xa­nı­mın kövrəklik və sə­mi­miy­yəti tamamlamışdır. Zöh­rə nənə milli folklor nümunələrini hafizəsində sax­layıb hə­vəslə nəvələrinə, o cüm­lə­dən Məmmədə çat­dırmışdır.

Ardını oxu...

Azərbaycan mətbuatı tarixində xüsusi yer tutan “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasından 114 il ötür. Böyük demokrat ədibimiz Cəlil Məmmədquluzadənin redaktorluğu ilə çıxan bu jurnalın  ilk sayı 1906-cı ilin 20 aprelində Tiflisdə işıq üzü görmüşdür. “Molla Nəsrəddin” qısa fasilələrlə 25 il nəşr olunub. Jurnalın ümumilikdə 748 sayı işıq üzü görüb, o cümlədən 1906-1917-ci illərdə Tiflisdə 340, 1921-ci ildə Təbrizdə 8, 1922-1931-ci illərdə  isə Bakıda 400 nömrəsi çapdan çıxmışdır. 

Ardını oxu...

Qədim Naxçıvan torpağının yetirməsi, on mindən çox əsərin müəllifi İbrahim Safi  Türkiyə və Avropada özünəməxsus rəssamlıq üslubu ilə tanınıb. Onu Azərbaycan ictimaiyyətinə tanıtmaq, yaradıcılıq irsini öyrənmək baxımından  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli rəssam İbrahim Səfiyevin 120 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 17 noyabr tarixli Sərəncamı böyük tarixi əhəmiyyətə malikdir. Bu sərəncama uyğun olaraq keçirilən silsilə tədbirlərin davamı olaraq istedadlı rəssamın əsərləri əsasında nəşr edilən “İbrahim Safi – albom kataloq”u nəşr olunub.

Ardını oxu...


Qədim sivilizasiya mərkəzlərindən biri olan Naxçıvan diyarı tarixi abidələrlə zəngindir. Onlar həm yazıyaqədərki, həm də yazının meydana çıxmasından sonrakı tariximizi öyrənmək üçün əvəzsiz mənbələrdir. Abidələrimizin tədqiqi zamanı əldə olunmuş elmi nəticələr nəinki Azərbaycan, eləcə də dünya arxeologiyasının öyrənilməsində müstəsna əhəmiyyət kəsb etməkdədir.

Ardını oxu...

18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

  

1982-ci ildən UNESKO-nun qərarı ilə hər il aprelin 18-i dünyada “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd olunur. 

Ölkəmiz bəşər sivilizasiyasının ilkin meydana gəldiyi ərazilərdəndir. Xalqımızın tarixi qədim yaşayış məskənlərində və çoxsaylı abidələrdə öz əksini tapmışdır. Əcdadlarımızın yadigarı olan abidələr Azərbaycan xalqının keçmişinin, qədim mədəniyyətinin göstəricisi, minilliklər boyu bu torpaqlarda yaşadıqlarını sübut edən daş yaddaşıdır. 

Ardını oxu...

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR