26 Sentyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2017
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Şərur tarixən tanınmış ziyalıların doğulub boya-başa çatdığı bölgə olub. Bu ənənə indi də davam etdirilir. Rayonda istifadəyə verilən yeni təhsil ocaqları, yeniləşən təhsil infrastrukturu ali məktəblərə qəbul olunan gənclərin sayının daha da artmasına, onların yüksək nəticələr göstərməsinə səbəb olur. 2016-2017-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən onu deyə bilərik ki, bu il də rayonun göstəriciləri sevindiricidir.

2016-2017-ci tədris ilində rayonun tam orta təhsil məktəblərinin 543 məzunu olub, onlardan 1-i “Qızıl”, 1-i isə “Gümüş” medala layiq görülüb. Məzunlardan 277-si ali məktəblərə qəbul olaraq tələbə adı qazanıb. Onların 36-sı 500-700, 6-sı 600-650, 1 nəfəri isə 650-700 intervalında bal toplayıb. Doqquzillik bazadan 88 nəfər orta ixtisas məktəblərinə qəbul olunub.
Çərçiboğan kənd tam orta məktəbinin məzunu Elvin Ramazanov qəbul imtahanlarında 682 bal toplayıb. Bu, cari ildə Şərur rayonu üzrə ən yüksək nəticədir. O, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olub. Atası polis mayoru, anası tibb bacısıdır. Valideynləri Bakı şəhərində yaşasa da, Elvin kənddə nənəsinin himayəsində – Çərçiboğan kəndində boya-başa çatıb, təhsil alıb. Onunla söhbətdə dedi: – Orta məktəbdə dərslərimi əla qiymətlərlə oxuyurdum. Məktəbimizdə hər cür şərait var. Ən böyük arzum qanun keşikçisi kimi cəmiyyətimizə faydalı olmaqdır. Amma qarşıda daha məsuliyyətli bir dövr vardır. Tələbə adını qazanmaqla iş bitmir. Daha çox oxumaq, öz üzərində işləmək, ən azı iki xarici dil öyrənmək lazımdır. Bunun üçün biz gənclərə hər cür şərait yaradılıb. Ona görə də dövlətimizə çox minnətdaram. Çalışacağam ki, valideynlərimi, mənə dərs deyən müəllimləri bundan sonra da sevindirim”.
Aysel Qəhrəmanova isə rayonun Kürçülü kənd tam orta məktəbini bitirib. 647 balla Naxçıvan Dövlət Universitetinin İngilis dili müəllimliyi ixtisasına daxil olub. Dediyinə görə, hələ kiçik yaşlarından müəllim olmaq istəyib. Aysel qazandığı uğurlar üçün müəllimlərinə çox minnətdar olduğunu bildirdi.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Təhsil və İqtisadiyyat nazirliklərinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Mərkəzi bazarda ənənəvi məktəbli yarmarkası təşkil olunub.
Avqustun 25-də bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək deyib ki, muxtar respublika rəhbərinin tapşırığına əsasən bu gündən etibarən Naxçıvan şəhərində və rayonlarda məktəbli yarmarkası fəaliyyətə başlayır. Bu qəbildən yarmarkaların təşkil edilməsi artıq ənənə halını alıb. Yarmarka yeni tədris ili ərəfəsində şagirdlərin məktəbli geyimlərinə və dərs ləvazimatlarına olan ehtiyaclarını daha asan şəkildə təmin etmələrində mühüm rol oynayır.
Qeyd edilib ki, muxtar respublikada sahibkarlar üçün yaradılmış əlverişli şəraitin nəticəsində daxili bazarda yerli istehsalın çəkisi ildən-ilə artır. Sevindirici haldır ki, bu, məktəbli geyimlərinin istehsalında da özünü göstərir. Muxtar respublikada məktəbli geyimlərinə olan tələbat tam olaraq yerli istehsal hesabına ödənilir. Bu gün təşkil edilən məktəbli yarmarkalarında da muxtar respublikada istehsal olunmuş məktəbli geyimləri əhaliyə təklif edilir. Yarmarka Naxçıvan şəhərində və rayonlarda sentyabrın 15-dək fəaliyyət göstərəcək.

Ardını oxu...

Müstəqillik illərində Azərbaycan təhsili yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün də ulu öndərin siyasi xəttini bütün sahələrdə uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirilib. 

Belə qayğının ifadəsidir ki, son illər muxtar respublikada 200-dən artıq təhsil müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub, məktəblər ən müasir tədris avadanlıqları və informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunub. Həyata keçirilən tədbirlər məzunların buraxılış imtahanlarında yüksək nəticələr əldə etmələrinə şərait yaradıb.
Artıq məktəblər müasir informasiya-kommunikasiya texnologiyaları və zəngin kitabxana fondu ilə təchiz olunub. Bu günədək ümumtəhsil məktəblərində 700-dək elektron lövhə və 4 minədək kompüter quraşdırılıb.
Müasir maddi-texniki bazanın formalaşdırılması təhsildə mütərəqqi üsulların tətbiqinə geniş imkanlar açıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası artıq öz bəhrəsini verir. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələr təşkil edilir, gənclər elmi biliklərlə yanaşı, milli və mənəvi dəyərlərimizi, tariximizi, mədəniyyətimizi ən mütərəqqi üsullarla mənimsəyirlər. Bütün bunlar təhsildə qazanılan uğurların sayını getdikcə artırır. Konkret bir tədris müəssisəsinin timsalında əldə olunan nailiyyətlər barədə danışmazdan əvvəl bir qədər geriyə qayıdaq...

Ardını oxu...

Oçerk

İş otağımdakı telefon zəng çaldı. Dəstəyi götürdüm. Tanış olmayan bir səs salam verib əhvalımı soruşdu.
– Sağ olun, – deyib bir qədər gözlədim.
– Müəllim, mənəm, Vüqar Süleymanov, Hüseyn müəllimin oğlu... Yanınıza gəlmək, sizi görmək istəyirəm.
Bir-iki dəqiqəlik söhbətdən sonra razılaşdıq ki, kənddə görüşək.
Telefonun dəstəyini yerə qoyduqdan sonra xəyal məni neçə il əvvəllərə qaytardı. O vaxt orta məktəbdə direktor müavini vəzifəsində işləyirdim. Vüqar yaşadığım Ordubad rayonunun Aza kəndinə ucqar dağ kəndi Tividən gəlmişdi. Ailələri kəndə köçən zaman Vüqarın atası Hüseyn müəllim məktəbə ibtidai sinif müəllimi təyin olunmuşdu. Dərslər 1-2 ay idi ki, başlamışdı. Elə bu müddət ərzində o, özünü müəllimlərə sevdirməyi bacarmışdı. Bütün fənlərdən yaxşı qiymətlər alırdı. Məktəbin keçirdiyi tədbirlərdə fəallıq göstərir, müxtəlif səviyyədə təşkil olunan fənn olimpiadalarında yüksək nəticələr qazanırdı. Onda bütün fənlərə güclü maraq vardı. Bunu isə hər bir şagirddə görmək olmaz. Bir dəfə Hüseyn müəllimlə söhbətimiz bu barədə oldu. O vaxt Vüqar 6, ya 7-ci sinifdə təhsil alırdı. Ancaq hansı ixtisası seçəcəyini atasına da deməmişdi.

Ardını oxu...

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, professor Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 7 fevral tarixli Sərəncamında deyilir: “Cəfakeş alim, təbiət vurğunu, təbiətin mühafizəsi üçün geniş elmi fəaliyyətlə məşğul olan Həsən Əliyev bütün ömrünü Azərbaycan elminin inkişafına həsr etmişdir. Onun elmi yaradıcılığının bünövrəsi təbiətin mühafizəsi, təbii ehtiyatlardan səmərəli istifadə problemləri olmuşdur”.

Həsən Əliyev uşaqlıq və gənclik illərində çox çətin sınaqlarla üz-üzə qalıb. O, sovet hakimiyyətinin ilk illərində taleyin sərt sınaqları ilə üzləşsə də, fitri istedadı və təhsilə olan sonsuz marağı sayəsində axşam məktəbində təhsil alır, mətbuatda zamanın nəbzini tutan publisistik məqalələrlə çıxış edirdi. Həsən Əliyev 1924-1930-cu illərdə Naxçıvan şəhərindəki kənd təsərrüfatı texnikumunu bitirdikdən sonra ali təhsil alaraq aspiranturaya daxil olur. Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq bölməsində elmi işçi və elmi katib işləyir. Elə o vaxtdan xam torpaqların tədqiqinə başlayır. Apardığı tədqiqatların nəticəsi kimi “Pirsaat düzünün torpaqları və ondan istifadə yolları” adlı ilk monoqrafiyası 1940-cı ildə kitab şəklində işıq üzü görür.
1941-ci ildə Böyük Vətən müharibəsi başlananda Həsən Əliyev ordu sıralarında zabit kimi xidmət edir. Cəfakeş alim alman faşizminə qarşı döyüşlərdə ağır yaralandıqdan sonra arxa cəbhəyə qayıdır və səngəri elm cəbhəsi ilə əvəz edir. O, 1944-1949-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işlər üzrə direktor müavini, eyni zamanda Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, 1949-1952-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun direktoru kimi səmərəli fəaliyyət göstərir. Həsən Əliyev həm də coğrafiya üzrə bir sıra elmi şuraların sədri və üzvü olub. Onun yüksək­ixtisaslı kadrların hazırlanmasında böyük xidmətləri var.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4404628
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
17903
13363
31266
392992
4404628

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter