15 Noyabr 2019, Cümə

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında “Bayrağımız qürurumuzdur” mövzusunda rəsm müsabiqəsi keçirilib.

Ardını oxu...

Azərbaycan musiqi salnaməsini yaradan şəxsiyyətlər sırasında bəstəkar, dirijor, pianoçu, folklorşünas, ictimai xadim, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin də özünəməxsus yeri var. Onun ürək açan mahnıları, orijinal estrada əsərləri, mükəmməl kino musiqisi, operettaları, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda populyarlıq qazanaraq bu gün də sevilə-sevilə ifa olunur. Böyük bəstəkarın sənətinə dövlət tərəfindən göstərilən diqqət və qayğı da bir növ onun xatirəsinə olan ehtiramın bariz nümunəsidir.

Xəbər verir ki, bu gün görkəmli bəstəkarın anadan olmasından 102 il ötür.

Ölməz əsərləri ilə milyonlarla insanın bədii zövqünü oxşayan, əbədi rəğbətini qazanan, ürəklərdə möhtəşəm sənətkar heykəlini ucaldan Tofiq Quliyev mənalı və şərəfli həyat yaşayıb. O, 1917-ci il noyabrın 7-də Bakı şəhərində anadan olub, erkən yaşlarından musiqiyə maraq göstərib, xalq musiqisinin gözəlliklərindən ilhamlanıb. Ötən əsrin 30-cu illərində sənət yoluna qədəm qoymuş T. Quliyev Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki məktəbin fortepiano sinfinə daxil olub. Bu təhsil ocağında dərs deyən, həyatdan çox gənc ikən köçmüş, lakin əbədilik qazanmış Asəf Zeynallı onun inkişafına böyük təsir göstərib. Məhz sevimli müəlliminin məsləhəti ilə 14 yaşlı Tofiq Quliyev M.Ə.Sabirin sözlərinə "Məktəbli” mahnısını yazıb və bu zamandan etibarən dostu, görkəmli sənətkar Qara Qarayev ona "Sən bizim bəstəkarımızsan” deyib.

Ardını oxu...

“Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi tərəfindən Naxçıvan Dövlət Universitetində “Naxçıvanın milli mətbəxi” mövzusunda seminar və praktik məşğələ keçirilib.

Ardını oxu...

Kiçik Qafqaz sıra dağlarının Zəngəzur və Dərələyəz silsilələri ilə əhatə olunan Naxçıvan Muxtar Respublikasının eyniadlı paytaxtı Araz çayına doğru uzanan yaşıl düzənlikdə yerləşir. Təyyarə səfərimdə ilk dəfə gedəcəyim Naxçıvan haqqında düşünürdüm. Orada nə ilə qarşılaşacağım haqda heç bir anlayışım yox idi. “Ən yaxşısı hər şeyi gedib görməkdir”, – deyə düşünərkən, sərnişinlərin “Naxçıvana düşdük” sözləri ilə birdən qəlbim döyünməyə başladı. Təyyarə uçuş-enmə zolağına enən anda içimdə inanılmaz rahatlıq hiss etdim və inanılmaz bir təbəssümlə təyyarədən endim. Mən Naxçıvandayam. Burada danışılan Azərbaycan türkcəsinin ana dilim türkcə ilə çox oxşarlıqları olsa da, mühüm fərqləri də vardır. Səfər boyunca məni gülümsədən, mehribanlığını hiss etdiyim bu şəhərdə daha nə ilə qarşılaşacağımı düşünürəm.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqovun 13 rəsm əsəri muzeylərə hədiyyə edilib.
Bu münasibətlə keçirilən təqdimat mərasimində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova qeyd edib ki, muxtar respublikada incəsənətin digər sahələri kimi, rəssamlıq sənətinin də inkişafına dövlət qayğısı göstərilir. Son illər diyarımızda rəsm festivallarının keçirilməsi, istedadlı gənc rəssamların rəsm əsərlərindən ibarət sərgilərin təşkili və tanınmış rəssamların əməyinin dövlətimiz tərəfindən layiqincə qiymətləndirilməsi rəssamlığın inkişafına göstərilən dövlət qayğısının bariz ifadəsidir.

Ardını oxu...

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR