15 Noyabr 2019, Cümə

“Lonely Planet” jurnalının illik reytinqi dərc olunub.

 “Best in travel” adlı reytinq cədvəlində müxtəlif kateqoriyalar üzrə dünyanın ən yaxşı səyahət istiqamətlərinin adları açıqlanıb. Azərbaycan turizm üçün dünyanın ən sərfəli ölkələri siyahısında yer alıb. Ölkəmizlə yanaşı bu siyahıda İndoneziya, Hindistanın, ABŞ-ın Buffalo şəhəri, Serbiya, Tunis, Yunanıstan və Zənzibarın da (Tanzaniya) adı var.

Digər kateqoriyalar üzrə dünyanın hazırda turizm üzrə ən çox inkişaf edən ölkəsi olaraq Butan Krallığı, şəhər olaraq isə Avstriyanın Zalsburqu göstərilib.

Ümumiyyətlə reytinq cədvəli 3 faktor: aktuallıq, ilkin təəssürat və sonrakı nəticə üzrə hazırlanıb.

Regionlar üzrə bölgüdə də İpək Yolu ölkələrinə üstünlük verilib. Bu sırada da Azərbaycan, Qırğızıstan, Özbəkistan və Tacikistanla birlikdə yer alır. Bu ölkələr sirli Şərq aləmi kimi turistlərin maraq dairəsindədir.

Xəbərlər şöbəsi

 

Bu gün Müslüm Maqomayevin vəfatından 11 il ötür

Azərbaycan musiqi mədəniyyəti tarixində onun öz yeri, öz çəkisi var. Zaman keçir, illər dəyişir, amma onun sənətinə və şəxsiyyətinə tükənməz sevgi nəinki azalmır, əksinə daha da artır. Bu gün Müslüm Maqomayev təkcə azərbaycanlı kimi yox, həm də bəşəri sənətkar kimi qəbul edilir, tanınır, öyrənilir...

Bu gün dahi sənətkarın vəfatından 11

il ötür. Hər ilin bu günündə zəmanəmizin görkəmli müğənnisi Müslüm Maqomayevin xatirəsi anılır. Sənətə və əsl sənətkara hörməti olan hər bir kəs Fəxri xiyabana gələrək Müslüm Maqomayevin məzarını ziyarət edir, üzərinə təzə tər güllər düzür.

Hər bir kəsin ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yaransa da, bunu Müslüm Maqomayev kimi sənətkarlara şamil etmək olmaz. Çünki onun zamanı heç vaxt dayanmayıb. Zaman və zamansızlıq, ölüm və ölümsüzlük daim onunla birgə addımlayır. Bu mənada Müslüm Maqomayevin yaşı əllini də, yetmişi də, yüzü də çoxdan haqlayıb. Onun yaşı dünyanın yaşı qədər qədim və gəncdir. Qədimdir ən azı ona görə ki, onu dinlədikcə kamilləşirsən, müdrikləşirsən, gəncdir ona görə ki, ona qulaq asdıqca dünyaya gəlişinə, varlığına içindən bir şükranlıq keçir, təravətini, cavanlığını qorumaq, zamanı saxlamaq istəyirsən. Bütün bunlar bir daha göstərir ki, qalibiyyət yalnız və yalnız Tanrı istedadını öz zəhməti sayəsində cilalamağı bacaranlara məxsusdur. Əbədiyaşarlığın kökündə, mayasında fitri istedadla yanaşı, onu qorumağı, tanıtmağı və milyonlara sevdirməyi bacarmaq dayanır.

Ardını oxu...

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova İtaliyanın Neapol Şərq Universitetinin Asiya, Afrika və Aralıq dənizi hövzəsi departamentinin İran arxeologiyası və incəsənət tarixi bölümünün rəhbəri, professor Bruno Cenito və İtaliya Yaxın və Uzaq Şərq Tədqiqatları İnstitutunun əməkdaşı Manuel Kastelluççia ilə görüşüb.

İnstitutdan bildiriblər ki, görüşdə 2017-ci il iyunun 9-da AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə İtaliyanın Neapol Şərq Universiteti arasında beş il müddətinə imzalanmış birgə tədqiqat və təhsil əməkdaşlığı anlaşma memorandumunda nəzərdə tutulmuş müddəalara dair fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı Azərbaycan arxeoloqlarının italiyalı həmkarları ilə birgə ölkə ərazisindəki arxeoloji abidələrdə tədqiqat aparmaları üçün beynəlxalq arxeoloji ekspedisiyanın təşkil edilməsi qərara alınıb. Bildirilib ki, tədqiqatların aparılması üçün nəzərdə tutulan abidələr xronoloji baxımdan son tunc–erkən dəmir dövründən son antik dövrədək olacaqdır.

Ardını oxu...

Dünən Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksində görkəmli ədibin anadan olmasının 137-ci ildönümü və “Hüseyn Cavid Poeziya Günü” münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Hüseyn Cavid məqbərəsini ziyarət ediblər.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının Xalq artisti, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli bəstəkar Tofiq Bakı­xanovla görüş keçirilib.
İncəsənət fakültəsinin dekanı, dosent Günay Məmmədova qeyd edib ki, Abbas­qulu ağa Bakıxanov nəslinin layiqli davamçısı olan, 1930-cu ildə Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açan Tofiq Bakıxanovun yaradıcılığı çoxşaxəli və məhsuldardır. Böyük sənətkar bir çox səhnə əsərlərinə musiqi yazıb, baletlər, simfonik əsərlər, çox sayda kamera-instrumental və kamera-­vokal əsərləri, mahnılar, romanslar bəstələyib.

Ardını oxu...

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR