15 Noyabr 2019, Cümə

   “Azərbaycan qədim tarixə, mədəniyyətə, gözəl təbiətə, böyük iqtisadi potensiala və eyni zamanda rəngarəng ecazkar mətbəxə malik ölkədir”. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis şəkildə işıq üzü görmüş “Naxçıvan mətbəxi” adlı kitab  ümummilli liderimiz Heydər Əliyevin bu sözləri ilə açılır. 2012-ci il – “Milli dəyərlər ili”nə layiqli töhfə olan bu kitab Naxçıvan mətbəxinin öyrənilməsində böyük əhəmiyyətə malikdir.

Kitab boyu oxucu Naxçıvan ərazisində aşkar olunmuş gil ocaq qurğusu, kələ-kötür divarlı qazan, çölmək tipli qab qırıntılarından, keramika məmulatlarından, dulusçuluq nümunələrindən tutmuş bu gün mətbəximizdə işlədilən avadanlıqlarla, Naxçıvanın uzun inkişaf yolu keçmiş milli mətbəx mədəniyyəti ilə tanış olur.

            “Naxçıvan mətbəxi” “Giriş”lə birlikdə 34 bölmədən ibarətdir. “Naxçıvan duzu”, “Qida kimi istifadə edilən mədəni və yabanı bitkilər”, “Naxçıvan Muxtar Respublikasında bitən meyvələr”, “Süd mətbəxi”, “Duru xörəklər”, “Quru xörəklər”, “Salat, qəlyanaltı və məzələr”, “Şərbətlər”, “Şirniyyatlar”, “Mürəbbələr”, “Turşular”, “Ocaqlar” və başqa bölmələrdə verilən məlumatlar ensiklopedik xarakter daşıyır. Sadə və anlaşıqlı dildə yazılan kitabda Naxçıvan mətbəxinin unudulmaqda olan kulinariya nümunələri də verilib. Bu da həmin yeməklərin yenidən mətbəxlərimizə gətirilməsində mühüm əhəmiyyət daşıyır. Kulinariyamıza böyük diqqətin ifadəsi kimi “Naxçıvan mətbəxi”nin 1500 tirajla nəşr olunması geniş oxucu kütləsinin də marağının nəzərə alınması deməkdir.

Ardını oxu...

İctimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnal olan “Naxçıvan” jurnalının işıq üzü görmüş 25-ci nömrəsi muxtar respublikada elan edilmiş “Milli dəyərlər ili”nə həsr olunmuşdur. Jurnal xalqımızın ümummilli lideri Heydər Əliyevin aşağıdakı müdrik kəlamı ilə açılır: “Milli dəyərlər qorunmalıdır, milli dəyərlər bizim varlığımızın əsasıdır. Milli dəyərlər insanın kamilləşməsi, şəxsiyyətin formalaşması üçün milli mentalitetdən qida alaraq zaman-zaman bütün əxlaqi keyfiyyətləri özündə toplayaraq cəmiyyətə vəsiqə alır. Hər xalqın öz adət-ənənəsi var, öz milli dəyərləri var. Biz öz milli dəyərlərimiz, adət-ənənələrimizlə fəxr edirik”.

            Topluda akademik İsmayıl Hacı­yevin, akademik İsa Həbibbəylinin, professor Hacıfəxrəddin Səfərlinin, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin, Heydər Əliyev Muzeyinin direktoru Ramil Oruc­əliyevin, professor Məhərrəm Cəfərlinin, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadənin, filologiya elmləri doktoru Adil Bağırovun və başqalarının ictimai-siyasi, ədəbi-bədii və elmi-publisistik məqalələri nəşr edilmişdir.

            Jurnalda ulu öndər Heydər Əliyevin xalqımızın milli dəyərlərinin bərpa olunması və yaşadılması istiqamətində yorulmaz fəaliyyətindən danışılmış, milli dövlət quruculuğunda milli dəyərlərimizin qorunması, dövlətçiliyimizin əbədi olması üçünsə bu dəyərlərimizin gələcək nəsillərə aşılanmasının vacibliyi məsələləri və ümumxalq ideologiyasına çevrilmiş Azərbaycançılıq ideologiyasının milli dəyərlər kontekstində təhlili təqdim olunmuşdur.

Ardını oxu...

Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali       Məclisinin dördüncü sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2012-ci ili muxtar respublikamızda “Milli dəyərlər ili” elan etmişdir. “Milli dəyərlər ili”ndə muxtar respublikamızda həyata keçirilən tədbirlərin miqyası və əhatə dairəsi daha da genişlənmiş, milli dəyərlərin bərpası, qorunması və gələcək nəsillərə çatdırılması ilə bağlı əvvəlki illərdən başlanmış tədbirlərə diqqət daha da artırılmışdır.

     Muxtar respublikada “Milli dəyərlər ili” ilə bağlı hazır­lanmış Tədbirlər Planının icrası istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən bir sıra işlər görülmüşdür. Ötən müddətdə milli adət-ənənələri, milli mətbəxi və tətbiqi sənət nümunələrini özündə əks etdirən kitablar hazırlanıb nəşr etdirilmiş, muxtar respublikanın şəhər və rayonları üzrə mədəni-maarif işçilərinin “Milli dəyərlər ili”nə həsr olunmuş zona müşavirələri keçirilmişdir.  Bundan başqa, “Ozan” yaradıcılıq studiyasının “Sazçı qızlar” ansamblının Şahbuz, Şərur, Culfa və Ordubad rayonlarında çıxışları təşkil olunmuş, ansambla 15 gənc qız cəlb olunmuşdur. Cari ilin mart ayında Naxçıvan Dövlət Xalça Muzeyində “Azərbaycan xalçaları: Naxçıvan qrupu” adlı kitabın təqdimat mərasimi keçirilmiş, sərgilər təşkil olunmuşdur.

Ardını oxu...

Ulu öndər Heydər ƏLİYЕV:  Biz öz milli dəyərlərimizlə fəxr etməliyik. Bizim milli dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz... Biz heç vaxt öz milli dəyərlərimizi unutmamalıyıq. Onu yaşatmaq, ondan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir.

 Qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı hər zaman milli dəyərlərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.

            Milli dəyərlərimizə, adət-ənənələrimizə biganə münasibət gələcəyimiz üçün yaxşı heç nə vəd etmir. Tarixdən məlumdur ki, öz soykökünə, tarixinə, milli dəyərlərinə, inanclarına dönük çıxan millətlər və dövlətlər müəyyən zaman kəsiyində “əriyib” yox olmuş və tarix səhnəsindən birdəfəlik silinmişlər. Hər hansı bir xalqı, dövləti məhv etmək üçün onu milli dəyərlərindən ayırmaq kifayətdir.

Ardını oxu...

İctimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnal olan “Naxçıvan” jurnalının çapdan çıxmış budəfəki – 25-ci nömrəsi muxtar respublikada elan edilmiş “Milli dəyərlər ili”nə həsr olunmuşdur. İlk səhifəsində xalqımızın ümummilli lideri Heydər Əliyevin milli dəyərlərimiz haqqında müdrik kəlamları əks olunmuş topluda akademik İsmayıl Hacıyevin, akademik İsa Həbibbəylinin, professor Hacıfəxrəddin Səfərlinin, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin, Heydər Əliyev Muzeyinin direktoru Ramil Oruc­əliyevin, professor Məhərrəm Cəfərlinin, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadənin, filologiya elmləri doktoru Adil Bağırovun və başqalarının ictimai-siyasi, ədəbi-bədii və elmi-publisistik məqalələri nəşr edilmişdir.

            Jurnalda ulu öndər Heydər     Əliyevin xalqımızın milli dəyərlərinin bərpa olunması və yaşadılması istiqamətində yorulmaz fəaliyyətindən danışılmış, milli dövlət quruculuğunda milli dəyərlərimizin qorunması, dövlətçiliyimizin əbədi olması üçünsə bu dəyərlərimizin gələcək nəsillərə aşılanmasının vacibliyi məsələləri və ümumxalq ideologiyasına çevrilmiş Azərbaycançılıq ideologiyasının milli dəyərlər kontekstində təhlili təqdim olunmuşdur.

            Məqalələrdə ən ali milli dəyərlərimiz olan ana dili və Dövlət bayrağından, xalçatoxuma və regionun özünəməxsusluğu ilə xalçalara verilən adlardan, Novruz bayramı ənənələrindən, Naxçıvan xanlığı atributlarının milli dəyər kimi təqdimindən, dialekt və şivələrimizdə, həmçinin ədəbiyyatımızda milli dəyərlərimizin təzahüründən,

Ardını oxu...

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR