16 Sentyabr 2021, Cümə axşamı

Sentyabrın 16-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə muzey əməkdaşları üçün “Muzeylərdə uçot-mühafizə: uçot nişanları”  mövzusunda seminar-treninq keçirilmişdir.

Naxçıvan Dövlət Xalça Muzeyində keçirilən seminar-treninqi giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva açmış, Naxçıvan Dövlət Xalça Muzeyinin baş fond mühafizi Nəzakət Həsənova “Uçot nişanları” mövzusunda çıxış etmişdir.

Ardını oxu...

Təbiətin “sarı gəlin”i payızın bərəkətli günlərinin yurdumuza qədəm qoymasına sayılı günlər qalıb.  Budaqlardakı heyvanın, armudun, almanın ətri bağları bürüyüb. Hansı obaya, kəndə üz tutursan, orada hamı qış tədarükündədir. Kimisi cəviz, fındıq, badam ağaclarının barını toplayır, kimisi çilləyə qarpız seçir, kimisi isə yazdan bordağa bağlayıb, xüsusi bəslədiyi mal-heyvanı kəsib ətini qış azuqəsi üçün qovurmağa hazırlaşır, kimi də qonum-qonşunu ətrafına toplayıb əriştə kəsir, yarma hazırlayır. Ta qədimdən qışa hazırlıqla bağlı qayğıların bir hissəsi qadınlarımızın öhdəsində olub. Bu adət-ənənələrimizdən analarımıza, onlardan da qızlarımıza ötürülüb. Evdar qadınlar bilirdilər ki, yayda hər işi öz qaydasına qoyub əl damını, payızda isə taylarla çörək yapıb çörək yeşiklərini doldurmaq lazımdır. 

Ardını oxu...

Sentyabrın 9-da Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin və Şərur Rayon Mədəniyyət Şöbəsinin təşkilatşılığı ilə Şərur Şəhər “Bahar” Kinoteatrında“Klub müəssisələrində dərnək və folklor qruplarının bərpa edilməsi” adlı seminar-müşavirə keçirilib. Mədəniyyət üzrə Elmi Metodik Mərkəzin və Şərur rayonunda fəaliyyət göstərən klub müəssisələri əməkdaşlarının iştirak etdiyi tədbiri Şərur Rayon Mədəniyyət Şöbəsinin müdir müavini Sabir Əliyev giriş sözü ilə açaraq bugünkü seminar-müşavirənin klub müəssisələrində dərnək və folklor qruplarının yaradılması, fəaliyyətinin bərpa edilməsivə artırılması baxımından əhəmiyyətli olduğunu deyib.

Ardını oxu...

Avqust ayının əvvəlindən başlayaraq muxtar respublikada mədəniyyətin təbliği və sakinlərin mədəni istirahətinin təşkili məqsədilə müxtəlif məzmunlu tədbirlər keçirilmişdir. Azərbaycan Kinosu Günü ilə bağlı Naxçıvan şəhərindəki “Əyləncə adası” İstirahət Parkında “O olmasın, bu olsun” filmi nümayiş olunmuşdur. Həmçinin açıq havada kino nümayişləri avqust ayında da davam etdirilmiş, “Əyləncə adası” İstirahət Parkında 9 film kinosevərlərə təqdim olunmuşdur.

Ardını oxu...

Aşıq Ələsgər – 200

Azərbaycan aşıq yaradıcılığının ən azı ulu ozan Dədə Qorquda qədər gedib çıxan zəngin bir tarixi vardır. Bu tarixi mərhələdə günümüzə qədər inkişaf edərək varlığını qoruyan və davam etdirən aşıq sənətinin görkəmli nümayəndələrindən biri də bu il 200 illik yubileyini qeyd etdiyimiz Aşıq Ələsgərdir. Bildiyimiz kimi, bu barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il 18 fevral tarixdə “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Dövlət sənədində də deyildiyi kimi “...çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhu ilə həmahəng əsərləri ilə Azərbaycan mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmiş” Aşıq Ələsgər bir çox tədqiqatçılar tərəfindən, sadəcə, gözəllik nəğməkarı, bəziləri tərəfindən isə, sözün həqiqi mənasında, haqq aşığı kimi səciyyələndirilmişdir. Fenomenal istedad sahibi olan aşıq haqqında söylənən bu fikir onun yaradıcı şəxsiyyəti haqqında dolğun təsəvvür yaradır: “Özündən əvvəlki ustad aşıqların ədəbi-bədii irsini dərindən-dərinə mənimsəyən Aşıq Ələsgər bu sahədə elə bir səviyyəyə yüksəlmişdir ki, istər sələfləri, istərsə də xələfləri haradan baxsalar onu görürlər”. 

Aşıq Dədə Ələsgər kimi daha çox xatırlanır. Onun bütöv obrazının açılmasında “Dədə” titulu, sadəcə, qohumluq dərəcəsi bildirən, bəzi dialektlərdəki “baba” sözünün ekvi

Ardını oxu...

Azərbaycan realist rəssamlığında fərqli texnikası, müasir üslubu ilə seçilən, yaddaqalan sənətkarlardan biri də Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, mərhum Əbülfəz Axundovdur. O, qrafika və rəngkarlığın müxtəlif janrlarına tez-tez müraciət edir, sulu boyalarla çəkdiyi mənzərələr, səhnəqrafiya sahəsində yaratdığı kompozisiya və portretlərilə hamının diqqətini cəlb edirdi. Onun özünəməxsus yaradıcılıq texnikası tərtibat verdiyi tamaşaların ideya-məzmununun açılmasında xüsusi rol oynayırdı. Ə.Axundov Naxçıvan teatrında bədii tərtibat sahəsində səmərəli fəaliyyəti ilə diqqət çəkirdi. Rəssamı olduğu tamaşalarda musiqinin dramatik, lirik və fəlsəfi xarakterini tərtibatda poetikliklə obrazlaşdırmağa səy göstərirdi. İstedadlı rəssamın yaratdığı əsərlər rənglərin şuxluğu və aydınlığı, kompozisiyanın sadəliyi ilə fərqlənirdi. Tamaşalara veriyi tərtibat işləri isə dramaturq və rejissor fikri ilə poetik ahəngdarlıq yaratması baxımından səciyyəvi idi. Onun müasir və klassik üslubda hazırladığı kompozisiyalar monumentallığı və obrazlı səhnə həlli ilə maraq doğururdu. Tərtibatlarındakı və geyimlərdəki rənglər şux və koloritli, ahəngdar və cazibəli idi.

Ardını oxu...

Dağların qoynunda əsrarəngiz təbiəti, zəhmətkeş, qonaqpərvər insanları ilə seçilən bir kənd var: Nursu. Bu kənd həm də ziyalıları, görkəmli elm adamları ilə tanınıb. Ancaq kəndin böyükdən-kiçiyə kimi hər bir sakininin qəlbinə, dilinə bir ad hakim kəsilib. Bu yerə ayaq qoyanlar da, bu kəndin adını eşidənlər də həmişə o insanı yad edir, onun şeirlərindən bir parçanı ya ürəyindən keçirib, ya da dilə gətirir. O, “Vətən mənə oğul desə, nə dərdim, mamır olub qayasında bitərdim”, “Dünya sənin, dünya mənim, dünya heç kimin…”, “Bu da belə bir ömürdü yaşadım”, “Sən kimə gərəksən, mən kimə gərək”, –  deyən xalq şairi Məmməd Araz, onun şeiriyyətdir. 

Ardını oxu...

Həmsöhbətim 1967-2001-ci illərdə “Şərq qapısı” qəzetində fəaliyyət göstərən qadın jurnalistlərimizdən biri Sadiqova Xuraman İsmayıl qızıdır (Xuraman Məmmədova). Yazacağım məqalə üçün qəzetin 90-cı illərdəki səhifələrini vərəqləyəndə Xuraman Sadiqova imzasına, necə deyərlər, hər addımbaşı rast gəldim. Qəzetin uzun illər məhsuldar işçisi olmuş bu xanımı axtarıb tapdım. Çox çətin olmadı. O, hazırda bu gün bizim də hər nömrəsini maraqla izlədiyimiz “İki sahil” qəzetində çalışır. 

Ardını oxu...

Daşlar söyləyir, mən dinləyirəm...


Çıxıram seyrinə kökü minilliklərin bağrını dələn, namərdə boyun əyməyib mərdə könlünü verən, köksündə güllər, çiçəklər bitirən, yaşı ötdükcə gəncləşən, gözəlləşən şəhərimin. Hər qarışına toxunduqca bir əlinə silah alıb düşməninə meydan oxuyan, digəriylə Vətən torpağını bar-bərəkətə, naz-nemətə çevirən ulu babamın məğrur ayaq səslərini, gecələr çıraq işartısında təfəkkürünü, düşüncəsini ilmələrə kökləyən, sabahlar tarlada həyat yoldaşı ilə çiyin-çiyinə zəhmətə qatlaşan ağbirçək nənəmin günortaları beşik başındakı “laylay dedim yatasan, qızılgülə batasan” sözlərinin ahəngini, qəlbəyatan həzinliyini duyuram. Keçirəm əsrlərin yadigarı qol-budaqlı çinarların meh gətirən çətirindən, nostalji hisslərə bürünən gözlərimi çəkəmmirəm uşaqların şən-şaqraq səslərinə qərq olan doğma məktəb yollarından, tamaşa edirəm mahir bir rəssamın fırçasından yoğurulan könülaçan küçələrə, xiyabanlara. Budur, artıq dayan deyir qəlbi söz boğçasına çevrilən, dilindən ləl-cəvahir süzülən, sinəsində minilliklərin mənəvi yükü gizlənən abidələşən daşlar. Söhbət açır bu yurdun dünənindən, bu günündən mənə onlar. Sanki daşlar söyləyir, mən dinləyirəm...

Ardını oxu...

(“İskəndərnamə” poeması əsasında)


Hər bir böyük sənətkar öz yaradıcılığında üç ədəbi-fəlsəfi konsepsiyanı şərh etmək istəyir: dünya nədir, insan kimdir, zaman nədir. Bu konsepsiyalarda insanın daxili aləmini, dünyanın yaranışını və insan-zaman kəsişməsini şərh edə bilən sənətkar əbədi yaşamaq hüququ qazanır. Bir sıra hallarda ötəri mövzularda yazılan ədəbi əsərlər yaşamır, ancaq yuxarıda adıçəkilən ədəbi kredonun tələblərini ödəyən əsərlər yaşayır. Nümunə üçün Səməd Vurğunun siyasi basqılara cavab vermək üçün yazdığı “Komsomol poeması” şairin öz təbiri ilə desək, “öldü”, amma həmin poemanın sonundaki “Dünya” şeiri ölmədi, çünki, orada şairin dünya haqqında düşüncələri yer almışdır. 

Ardını oxu...

(Oxunması zəruri olan kitablar əsasında esse)

Qarşımda gözəl bir bağça var. Rəssam, sanki bahar fırçasını göyqurşağına batıraraq bu bağçaya rəng verib. Yaşılyarpaqlı sarı güllər üzərinə qonan bülbüllərin, sanki rəsmini torpağa çəkib bu bağça. Bir izdiham var, İlahi! Bu nə səs-küydür belə? Rəngini göylərdən almış başı buludlara dəyən bir məbəd var bu bağçada. Elm xəzinəsinin mənəvi məbədi olan kitabxana. Öz rəflərində illəri və dahiləri bir məkanda və zamansız bir-birinə mehman edən kitabxana. İlahi! Bu kitab rəfləri arasında nələr gizlənib, nələr. Görəsən, bizi də kitab kimi ağ cildə büküb sonuncu mənzilə yola salacaqlar? Deməli, onda ölən yox olmur, yoxluq necə var olar? Budur, qulağıma səsi gəlir Sokratın, Zərdüştün, Nizaminin, Nəsiminin, Mövlana və Sədinin, haray salıb Arazın o tayında Şəhriyar, Nargində güllələnən Müşfiq, Sibirdə “Mənim Tanrım gözəllikdir, sevgidir”, – deyən Cavid. Oxunur Tövrat, Zəbur, İncil və Quran. İlk əmri oxumaqla başlayır bu kitabların. Rəngbərəng fonda oxucuların üzünə taybatay açıq, “xoş gəlmişsiniz”, – deyən qapıları var bu kitabxananın. Aləmdəki ən sakit və ən hüzurlu məbəddir kitabxana. Bizdən əvvəl və sonra var olan, dil-dodaqla dərilən ləzzətin duyulmasıdır kitabxana. Kimisi oxuduğu qəhrəmanla baş-başa qalır, kimisi tarixin bir küncündə qısılır, kimisi isə dünyamızı gözəlləşdirən kitablarla ömrünə su səpərək başqasının yolunda gül əkir bu məbəddən apardığı kitablarla. Öz maviliyini göyqurşağından ödünc almış bu kitabxanada bir canlanma, bir xoş avaz var. Oxucu masaları yavaş-yavaş öz sakinlərini qucaqlayıb bağrına basır. Fərq qoymur irqlərə, cinslərə, millətlərə, dövlətlərə. Burada qapılar açıq, burada ürəklər açıq, gəl, ayağıçarıqlı keç yuxarı başa çıx. Burada hər kəs ayrı bir sevgi ilə Cənnətin kölgəsini yaradır, eyibləri göstərən güzgülər qırılmır, ya göyə çəkilir, ya göy çəkilir aradan... Allahın kəndirinin bir ucu bu kitabxanadadır. Möhkəm sarıldıqca biz bu sağlam kəndirə, qalxarıq Allahın layiq bildiyi yerə. Oxucunun könlü lövhədir. Bu lövhəyə həkk olunan nümunələr həyatdakı ən mötəbər töhfədir.

Ardını oxu...

Bəşər sivilizasiyasının mədəniyyət ocağı olan Naxçıvanımızda rəssamlığın tarixi lap qədim zamanlardan, Gəmiqaya təsvirlərindən başlamış tarixin bütün dövrləri ilə səsləşən intibah mədəniyyətinin, memarlıq məktəbinin təsiri ilə inkişaf etmiş, diyarımızın təbiət gözəlliklərini öz fırçası ilə tariximizə həkk edən realist rəssamlığın banisi Bəhruz Kəngərli ilə özünün ən qüdrətli dövrünə çatmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  2021-ci il 2 mart tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyi dövlət səviyyəsində qeyd olunmuş, Ali Məclisin Sədri cənab Vasif Talıbov həmin tədbirdə çıxış edərək demişdir: “Naxçıvan rəssamlıq məktəbinin qədim və zəngin tarixi vardır. Bu məktəbin görkəmli nümayəndələri təsviri sənətin müxtəlif janrlarında tariximizi, abidələrimizi, milli-mənəvi dəyərlərimizi, təbiətimizi, xalqımızın həyatını əks etdirməklə böyük mədəniyyət salnaməsi yaratmışlar. Azərbaycan realist rəssamlığının əsasını qoymuş Bəhruz Kəngərlinin, teatr rəssamlığının inkişafında mühüm xidmətləri olan Şamil Qazıyevin və digər rəssamların əsərləri Naxçıvanın dünəni ilə bu günü arasında mədəni bağlardır”. 

Ardını oxu...

Yarandığı gündən muxtar  respublikamızın tarixini öz  səhifələrində əks etdirən “Şərq qapısı” qəzeti İkinci Dünya müharibəsi illərində cəbhə qəhrəmanları ilə daim əlaqə saxlamış, onların qəhrəmanlıqlarından, muxtar respublika əməkçilərinin ön  cəbhələrdə döyüşən oğul və  qızlarımıza göndərdikləri hədiyyə və sovqatların müdafiə fonduna və faşist işğallarından azad  edilmiş şəhər və  vilayətlərin sakinlərinə edilən yardımlardan geniş bəhs  etmişdir. “Şərq qapısı” qəzeti eləcə də həmyerlilərimizin göstərdikləri  igidliklərə görə  aldıqları dövlət mükafatları haqqında, həmyerlilərimizin və komandirlərinin onların valideynlərinə, Naxçıvan Vilayət Partiya Komitəsinə, işlədikləri idarə, müəssisə və təşkilat rəhbərlərinə  göndərdikləri məktubları dərc etmiş və eyni zamanda bu illərdə muxtar respublikanın ictimai-siyasi həyatında baş verən məlumatları vaxtaşırı öz səhifələrində işıqlandırmışdır.

Ardını oxu...

Azərbaycan aşıq şeirinin tanınmış siması, ustad sənətkar Aşıq Ələsgər ədəbiyyat tariximizdə zəngin, maraqlı irsi, ibrətamiz fikirləri ilə yaşamaqdadır. Onun irsini öyrənən zaman görürük ki, xalq içərisindən çıxan ustad sənətkarın əsərlərində xalq deyim və duyumları özünəməxsus ifadə tərzi ilə diqqəti cəlb edir. “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 fevral tarixli və “Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş Tədbirlər Planının təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları el sənətkarına göstərilən hərtərəfli dövlət qayğısının əyani göstəricisidir. 

Ardını oxu...

Elə ki iyul ayının sonları, avqustun əvvəlləri təqvimə qədəm qoydu, bazarlarımızda, mağazalarımızda turşməzə tamı, min bir dərdə dərman olan, faydaları ilə seçilən zoğalın uzaqdan “gəl-gəl” deyən gözəlliyi ilə rastlaşırıq. Elə biz də bu minvalla, ötən günlərdə bu meyvənin sorağı ilə, illərdir, onu öz bağında yetişdirən satıcılarla həmsöhbət olmaq üçün bazarın yolunu tutduq. Bazara daxil olduğumuz andan əllərdə qış azuqələrimizin əvəzedilməz təamı olan zoğalı görmək bu meyvənin faydalarından, ona olan tələbatdan yerindəcə xəbər verirdi.

Ardını oxu...

İbrahim Yusifoğlu milli şeirimizin istedadlı və daim axtarışlarda olan nümayəndələrindən biridir. O, şeiri vərdiş, yaxud mütaliədən çox istedadla təbii ilhamın axarında yazan şairlərdəndir. İstedad İbrahim Yusifoğluna həyatı və insanları şairanə şəkildə, poetik görkəmdə duymaqda və görməkdə bələdçilik edir. İbrahim Yusifoğlunda zəhmət faktoru istedad amili ilə vəhdətdədir. Uzaq dağ kəndində, təmiz və səfalı, çiçəkli, bulaqlı təbiətin qoynunda böyüyüb boya-başa çatan, bütün kənd uşaqları kimi mənsub olduğu ailənin təsərrüfat həyatında mükəmməl zəhmət dərsləri keçmiş İbrahim Yusifoğlunun yaradıcılığında istedad şeirin ruhu və qanadı, zəhmət isə mahiyyəti və bəzəyidir. Sözlərdən, fikirlərdən, orijinal bədii təsvir və ifadə vasitələrindən şeirin “inşaat materialları” kimi özünəməxsus şəkildə, yaradıcılıqla faydalanmağı bacaran İbrahim Yusifoğlu, sanki ilhamlı şeirlərinin istedadlı və zəhmətkeş bənnasıdır. Onun qələmindən çıxmış ən yaxşı şeirlər yaratdığı poeziya sarayının kərpicləri kimi uzunömürlüdür. “Ruhuma bircə bu yağış doğmadı” şeirində etiraf etdiyi kimi:

Ardını oxu...

İnsan oğlunun yarandığı gündən təbii ehtiyac kimi qidaya, yeməyə daim tələbatı olub. Lakin bir insanın qidası onun yaşadığı ərazi ilə, təbii-coğrafi şəraitlə, məşğuliyyət sahəsi ilə və onun mədəniyyəti ilə əlaqəlidir. Mütəxəssislərin fikrincə, dini, sosial və etnik mənsubiyyət də qidalanmada mühüm rol oynayan amillərdən sayılır. Bu mənada, qədim diyarımız Naxçıvanın çoxəsrlik tarixi, folklor dəyərləri, füsunkar təbiəti kimi, mətbəx mədəniyyəti də özünəməxsus zənginliyi ilə seçilir. Yurdumuzun bərəkətli çöllərində, bağ-bağatlarında yetişən min bir adda, min bir dadda olan nemətlər burada zəngin mətbəx mədəniyyətinin əsasını qoyub. 

Ardını oxu...

100 illik yubileyini qeyd etməkdə olduğumuz doğma “Şərq qapısı”nın oxucuları, bu mətbu orqanı ilə əməkdaşlıq edən kənar müəlliflər muxtar respublikamızla məhdudlaşmır. Uzun illərdir ki, paytaxt Bakı şəhərindən, ölkəmizin digər bölgələrindən də redaksiyamıza qonaqlar gəlir, elektron ünvanımıza məktublar göndərirlər. Bu da, sözsüz ki, “Şərq qapısı”nın qarşısına qoyulan vəzifələrin öhdəsindən lazımınca gəldiyinin göstəricisidir.
Bir neçə gün əvvəl aldığımız məktubu isə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri üzrə fəlsəfə doktoru Fidan Abdurəhmanova göndərib. Maraqlı olacağını nəzərə alıb həmin yazını oxucularımıza təqdim edirik.

Ardını oxu...

“Azərbaycan qadını tarixboyu öz ağlı, zəkası, namusu, qeyrəti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi və millətinə, torpağına olan hədsiz məhəbbət və gözəlliyi ilə tanınmışdır”. Ümummilli liderimiz Heydər Əliyevin bu sözləri tarixin bütün dövrlərində Azərbaycan qadınının ailədə və cəmiyyətdə rolunu ən yüksək formada ifadə edir. Dahi liderin irsinin, ənənələrinin qorunub yaşadıldığı muxtar respublikamızda qadınlar, o cümlədən sağlamlıq imkanları məhdud qadınlar ictimai-siyasi və sosial-mədəni həyatda fəallıqları ilə seçilirlər. Naxçıvan şəhərində mütəmadi olaraq təşkil edilən sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış, müxtəlif yaradıcılıq müsabiqələri onların istedad və bacarıqlarının aşkar edilməsində, asudə vaxtlarının səmərəli təşkilində, rifah halının yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir. Diyarımızda sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların yaradıcılıq potensiallarının dəstəklənməsi onların yaradıcılıq əzmini daha da artırmaqla gələcək inkişafını təmin edir. İstedadlı qadınlarımızın əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə təsdiq olunan Tədbirlər Planına əsasən mətbu orqanın növbəti yubiley tədbiri avqustun 16-da Kəngərli rayonunda olub. Mədəniyyət Sarayında keçirilən tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısının müavini Səriyyə Qurbanova açaraq “Şərq qapısı” qəzetinin mətbuat tariximizdəki rolundan, muxtar respublikanın, o cümlədən də Kəngərli rayonunun sosial-iqtisadi inkişafının, ictimai-siyasi həyatının tarixiləşdirilməsində qəzetin əhəmiyyətindən bəhs edib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazir­liyi sistemində fəaliyyət göstərən kitabxanaların əməkdaşları üçün təşkil olunmuş “Ümumi və fərdi uçot kitablarının, kitabxana gündəliyinin işlənmə qaydaları” adlı seminar olub. Nazir­liyin əməkdaşı Şəfəq Abbasova seminarda çıxış edərək bildirib ki, məqsəd kitabxanaçılara əməli və metodik köməklik göstərməkdən ibarətdir. Seminar 6 mərhələdə keçirilib. Növbəti seminar Naxçıvan Şəhər Mərkəzləşmiş Kitabxana Sisteminin əməkdaşları üçün təşkil olunub.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova ümumi və fərdi uçot kitablarının, kitabxana gündəliyinin işlənmə qaydaları haqqında məlumat verib.
Sonda suallar cavablandırılıb, kitab üzərində əyani olaraq nümunələr göstərilib.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

 

 

 

“Şərq qapısı” – 100

 

Bu il “Şərq qapısı” qəzetinin kollektivi olaraq çox sevincli və qürurluyuq. Ona görə ki, muxtar respublikamızın güzgüsü sayılan doğma qəzetimizin 100 yaşını qeyd edirik. Bir əsrdir, fəaliyyət göstərən qəzetimizin mənalı, bir o qədər də keşməkeşli tarixi inkişaf yoluna nəzər saldıqda, Naxçıvanda qəzetçiliyin əsasını qoyan bu mətbuat orqanının xalqımızın maariflənməsi və inkişafı yolunda yorulmadan, usanmadan sona qədər mübarizəsinin şahidi olduqda onunla bir daha fəxr edirik. Xalqımızın xilaskarı, ümummilli liderimiz Heydər Əliyevin “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb” fikirləri də qəzetin bütün dövrlərdə, eləcə də bu gün də muxtar respublikamızda baş verən ictimai-siyasi proseslərin, uğurla həyata keçirilən dövlətçilik siyasətinin, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, ədəbiyyat və digər sahələrdə baş verən yeniliklərin güzgüsü olduğunun və üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyinin bariz ifadəsidir. Məhz Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı muxtar respublikada jurnalistika məktəbini formalaşdıran “Şərq qapısı” qəzetinin gücünün və nüfuzunun, bu mətbu orqanın əməkdaşlarının yorulmaz fəaliyyətinin məntiqi nəticəsi olmaqla, eyni zamanda bu məktəbin yetirməkdə olduğu jurnalistlər nəslinin bundan sonrakı geniş fəaliyyəti üçün də böyük bir stimuldur. Bir gənc jurnalist kimi gecəsini, gündüzünü qəzetçiliyə həsr edən jurnalistlərin əməyinə verdiyi dəyərə, göstərdiyi qayğıya görə Ali Məclis Sədrinə minnətdarlığımı bildirməyi özümə mənəvi borc hesab edirəm.

Ardını oxu...

2021-ci il “Nizami Gəncəvi ili”dir


XX əsrin əvvəllərində Azərbaycanın demokratik fikirli ziyalıları Zaqafqaziyada nəşr olunan rusdilli mətbuat orqanlarının səhifələrində Azərbaycan ədəbiyyatı və mədəniyyətinin aktual problemlərini işıqlandırmışlar. Xüsusilə həmin əsrin əvvəllərində Tiflisdə yaşayan Cəlil Məmmədquluzadə, Hüseyn Minasazov, Eynəli bəy Sultanov, Həmzət bəy Qabulov Şirvanski kimi Azərbaycan ziyalıları rusdilli mətbuatda fəal iştirak etmişlər. Azərbaycan ziyalılarının iştirak etdikləri mətbu orqanlardan biri də Tiflisdə rus dilində nəşr olunan “Zakavkazye” qəzeti olmuşdur.

Ardını oxu...

Muxtar respublikanın mədəniyyət müəssisələri tərəfindən iyul ayında da müxtəlif  tədbirlər keçirilmişdir. Həmin tədbirlərdən biri Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında N.V.Qoqolun “Müfəttiş” komediyası əsasında hazırlanmış eyniadlı tamaşanın nümayişi ilə Azərbaycan milli teatr tarixinə parlaq və şərəfli səhifələr yazmış Naxçıvan teatrının 138-ci mövsümünün başa çatması olmuşdur. 

Ardını oxu...

Dünyanın 33 dilinə tərcümə olunan və 66 ölkəsində nəşr edilən “Əli və Nino” adından başlayaraq axırına kimi sevgi və tarix paralelliyində davam edən milli və bir o qədər də bəşəri romandır.
Birinci şəxsin təkində nəql olunan romanın ilk cümləsi birbaşa Şərq və Qərbin sərhədləri arasında sıxışdırılmış Bakı həyatının güzgüsüdür. Bu güzgüdə isə mövzumuzun adında da özünü göstərən mesajın əksini görürük.

Ardını oxu...

Avqustun 11-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə muzey əməkdaşları üçün “Muzeylərdə təkrar uçotun aparılması və elektron məlumat bazasının yaradılması” mövzusunda seminar-treninq keçirilmişdir.

Naxçıvan Dövlət Film Fondunda keçirilən seminar-treninqi giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva açaraq bildirmişdir ki,  muzeylər sənədli, maddi təsviri, incəsənət dəyərlərində ifadə olunan bəşəriyyət tarixi haqqında çox böyük sayda informasiyanı qoruyub saxlayır. Unikal fondlar, kolleksiyalar, nadir nəşrlər haqqında məlumatlar muzey işçiləri tərəfindən böyük qayğı ilə nəsildən-nəslə ötürülür və muzey sənədlərində toplanır. Bu gün bu qiymətsiz informasiyanı qoruyub saxlamaq, onun acıqlığını və istifadə rahatlığını təmin etmək lazımdır. Muzey fondlarında qorunan bu qiymətli maddi mədəniyyət nümunələrinin uçotu və mühafizəsi xüsusi əhəmiyyətə malikdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi – 50

Uzun və mürəkkəb inkişaf yolu keçən müxtəlif sənət növləri birlikdə vəhdət təşkil edərək incəsənət tariximiz haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Qədimdən formalaşan milli sənətlərimiz arasında ümumbəşəri səciyyə daşıyan rəssamlıq da özünəməxsus yer tutur. Bu sənətin tarixi çox qədimdir. Ayrı-ayrı dövrlərdə diyarımızda çox qüdrətli rəssamlar yetişib və rəssamlıq məktəbləri yaradılıb. Deyərdik ki, Azərbaycan rəssamları heç bir mənada dünyanın adlı-sanlı rəssamlarından geridə qalmır, əksinə, öz yenilikləri ilə çoxlarından öndə gedir. Sevindirici haldır ki, Azərbaycanda rəssamlıq sənətinin inkişafı, rəssamların sosial rifahının yaxşılaşdırılması üçün dövlət səviyyəsində böyük tədbirlər görülür. Elə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun martın 2-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncam, yubileyin muxtar respublika rəhbərinin iştirakı ilə yüksək səviyyədə qeyd olunması da görülən işlərin davamıdır. Bu sənətin inkişaf etdirilməsi üçün ali təhsil ocaqlarında müvafiq ixtisaslar açılıb, tədris üçün hərtərəfli şərait yaradılıb. Yaradılan şərait gənclərimizin də rəssamlıq sənətinə marağını artırıb. Biz də məsələ ilə bağlı Naxçıvan Müəllimlər İnstitutuna yollandıq. Tələbələrinə rəngkarlığın sirlərini öyrədən və onlara bunu əyani şəkildə göstərən Rübabə İmamquliyeva rəssamlıq sənətinin kiçik nüanslarından danışdı.

Ardını oxu...

Xalça Azərbaycan xalqının maddi və mədəni irsinin ən dəyərli komponentlərindən biridir. Tarixboyu Azərbaycan xalçaları öz rənga­rəngliyi ilə seçilmiş və xalqın milli təfəkkürünü təcəssüm etdirən bənzərsiz sənət nümunəsinə çevrilmişdir. Burada toxunan xalçalar özünəməxsus ornamentləri ilə dünya mədəniyyətini zənginləşdirmiş və müxtəlif dövrlərdə tanınmış səyyahların marağını bu qədim diyara cəlb edən vasitələrdən biri olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Xalçaçılıq sənəti bizim milli sənətimizdir, bizim qədim sənətimizdir. Azərbaycan xalçaları dünyanın ən aparıcı muzeylərində nümayiş etdirilir. Xalça bizim məişətimizin ayrılmaz hissəsidir və Azərbaycan xalçaları öz keyfiyyəti ilə seçilir. Biz elə etməliyik ki, bu sənət daim yaşasın”.

Ardını oxu...

Xalq teatrlarını böyük səhnəyə gedən yolun başlanğıcı hesab etmək olar. Belə teatrların təməli isə meydan tamaşaları ilə qoyulub. Dövrünün işıqlı adamları bu sahənin inkişafında əmək sərf edərək yaşadıqları zamanda özləri də bilmədən “teatr” adlanan möhtərəm bir sənətin cücərtilərini yaradıblar. Xalq teatrının ən önəmli özəlliklərindən biri bütün elementlərin – sözlü mətn, hərəkət, oyun meydanı, oyunçuların geyimləri, oyunu yönləndirən və başqa bu kimi elementlərin vəhdətdə olmasıdır. Həm kiçik, həm də irihəcmli oyunlar sözlü, musiqili, hərəkətli olduğundan insan beyninin bir neçə bölgəsinin, məsələn, görmə, duyma, eşitmə funksiyalarının birlikdə çalışmasını təmin edir.

Ardını oxu...

Lap qədim zamanlardan üzü bəri ömrünü torpağa bağlayan əcdadlarımız müxtəlif təbiət hadisələrini müşayiət edərək xalq təqvimi (yerli təqvimi) yaratmışlar. Qeyd etmək yerinə düşər ki, tarixən Azərbaycanda müxtəlif təqvimlərdən istifadə olunub. Lakin heç bir təqvim ilin fəsillərini, aylarını, günlərini xalq təqvimində olduğu kimi, dəqiq və düzgün ifadə edə bilməyib. Xüsusən baş verə biləcək təbiət hadisələrinin insanların uzunmüddətli müşahidələri əsasında daha düzgün izah edilməsi xalq təqviminin yaddaşlarda qorunmasına səbəb olub. Rəsmi təqvimdən belə daha dəqiq olan bu təqvim ata-babalarımıza ilin fəsillərinin gətirdiyi hadisələri – küləyi, yağışı, istini, dolunu qabaqcadan müşayiət etməyə imkan vermiş, bu yolla onlar təsərrüfatlarına zərər vuracaq hansısa təbiət problemlərini qabaqcadan dəyərləndirmiş, məişət və təsərrüfat işlərini, necə deyərlər, etibarlı tutmuşlar.

Ardını oxu...

Əsr yarıma yaxın tarixi olan Azərbaycan milli mətbuatının keçdiyi yol haqqında düşünərkən bir neçə məqamı, xüsusilə xatırlamalı olursan: bu dövrdə xalqımızın maarifləndirilməsi yolunda fədakarlıq göstərən neçə-neçə mətbuat orqanı meydana gəlib; dəyərli ziyalılar yetişib. Həmin mətbuat orqanlarının, həm də o qəzet və jurnallarda çalışanların fəaliyyəti sonrakı dövrlərdə geniş tədqiqat mövzusuna çevrilib, yüzlərlə məqalə, monoqrafiya işıq üzü görüb, dövlət səviyyəsində müxtəlif tədbirlər həyata keçirilib. Yeri gəlmişkən qeyd edək ki, bu ənənə dövrümüzdə də davam etdirilir. Doğma “Şərq qapısı”nın 100 illik yubileyinin keçirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı da bunun ifadəsidir. Və yubiley ərəfəsində əlimə keçən “Molla Nəsrəddin” ensiklopediyası” da mətbuatımızda öz dəstxəti olan möhtəşəm bir mətbuat nümunəsinə – “Molla Nəsrəddin” jurnalına böyük diqqətin və qayğının ifadəsi kimi təqdirolunası bir nəşrdir.

Ardını oxu...

Avqustun 2-də “Əyləncə adası” İstirahət Parkında açıq havada keçirilən bu dəfəki film nümayişi “2 Avqust –Azərbaycan Kinosu Günü”nə həsr olunmuşdur. 

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli “Azərbaycan Kinosu Gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən, hər il 2 avqust ölkəmizdə “Azərbaycan Kinosu Günü” kimi qeyd olunur.

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.
Hər hansı bir xalqın dilinin mükəmməl şəkildə formalaşması, onun ünsiyyət vasitəsinə çevrilməsi uzun tarixi prosesin nəticəsində mümkündür. Azərbaycan xalqı ana dilimizin saflığını qorumuş, bu dildə xalq yaradıcılığı nümunələri – dastanlar, nağıllar, bayatılar, rəvayətlər, əfsanələr, atalar sözləri, mahnılar yaranmış, min illərin dil çeşməsində durularaq və sınaqlardan keçərək günümüzədək gəlib çıxmışdır. Azərbaycan dili milli sərvətimiz, ən ali dəyərimiz, dövlətimizin əsas atributlarından biridir.

Ardını oxu...

“Dil olduqca böyük təsir gücünə malik ünsiyyət vasitəsidir”. Bu fikri AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunan tədbirdə söyləyib.
Ana dilimizin keçdiyi inkişaf yolu, göstərilən dövlət qayğısından bəhs edən akademik dilimizin tarixin müxtəlif dövrlərində ərəb-fars dillərinin təsirinə məruz qalması, Sovet hakimiyyəti dövründə tariximizə, eləcə də dilimizə qarşı yeridilən yadlaşdırma siyasətindən söz açıb.
Natiq Azərbaycan dilinin qorunmasında, eləcə də inkişafında ulu öndər Heydər Əliyevin əvəzsiz rolunu vurğulayaraq bildirib ki, bu siyasətin layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl tədbirlər, qəbul etdiyi qərarlar doğma ana dilinin bugünkü inkişaf səviyyəsinə çatmasında olduqca mühüm əhəmiyyətə malikdir.
Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev tədbirdə “Dövlət dil siyasəti və muxtar respublikada tətbiqi məsələləri” haqqında çıxış edib.
Alim bildirib ki, dilimizin saflığı və yaşaması uğrunda mübarizə XIX əsrin əvvəllərindən XX əsrin ortalarına qədər davam etsə də, onun dövlət dili səviyyəsinə yüksəlməsi, qorunması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır və bu siyasət bu gün də məqsədyönlü şəkildə davam etdirilir.
Alim muxtar respublikadakı ali təhsil müəssisələrində ana dilindən istifadə imkanlarını mükəmməl mənimsəmiş kadrların hazırlanmasına xüsusi diqqət yetirildiyini bildirib, dilimizin qorunub saxlanmasında elm adamlarının, xüsusilə gənc nəslin üzərinə düşən vəzifələrdən bəhs edib.
Tədbirdə, həmçinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdirləri, dosentlər Firudin Rzayev və Nuray Əliyevanın çıxışları dinlənilib. Çıxışlarda Azərbaycan dilinin xalq danışıq dili kimi keçdiyi zəngin inkişaf tarixinə nəzər salınıb, müxtəlif dövr səyyahlarının ana dilimiz haqqında fikirləri təhlil olunub, aparılan tədqiqatların uğurlu nəticələri diqqətə çatdırılıb.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

*  *   *

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən, Yazıçılar Birliyinin üzvlərinin də iştirak etdiyi tədbiri giriş sözü ilə mədəniyyət nazi­rinin müavini Həsən Kərimov açaraq bildirib ki, dünyanın qədim və zəngin tarixə malik dillərindən olan Azərbaycan dili minilliklərin sərt sınaqlarından keçərək xalqımızın ən böyük milli dəyəri, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, müstəqilliyimizin başlıca rəmzlərindən birinə çevrilmişdir.
Çıxışda ulu öndər tərəfindən ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan dilinin hərtərəfli inkişafı, onun rəsmi dövlət dili statusuna malik olması, beynəlxalq münasibətlər sisteminə yol tapması, zənginləşməsi və nüfuz qazanması istiqamətində görülən işlərdən, muxtar respublikamızda uğurla aparılan dövlət dil siyasətindən danışılıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyevin “Milli varlığımız – Ana dilimiz” və Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimovanın “Azərbaycan dilinin təbliğində Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin rolu” mövzusunda çıxışları dinlənilib, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvü olan şairlər ana dili ilə bağlı şeirlərini bədii qiraət ediblər. Sonda muzeyin ekspozisiyasına baxış olub.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Azərbaycan Kinosu Gününün təsis edilməsi haqqında” 2000-ci il 18 dekabr tarixli Sərəncamına əsasən hər il avqustun 2-si ölkəmizdə “Azərbaycan Kinosu Günü” kimi qeyd olunur.
Müasir dövrümüzün ən maraqlı və ən populyar incəsənət növü hesab edilən kino yarandığı gündən qısa müddət sonra həyatımıza dərindən nüfuz etmiş və onun ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Kino tamaşaçını məkan və zamandan keçirərək gah gələcəyə, gah da keçmişə aparır. Kinonun vəzifəsi yalnız əyləncədən ibarət deyil, o, hər şeydən əvvəl, xalqa xidmət etməlidir, buna görə kino insanların mənəviyyatını zənginləşdirməyə yönəldilməlidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən kitabxanaların əməkdaşları üçün “Ümumi və fərdi uçot kitablarının, kitabxana gündəliyinin işlənmə qaydaları” adlı seminarlartəşkil olunur.

İyulun 29-da təşkil olunan növbəti seminardaKəngərli Rayon MKS-nin əməkdaşları iştirak edib.

Ardını oxu...

Gənclərin istirahətini səmərəli təşkil etmək məqsədilə Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay məktəbi” fəaliyyətini başa vurub. Layihə 3 günlük müddəti əhatə edib.
İlk gün iştirakçılar mərkəzin turizm imkanları, ərazidəki fəaliyyət növləri ilə tanış olublar. Gənclərə tədbirin məqsədləri və proqramı haqqında məlumat verilib. Gün ərzində gənclər müxtəlif idman oyunları və “Fərdi Xəmsə” intellektual oyununda iştirak edib, onlar tərəfindən yumoristik səhnəciklər nümayiş olunub. Gecə saatlarında isə Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimova həsr edilən “Poladın 7 anı” sənədli filmi izlənilib.

Ardını oxu...

“Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”nin iştirakçıları proqrama uyğun olaraq Ordubad şəhərinə səfər ediblər. Burada Tarix-Diyarşünaslıq Muzeyi, Yusif Məmməd­əliyev, Məhəmməd Tağı Sidqi və Məmməd Səid Ordubadinin ev-muzeyləri ilə tanış olublar. Daha sonra “Duzdağ” hoteldə düşərgə iştirakçılarına Azərbaycan tarixi və mədəniyyətinə dair təlim keçirilib.

Ardını oxu...

2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilməsi hər birimizdə milli iftixar, Azərbaycançılıq, vətənpərvərlik duyğuları aşılamaq, milli-mənəvi özünüdərk proseslərini daha geniş şəkildə təbliğ etmək üçün qarşımızda yeni perspektivlər açır. Nizami kimi bir dühanın yubileyinin belə təmtəraqla qeyd olunması ədəbiyyatsevərləri sevindirdi. Bu məsələnin bir də fərqli tərəfi ondadır ki, Azərbaycan 2020-ci ilə öz qılıncı ilə çəkdiyi imza və möhürünü 2021-ci ildə qələmi ilə təsdiq etməkdədir. Elə möhtəşəm qələbə belə sonsuz bir hikmət sahibinin işığı ilə tamamlana bilər.

Ardını oxu...

Kütləvi informasiya vasitələrinin, həmçinin tarixi həqiqətləri xalqımıza və dünyaya təhrif olunmadan çatdıran peşəkar jurnalistlərimizin fəaliyyəti həmişə Azərbaycan dövlətinin, o cümlədən Naxçıvan Muxtar Respublikasında diqqət mərkəzində olmuş, onların fəaliyyəti hərtərəfli qayğı ilə əhatə edilmişdir. “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı bunu bir daha təsdiq edir.

Ardını oxu...

"Jurnalistika çətin sənətdir. Bunu etiraf etmək lazımdır, asan sənət deyildir. Başqa bir yerdə, başqa bir peşə sahibi gəlib öz işində oturub işləyir, müəyyən saat qurtarandan sonra evinə gedir... Amma jurnalistin iş yeri yoxdur. Qəzetin redaksiyası da jurnalistin iş yeri deyildir. Çünki o, redaksiyada otursa, elə ancaq yuxarıya baxsa, bir şey yaza bilməyəcək, fəaliyyət də göstərə bilməyəcək. Demək, jurnalist gərək daim cəmiyyətlə əlaqədə olsun, insanlarla əlaqədə olsun və müxtəlif yerlərlə təmasda olsun ki, istədiyi məlumatı ala bilsin və onların əsasında istədiyi sahədə öz məqalələrini, öz əsərlərini yaza bilsin. Bu, asan iş deyildir. Mən bunu bilirəm və öz fikrimi başqalarına da bildirmək istəyirəm. Ona görə də biz gərək jurnalistlərə kömək edək".

Ümummilli liderimiz Heydər Əliyevin bu fikirlərini bir neçə ildir çalışdığım və mənə ailə qədər doğma olan “Şərq qapısı” qəzetinin timsalında görmək olar. Günün hər saatında, hər dəqiqəsində işinin başında olan, gün ərzində baş verən ictimai-siyasi yenilikləri, günün nəbzini tutan vacib və aktual xəbərləri ictimaiyyətin diqqətinə çatdıran, əzmlə çalışan qəzetin əməkdaşları, sözün əsl mənasında cəfakeşlik nümunəsi göstərirlər. Bu da danılmaz həqiqətdir ki, hər hansı qəzetin ərsəyə gəlməsində təkcə qələm sahiblərinin, yaradıcı insanların rolundan bəhs etməklə kifayətlənmək doğru olmaz. Çünki, qəzet üçün yazıların hazırlanması işin birinci mərhələsidir. Sonra isə həmin yazıların yığılması, səhifələrin dizayn edilməsi və ən əsası isə son nəticədə mətbəədə çap olunması zəhmətli və uzun bir prosesdir. Çünki, qəzetçilikdə mətbəə işinin rolu danılmazdır. Bu mənada qəzetimizin ərsəyə gəlməsində “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi kollektivinin əməyi böyükdür.

Ardını oxu...


İyulun 17-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə görkəmli ədib Hüseyn Cavidin Naxçıvan şəhərindəki Ev Muzeyi və Xatirə Kompleksində ev muzeyinin yaradılmasının 40 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə şair-dramaturqun və onun ailə üzvlərinin uyuduğu məqbərəni ziyarət etmiş və buraya gül qoymuşlar. Dahi şairin Naxçıvan şəhərindəki ev-muzeyində keçirilən tədbirdə giriş sözü ilə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova böyük söz ustadının bəşəri ruhlu, həmişəyaşar yaradıcılığından, Cavid şəxsiyyətinə və irsinə dövlət qayğısından söhbət açıb.

Ardını oxu...

 

İyulun 15-də mədəniyyət naziri Anar Kərimov Xüsusi tapşırıqlar üzrə səfir, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Baş katibi Elnur Sultanovu qəbul edib.

Mədəniyyət Nazirliyindən bildirilib ki, görüşdə Birinci vitse-prezident, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın səyləri nəticəsində milli mədəniyyətimizin dünyada getdikcə daha çox tanındığı və UNESCO kimi nüfuzlu təşkilatlarda mövqeyinin güclənməsi qeyd edilib.

Ardını oxu...

Ölkəmizdə ulu öndər Heydər Əliyevin təməlini qoyduğu quruculuq strategiyası muxtar respublikanın inkişafını da təmin etmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə bu qədim yurd yeri hərtərəfli inkişafa qovuşmuşdur. Əsaslı şəkildə yenidən qurulmuş Naxçıvan Muxtar Respublikası bugünkü və gələcək nəsillərə ən böyük töhfədir.

Ardını oxu...

Naxçıvan Dövlət Film Fondu “Əyləncə adası” İstirahət Parkında açıq havada “Bir cənub şəhərində” bədii filminin nümayişini təşkil edib.
Film çox da böyük olmayan cənub şəhərlərindən birinin adamları, onların həyatı və əməyi haqqındadır. Burada hələ də insanların şüurunda keçmişin qalıqlarının kök salması, insanın mənəvi azadlığa necə böyük çətinliklə çıxması məsələləri ön plana çəkilib. Filmin mərkəzində yeniliklə köhnəliyin mübarizəsi, insanın köhnəlmiş adətlərin əsarətindən xilas olması prosesi durur.

Ardını oxu...

Heç xatirimdən çıxmaz. İki böyük çamadan qəzetlə dolu idi. Atam hər dəfə bu çamadanı açar, yeni qəzet qoyar, bir də, sanki xəzinə qoruyurmuş kimi bağlayardı. Demək olar ki, bu proses gündəlik belə davam edərdi. Uşaq ikən bütün bunların nə olduğunu dərk etməzdim. Atam isə hər dəfə evə gələndən sonra masa arxasına keçər, sarı kağızlara elə hey nə isə yazardı. Böyüdükcə anladım ki, atam jurnalistdir. İşdən yorğun gəlməsinə baxmayaraq, sirdaş olduğu o sarı kağızlara tökülən sözlər isə çamadana yığılan qəzet səhifələrində yer alardı. Demək ki, atam o çamadanda yuxusuz gecələrinin zəhmətinin barını və nəhayətdə, doğma qəzeti – “Şərq qapısı”nı saxlayar, hifz edərdi. Fikrimdən heç jurnalist olmaq keçmədi. Müəllimlərim mənə öz peşələrini sevdirmişdilər – müəllimliyi. Elə bu ixtisasın da ardınca getdim. Lakin deyir sən saydığını say, gör fələk nə sayır. Düşünürəm ki, uşaqlıqda insan nəyi görür və təsiri altına düşürsə, o bilavasitə ruhuna sirayət edir. Beləcə, ruhum çəkib məni “Şərq qapısı”na apardı. Kim nə deyir desin, jurnalistika bir eşqdir, qurtula bilməyəcəyin bir sevgidir. Elə ki girdabına düşdün, unut çıxacağını. Fəaliyyət o vaxt bitər ki, ruhun bədənini tərk edər. Bax belə bir sevdadır əsl jurnalist olmaq. Ömürlərinin son gününədək sənətlərini yaşadan sevdalıları gördüm mən: Səxavət Kəngərlini, Sevindik Həmzəyevi, Eldar Əhmədovu, Cəfər Kərimovu, Cəfər Əliyevi, Cəlil Vəzirovu və atam Hacı Rəsulovu. Doğma qəzetimizin 100 illiyi ərəfəsində hər birini ehtiramla anırıq.

Ardını oxu...

Geyimlər iqlim şəraitinə, xalqların yaşam tərzinə görə də hər bir xalqın mədəniyyətində özünəməxsus yer tutur. Azərbaycan xalqı da qədim keçmişdən özünün milli geyimlərini yaradaraq onu inkişaf etdirmiş, zaman keçdikcə bu geyimlər dəyişilərək müasir dövrümüzədək gəlib çatmışdır. Milli geyimlərimizin inkişaf etdiyi, qorunub saxlanıldığı və bir mədəniyyət nümunəsi olaraq təbliğ edildiyi məkanlardan biri də ulu diyarımız Naxçıvandır. 

Ardını oxu...

1921-ci ildən Naxçıvanda nəşrə başlayan, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə yüzillik yubileyi muxtar respublika ictimai-siyasi həyatında mühüm hadisə kimi qeyd olunan “Şərq qapısı” qəzetinin ilk müxbirlərindən biri də Seyid Səbri Mirsadıq oğlu Əsədli (1896-1974) olmuşdur. S.Səbrinin “Şərq qapısı” qəzetinin 50 illiyi münasibətilə həmin qəzetin 1971-ci il 2 iyul tarixli nömrəsində çap etdirdiyi “Yaddaşımdan bir neçə söz” adlı məqaləsində qəzetin nəşrə hazırlanma şəraiti, böyük çətinliklər bahasına varlığını qoruya bilməsi, bu işdə fəallıq göstərən şəxslərin xidmətləri və özünün müxbirliyi haqqında maraqlı məlumatlar verilmişdir.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində fakültənin müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Elman Cəfərovun rəsm, heykəltəraşlıq və qrafika janrında işlədiyi əsərlərdən ibarət yubiley sərgisi təşkil edilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev rəssamı “şəxsiyyəti ilə sənəti bütünləşən sənətkar” adlandırıb və təşkil edilən sərgini yubilyarın yaradıcılığına töhfə kimi dəyərləndirib. Diqqətə çatdırılıb ki, Elman Cəfərov yaradıcılıqla məşğul olmaqla bərabər, həmçinin dəyərli bir pedaqoqdur. Rektor vətənpərvərlik motivləri qabarıq nəzərə çarpan bu yaradıcılığın gənc nəslə örnək olduğunu diqqətə çəkib.

Ardını oxu...

İyulun8-dəNaxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə muzey əməkdaşları üçün “Tarix profilli muzeylərin maddi-mədəni irsimizin toplanması və təbliğində rolu”mövzusunda seminar-treninq keçirilmişdir.

“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində keçirilən seminar-treninqi giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva açmış, Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru F.QuliyevaTarix profilli muzeylərin maddi-mədəni irsimizin toplanması və təbliğində rolu” mövzusunda çxış etmişdir.

Ardını oxu...

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR