25 Fevral 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Fevral 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş qrafikə əsasən fevral ayının 9-dan muxtar respublikanın şəhər və rayon təhsil şöbələrinin tabeliyində olan ümumtəhsil məktəblərindəki təhsillərini Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə davam etdirmək istəyən şagirdlərin liseylə tanışlığı başlayıb. Fevral ayının 13-də növbəti belə tədbir təşkil edilib. Şərur rayonunun ümumtəhsil məktəblərinin 100-dən çox şagirdi liseydə yaradılan şəraitlə tanış olub, hərbi dərslərdə iştirak ediblər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbələrinin Ağbulaq İstirahət Mərkəzində fevralın 5-də başlayan “Qış məktəbi”nin birinci mərhələsi başa çatıb.
Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin, həmçinin Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinin iştirak etdikləri “Qış məktəbi”nin ilk mərhələsi olduqca maraqlı və əyləncəli keçib. Tələbələr bu müddət ərzində müxtəlif idman növlərində qüvvələrini sınayıb, “Vətəni tanı”, “Nuh yurdu”, “Axtar tap” kimi müxtəlif intellektual oyunlarda mübarizə aparıblar. Həmçinin gənclərə “Qış məktəbi” çərçivəsində vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib. Şahbuz Rayon Mədəniyyət Evinin instrumental ansamblının çıxışları isə layihə müddətində iştirakçılarda xoş ovqat yaradıb.
Bununla yanaşı, “Qış məktəbi”nin ikinci günündə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı olması ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayevin mühazirəsi dinlənilib. Maraqlı keçən görüşdə daha sonra gəncləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, gənclərin sağlamlığı da təşkilatçılar tərəfindən daim diqqət mərkəzində saxlanılıb, bu məqsədlə düşərgəyə zərurət yaranacağı halda ilkin tibbi yardım üçün həkim də dəvət olunub. Həmçinin iştirakçılara gündə üç dəfə milli mətbəximizin nemətləri təklif olunub, onlar üçün çay süfrəsi təşkil edilib. İlkin mərhələdə 50 nəfər tələbə iştirak edib.
“Qış məktəbi”nin ikinci mərhələsinə isə fevralın 12-də start verilib. Fevralın 15-nə kimi davam edəcək layihədə muxtar respublikada fəaliyyət göstərən orta ixtisas məktəblərinin tələbələri iştirak edirlər.
Tədbirlər Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə həyata keçirilir.

 Ceyhun MƏMMƏDOV

AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondu milli sərvətlərimiz olan əlyazmalarımızın toplanması, onların xalqımıza və gələcək nəsillərə çatdırılmаsı istiqamətində fəaliyyətini davam etdirərək yeni tapıntıların əldə olunmasına çalışır.

Yaxın günlərdə fondun əməkdaşı, Əlyazmaların toplanması şöbəsinin müdiri Fəxrəddin Eylazov araşdırmalar zamanı yeni əlyazma nümunəsi aşkarlayıb. Tədqiqat zamanı bu əlyazmanın 1860-cı ildə (hicri-­qəməri 1281-ci il) yаzıldığı məlum olub.
Fəxrəddin Eylazovun sözlərinə görə, əsərin müəllifi əslən Ordubad şəhərindən olan Məhəmməd Həsən Оrdubаdidir. Əsərin sоnundа göstərilən tаriхə əsаsən Məhəmməd Həsən Оrdubаdinin ХIХ əsrin birinci yаrısındа, təqribən, 1810-1860-cı illərdə yаşаyıb fəаliyyət göstərdiyini təхmin еtmək оlаr. Аlim, mааrifpərvər ziyаlı kimi Məhəmməd Həsən Оrdubаdi Şərq dillərini öyrənib və bir sırа elm sаhibləri ilə fikir mübаdiləsi еdib. Müəllifin ərəb dilində, 73 səhifədən ibаrət olan bu əsəri əlyаzmа şəklində dövrümüzə gəlib çаtıb. Əlyazmanın əvvəlindən və sоnundаn bir hissənin düşməsi səbəbindən əsərin аdını müəyyən еtmək mümkün deyil. Bununlа bеlə, аstrоnomiyadan bəhs еdən bu əsər bütün dövrlər üçün əhəmiyyətlidir. Əlyazmanın müqəddiməsindəki аçıqlаmаdаn məlum оlur ki, həmin dövrdə Оrdubаd şəhərində “Əl-Həqiqət” аdlı məşhur еlm mərkəzi оlub. Həmin mərkəz bir nеçə istiqаmətdə еlmi tədqiqаtlаrlа yаnаşı, həm də оnun təlim və tədrisini həyаtа kеçirib. Məhəmməd Həsən Оrdubаdi bu mərkəzin аpаrıcı simаlаrındаn biri kimi fəаliyyət göstərib. Əsər mövzu bахımındаn dəqiq və humаnitаr еlmləri əhаtə еdərək astrоnоmiyа, həndəsi fiqurlаrın fəzа nəzəriyyəsi, riyаziyyаt və cоğrаfiyаnın müхtəlif sаhələrinə аiddir.

Ardını oxu...

Gənc nəslin hərbi xidmətə mənəvi-psixoloji cəhətdən hazır olması və vətənpərvər ruhlu vətəndaş kimi formalaşması işi ümumtəhsil məktəblərinin üzərinə düşür. Ona görə də muxtar respublikada fəaliyyət göstərən təhsil ocaqlarında gənclərin vətənpərvər ruhda təhsil almaları və onların gələcəkdə Vətənin keşiyində ayıq-sayıq dayanmaları üçün lazımi tədbirlər görülür. Bu mənada, təhsil ocaqlarında keçilən gənclərin çağırışaqədərki hazırlığı fənni mühüm önəm daşıyır. 

Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra sözügedən fənnin tədrisinin vacibliyi, xüsusilə ön plana çəkilib. Bu gün məktəblərin əksəriyyətində ehtiyatda olan zabitlərin bu fənni tədris etməsi keyfiyyət amilinə müsbət təsir edir. Bu dərslərin tədrisi vəziyyətini öyrənmək üçün Naxçıvan şəhərində fəaliyyət göstərən bir neçə tam orta məktəbdə olduq, təhsil müəssisələrinin hərbi rəhbərləri ilə söhbət etdik.
Üz tutduğumuz ilk ünvan Naxçıvan şəhər 2 nömrəli tam orta məktəb oldu. Təhsil müəssisəsinin hərbi rəhbəri Novruz Novruzov dedi ki, Vətən keşiyində dayanmaq hər birimizin vətəndaşlıq borcudur. Hərbi xidmət keçəcək gənc hələ məktəb yaşlarından bu xidmətə hazırlanır. Bu baxımdan gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi xüsusi olaraq diqqət mərkəzində saxlanılır. Həmin dərslərdə uşaqlara Vətənin müdafiəsinin əsasları, taktiki hazırlıq, atəş hazırlığı, hərbi nizamnamələr, sıra təlimi, mülki müdafiə, hərbi-tibbi hazırlıq və digər biliklər öyrədilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki 8 nömrəli tam orta məktəbdə “Sosial şəbəkələrin müsbət və mənfi xüsusiyyətləri” mövzusunda seminar keçirilib.
Gənclər və İdman Nazirliyinin əməkdaşı Ayaz Cabbarov hazırlanmış slayd vasitəsilə mövzu ətrafında çıxış edərək bildirib ki, həyatımızın ayrılmaz hissəsinə çevrilən internetdən istifadə edənlərin sayı sürətlə artmaqdadır. İnsanlar internetdən informasiya əldə etmək, şəkillərə və videoçarxlara baxmaq, ünsiyyət qurmaq məqsədilə faydalanırlar. Bu gün muxtar respublikanın turizm məkanlarının, tarixi abidələrinin tanıdılmasında sosial şəbəkələrdən geniş istifadə olunur. Yeniyetmə və gənclərimizin iştirakı ilə turizm məkanlarına, tarixi abidələrə, muzeylərə gəzintilər təşkil olunur, həmin gəzintilər zamanı çəkilən fotoşəkillərə və videoçarxlara gənclər tərəfindən müxtəlif məlumat yazılaraq sosial şəbəkələrdə paylaşılır. Digər tərəfdən sosial şəbəkələrdən həddindən artıq istifadə etmək yeniyetmə və gəncləri təhsildən yayındıra, onların mənəvi-əxlaqi tərbiyəsinə mənfi təsir göstərə bilər.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

6923019
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11442
20122
127739
459757
6923019

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter