15 Noyabr 2019, Cümə

Naxçıvan Dövlət Texniki Kollecində Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin 7-ci siniflərində dərsdənkənar məşğələ üçün tədrisi nəzərdə tutulan “Naxçıvan tarixi” dərsliyinin təqdimat mərasimi keçirilib.

Ardını oxu...

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimlinin rəhbərlik etdiyi Xarabagilan arxeoloji ekspedisiyası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində yerləşən Plovdağın ətəklərində aparılan qazıntılar zamanı ərazidə aşkar edilmiş ilk, orta və son tunc dövrlərinə aid məskənləri tədqiq edib.

Ardını oxu...

Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin müxtəlif ali təhsil ocaqları arasında bağlanmış ikitərəfli müqavilələrə müvafiq olaraq Qars Qafqaz Universitetində Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasında təhsil alan türkiyəli tələbələr Naxçıvan Dövlət Universitetinə gəliblər. 3 bakalavr, 1 magistr olmaqla, 4 tələbə və 1 müəllim heyətinin iştirakı ilə qonaqlar ixtisaslarına uyğun mühazirələr dinləyiblər.

Ardını oxu...

Məşhur azərbaycanlı aktyor və naşir Bəhram Bağırzadənin "Azərbaycan şəhərləri" - "Bakı uşaqlar üçün", "Uşaqlar üçün Şuşa", "Uşaqlar üçün İrəvan" kitablarının silsiləsinin davamı olan "Naxçıvan uşaqlar üçün" adlı yeni kitabı işıq üzü görüb. Yeni kitabda müəllif Naxçıvanın tarixindən, parlaq elm adamlarından, döyüşçülərdən, siyasətçilərdən və minlərlə tarixi, mədəniyyət və memarlıq abidələrindən bəhs edir. Bu abidələrdən 58-i dünya əhəmiyyətli olduğu vurğulanır. Müəllif kitabda bildirir ki, Naxçıvan toponimi Nuh peyğəmbərin adı ilə əlaqəli olan "Nuhçıxan"sözündən yaranıb. Bu ərazidə aparılan arxeoloji qazıntılar zamanı müqəddəs kitablarda - Quranda və İncildə qeyd olunan qlobal daşqının izləri aşkar edilib. 

“Qədim və zəngin tarixə malik Naxçıvan bizim milli sərvətimizdir. Naxçıvan qlobal miqyasda öz gözəlliyi ilə fərqlənir. Qədim tariximizə şəhadət verən tarixi abidələr burada qorunur”- deyə müəllif vurğulayır.

Xəbərlər şöbəsi

“Lonely Planet” jurnalının illik reytinqi dərc olunub.

 “Best in travel” adlı reytinq cədvəlində müxtəlif kateqoriyalar üzrə dünyanın ən yaxşı səyahət istiqamətlərinin adları açıqlanıb. Azərbaycan turizm üçün dünyanın ən sərfəli ölkələri siyahısında yer alıb. Ölkəmizlə yanaşı bu siyahıda İndoneziya, Hindistanın, ABŞ-ın Buffalo şəhəri, Serbiya, Tunis, Yunanıstan və Zənzibarın da (Tanzaniya) adı var.

Digər kateqoriyalar üzrə dünyanın hazırda turizm üzrə ən çox inkişaf edən ölkəsi olaraq Butan Krallığı, şəhər olaraq isə Avstriyanın Zalsburqu göstərilib.

Ümumiyyətlə reytinq cədvəli 3 faktor: aktuallıq, ilkin təəssürat və sonrakı nəticə üzrə hazırlanıb.

Regionlar üzrə bölgüdə də İpək Yolu ölkələrinə üstünlük verilib. Bu sırada da Azərbaycan, Qırğızıstan, Özbəkistan və Tacikistanla birlikdə yer alır. Bu ölkələr sirli Şərq aləmi kimi turistlərin maraq dairəsindədir.

Xəbərlər şöbəsi

 

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR