15 Noyabr 2019, Cümə

“Naxçıvan” Universitetində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr edilmiş “İsmayıl Şıxlı – 100” adlı elmi konfrans keçirilib.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təsis etdiyi “Axtarışlar” jurnalının cari ildə üçüncü nömrəsi işıq üzü görüb.
Elm və təhsil müəssisələrində çalışan əməkdaşların ədəbiyyat, folklor, dil və sənətşünaslıq sahələrində apardıqları tədqiqatların yer aldığı nəşrin növbəti sayında “Akademik İsa Həbibbəyli və Naxçıvan ədəbi mühiti”, “Azərbaycan dilinin Naxçıvan dialekt və şivələrində işlənən bir sıra leksik vahidlər haqqında”, “Azərbaycan karikatura sənətinin təşəkkülü, inkişafı və təsir dairəsi”, “Gəmiqaya qayaüstü rəsmlərində ovçuluq motivləri”, “Orta əsrlərin toxuculuq nümunələrində miniatür rəngkarlığından istifadə”, “Azərbaycanın oyma sənətində ornament xüsusiyyətlər”, “Sənətşünas Ələkbər Qasımov” və digər müxtəlif səpkili elmi məqalələr əksini tapıb.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

Şifahi ədəbiyyat örnəklərini yazılı ədəbiyyata gətirmək ənənəsi çox qədimlərdən şair və yazıçılarımızın yaradıcılığına böyük uğur qazandırmışdır. Ən yaxşı yazılı ədəbiyyat nümunəsi məhz şifahi ədəbiyyat örnəkləri ilə zəngindir. Şifahi ədəbiyyat yazıçı və şairlərin əsərlərində fikir və ideyanı oxucuya asan yolla çatdırmaq üçün əsas silah idi. Yəni xalqa lazım olanı elə xalqın dilində çatdırmaq daha məqsədəuyğundur. Digər bir tərəfdən, şifahi ədəbiyyatı yazılı ədəbiyyata əsas dayaq hesab edən yazarlar öz milli kökünə, soyuna dərindən bələd olan insanlardır və onu qoruyub saxlamağın, gələcək nəsillərə ötürməyin bir yolunun da bu üsul olduğunu çox gözəl bilirdilər. Onlar həm də əsərlərinin dil-üslub xüsusiyyətlərinin sadə və anlaşılan olması üçün xalq yaradıcılığı janrlarından istifadəyə daha çox diqqət edirdilər. 

Nəsimi, Füzuli, Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Hüseyn Cavid və onlarla digər sənətkarımız xalq yaradıcılığı qaynaqlarına dönə-dönə müraciət etmişdir. Bu gün də zəngin poeziyamızı, dramaturgiyamızı və nəsrimizi xalq qaynaqlarından kənarda düşünmək, təbii ki, mümkün deyil.
Ölməz sənətkar Hüseyn Cavidin istər lirik, lirik-epik şeirləri, istərsə də mənzum və mənsur dramları atalar sözləri, məsəllər, yeri gəldikcə, bədii aforizmlərlə də çox zəngindir. Bu hikmətli sözlərin əksəriyyətində qəhrəmanlıq, həyat sevgisi, mübarizə eşqi, nikbinlik, əməyə məhəbbət, insanpərvərlik, sülhsevərlik, ağıl və mərifət kimi gözəl xüsusiyyətlər təbliğ edilir:

Ardını oxu...

Zəngin tariximizin və mədəni irsimizin öyrənilməsi, gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyətə malik olan muzeylərimiz gündən-günə tarixi və maddi mədəniyyət nümunələri ilə zənginləşdirilir.
Qədim maddi mədəniyyət nümunələrinin toplanması və qorunması işində məktəblilərin də iştirakını təmin etmək üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrində “Tariximizi qoruyaq və yaşadaq” devizi altında aksiya ­keçirilir.

Ardını oxu...

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli Almaniyadan gəlmiş tanınmış orqan ifaçısı Vürtemberq Yevangelist Regional Kilsəsinin musiqi rəhbəri Matthias Hanke, Cənubi Qafqaz və Gürcüstan Yevangelik-Lüteran kilsəsinin yepiskopu Markus Şox və Bakıdakı Xilaskar Evangelik Lüteran icmasının keşişi Qotthard Lemkeni ilə görüşüb.

BMA-dan  bildirilib ki, görüşdə dünyada və Azərbaycanda orqan sənətinin inkişafından, Azərbaycan bəstəkarlarının orqan aləti üçün yazdıqları əsərlərdən söhbət açılıb.

Eyni zamanda, Azərbaycana gələn Almaniyanın Ştutqart şəhərinin xorunun BMA-nın tanınmış musiqiçiləri-professor və müəllim heyəti ilə birlikdə nəzərdə tutulan konsertləri barədə danışılıb.

Qeyd edək ki, Almaniyanın tanınmış orqan ifaçısı Matteas Hankenin Bakıda Kamera və Orqan musiqi zalında konserti olacaq.

Xəbərlər şöbəsi 

 

 

 

 

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR