27 İyun 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

İyun 2017
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Əziz oxucum! 20 il bundan əvvəl qələmə alınmış bu yazını təsirsiz oxumaq qeyri-mümkündür. O illərdə bir müəllimin ürəkağrısı ilə yazdığı bu sətirləri oxuduqca Naxçıvan müəllimlərinin dünənini və bu gününü müqayisə edirsən. Və o illərdə müəllimlərin yaşadığı çətinlikləri göz önünə gətirəndə, sözün əsl mənasında, dəhşətə gəlirsən. Bütün dövrlərdə bu peşə daim uca tutulmuş, müəllimlərə hətta dünyanın ən böyük dahiləri ehtiram göstərmişlər. Sadə olduğu qədər də çətin və şərəfli peşə sahibləri təkcə bilik, savad öyrətmirlər, ən başlıcası, cəmiyyətə kamil insan, saf məfkurəli vətəndaş yetişdirirlər. O illərdə müəllimlərimizin yaşadığı çətinliklər az olmayıb. Dövrün gətirdiyi çətinliklər bu peşə sahiblərini də usandırmışdı. Ona görədir ki, həmin illərdə müəllimlərin nüfuzunun aşağı enməsi və başqa məsələlər qəzet səhifələrində özünə yer alırdı. 

Məhz 20 ili arxada qoyan Naxçıvan müəllimi kimdir? O, hansı diqqət və qayğı ilə əhatə olunub? Yenə 20 il bundan əvvələ qayıdırıq. Həmin dövrdən müəllimlərimiz üçün yeni günlər başladı. Müəllimin şərəfli adının uca tutulması, onun fəaliyyətinə hərtərəfli şəraitin yaradılması üçün müxtəlif tədbirlər həyata keçirildi. Çünki yüksək savadlı, intellektual səviyyəli müəllimlər olmadan cəmiyyətin hərtərəfli inkişafını təmin etmək mümkün deyildir. Bütün bunlar nəzərə alınaraq bu gün regionda müəllimin cəmiyyətdə ən nüfuzlu şəxs səviyyəsinə qaldırılması üçün mühüm tədbirlər həyata keçirilir. Əgər muxtar respublikada məktəb tikintisi təhsilə göstərilən qayğının bir tərəfidirsə, müəllimlərin qayğı ilə əhatə olunması işin digər tərəfidir. Bu, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müəllim əməyinə verdiyi qiymətdir: “Bu gün bizim qarşımızda bir vəzifə durur: Mənəviyyatca təmiz, yüksək savadlı və vətənpərvər gənclər yetişdirmək. Bunun üçün dövlət orqanları nə lazımdırsa həyata keçirir. Və bundan sonra da təhsil müəssisələrinin normal fəaliyyəti üçün bütün tədbirlər görüləcəkdir. Lakin müəllim, pedaqoq əməyi olmadan yaradılan təhsil müəssisələri özlüyündə heç bir məna ifadə etmir”.
Bu illər ərzində müəllimlərə göstərilən diqqət və qayğını konkret faktlarla oxucularımıza çatdıraq. Ən mühüm tədbirlərdən biri müəllim əməyinin qiymətləndirilməsidir. Son illərdə 68 müəllim “Azərbaycan Respublikasının Əməkdar müəllimi”, 90 müəllim “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adlarına layiq görülmüş, 60 müəllim isə “Tərəqqi” medalı ilə təltif edilmişdir. 2007-ci ildən bu günədək 40 müəllimimiz Azərbaycan Respublikasının ən yaxşı müəllimləri sırasına daxil olaraq beş min manat birdəfəlik pul mükafatı ilə mükafatlandırılmışdır.
Bu illərdə təhsil işçilərinin əməkhaqlarının on dəfədən çox artırılması bu sahəyə daha bir qayğının ifadəsidir. Qeyd edək ki, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi, müəllimlik fəaliyyətinin stimullaşdırılması və onların əməyinin qiymətləndirilməsinin təmin olunması məqsədilə 1-18 mart 2015-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərində çalışan müəllimlərin attestasiyası keçirilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2015-ci il 22 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Sərəncam imzalamışdır. Bu, müəllim əməyinə, ümumilikdə, təhsilə göstərilən yüksək dövlət qayğısının bariz nümunəsidir.
Bu gün muxtar respublikada fəaliyyət göstərən müəllimlər onlar üçün yaradılan şəraitdən razıdırlar. Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin müəllimi Naibə Mürsəl­ovanın dediklərindən:
– 40 ilə yaxındır ki, pedaqoji fəaliyyətlə məşğul oluram. Bir müəllim kimi indiki dövrdə fəaliyyət göstərdiyimə görə qürur duyuram. 20 il bundan əvvəl təhsil sahəsindəki geriləmədən ən çox biz müəllimlər əziyyət çəkirdik. Soyuq sinif otaqlarında dərs keçmək dözülməz idi. İndi müasir məktəb binamızda heç bir problemimiz yoxdur. Şagirdlərə yaxşı dərs keçməklə uğur qazanmağa can atırıq. Əməyimiz də dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Mən 2006-cı ildə “Tərəqqi” medalına layiq görülmüşəm.
Şərur rayon Şahbulaq kənd tam orta məktəbinin müəllimi Mirabbas Eminov isə deyir:
– Ucqar dağ kəndində müəllim işləmək əvvəllər kiməsə çətin görünə bilərdi. Amma indi şəhərdə fəaliyyət göstərən müəllimlərə yaradılan şəraitlə dağ kəndləri arasında heç bir fərq yoxdur. Çünki eyni şəraitdə şagirdlərə təhsil veririk, eyni qayğını üzərimizdə hiss edirik. Bu dövrdə müəllim kimi işləməyə nə var ki? O illərin şahidi olaraq deyə bilərəm ki, biz müəllimlərin çəkdikləri əziyyətləri sözlə ifadə etmək çətindir. Qapılardan şagird toplamaq bizim üçün bir zülmə çevrilmişdi. Heç bir valideyn övladını şəraitsiz bir məktəbə göndərmək istəmirdi. Boş sinif otaqları bir müəllim kimi ürəyimi yaralayırdı. O çətin günlər arxada qaldı. Bizim də məktəb müasirdir, elektron lövhələrlə, kompüterlərlə, müasir tədris vasitələri ilə təmin olunmuş sinif otaqlarımız var.
Müəllimlərə diqqət və qayğıdan danışarkən 2005-ci ildən etibarən muxtar respublikada hər il ənənəvi olaraq keçirilən təhsil yarmarkalarında işlə təmin olunan gənc müəllimləri də xüsusilə qeyd etməliyik. Təkcə bir faktı deyək ki, ötən il sentyabrın 4-də keçirilən növbəti təhsil yarmarkasında 136 nəfər gənc müəllim təyinatı üzrə məktəblərə göndəriş almış və peşə fəaliyyətinə başlamışdır. İşlə təmin olunan müəllimlərdən Vüsal Abbasovla həmsöhbət oldum:
– Culfa rayonunun Yaycı kəndində anadan olmuşam. Lənkəran Dövlət Universitetinin Coğrafiya ixtisasını bitirmişəm. Təhsilimi başa vurduqdan sonra Culfa rayonunun Gal kəndində əmək fəaliyyətinə başlamışam. Bu məktəbdə coğrafiya fənnini şagirdlərə mənimsədirəm. Kadr çatışmazlığından bu fənn yaxşı tədris olunmayıb. Amma indi mən bir müəllim kimi bunu aradan qaldıracağam. Qəbul imtahanlarında məktəbin şagirdlərinin bu fəndən yüksək nəticə göstərməsi üçün var-qüvvəmlə çalışıram.
Xüsusilə qeyd etməliyəm ki, gənc müəllimlərin sırasında Azərbaycanın digər bölgələrindən olan gənclərimizin də sayı az deyil. Gədəbəydə doğulan Malik və Müşviq Məmməd­ovlar, Sumqayıt şəhərindən olan Günel Məmmədli, Bakı şəhərindən Rauf İmanəliyev və başqa gənclər bu gün muxtar respublikamızın ucqar dağ kəndlərinin məktəblərində müəllim kimi fəaliyyət göstərirlər.
Bəli, bu günün müəllimi belə diqqət və qayğı ilə əhatə olunmuşdur. Məhz bu cür qayğı əhatəsində olan müəllimlərin yetişdirdikləri gənclərimiz etimadı doğruldur, layiqli vətəndaşlar kimi böyüyürlər. Bu gün mütərəqqi təhsil metodlarının tətbiqi müəllim zəhmətinin bəhrələrini daha da artırır, ali və orta ixtisas məktəblərinə tələbə qəbulunda uğurlu nəticələr qazanılır. Muxtar respublikada 2014-2015-ci tədris ilində də qəbul imtahanlarında yüksək nəticələr əldə edilməsi, məktəbi bitirən məzunlardan 1582-nin ali məktəblərə qəbul olunması, onlardan 313-nün 500-700 arası bal toplaması dediklərimizin əyani sübutudur.
Sonda qeyd etmək istəyirəm ki, göstərilən belə dövlət qayğısı müəllimlərdən böyük məsuliyyət tələb edir. Yaxşı hal kimi onu da demək lazımdır ki, Naxçıvanda çalışan çoxsaylı müəllim kollektivləri bu həqiqəti dərindən dərk edir, bugünkü şagirdlərin savadlı və vətənpərvər yetişmələri üçün səy və bacarıqlarını əsirgəmirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Müəllimlər gələcəyimiz olan gənclərin təhsil almasında, tərbiyə olunmasında xüsusi rol oynayır. Gələcəyimizin təməli müəllimlər tərəfindən qoyulur. Bu təməl nə qədər möhkəm qoyulsa, gələcəyimiz bir o qədər möhkəm qurulacaq, uğurlu olacaqdır. Müəllimlərimiz bütün vasitələrdən istifadə edərək gələcəyimizin təməlinin möhkəm qoyulması üçün çalışmalıdırlar”.

Sara Əzimova

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3031113
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11178
15326
26504
466580
3031113

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter